ملة الإسلام

السورة 53 · 62 آية · Vasim Mammadaliyev And Ziya Bunyadov

سورة النجم باللغة الأذرية

السورة بالعربية مع التفسير استمع إلى سورة النجم (1,299 قارئاً)
مكيةسورة النجم٦٢ آية

بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ

وَٱلنَّجۡمِ إِذَا هَوَىٰ ١Batmaqda olan ulduza (Sürəyya ulduzuna) and olsun ki مَا ضَلَّ صَاحِبُكُمۡ وَمَا غَوَىٰ ٢Sizin yoldaşınız (Muhəmməd əleyhissəlam) nə haqq yoldan sapmış, nə də azmışdır وَمَا يَنطِقُ عَنِ ٱلۡهَوَىٰٓ ٣O, kefi istəyəni (havadan) danışmır إِنۡ هُوَ إِلَّا وَحۡيٌ يُوحَىٰ ٤Bu, ancaq (Allah dərgahından) nazil olan bir vəhydir عَلَّمَهُۥ شَدِيدُ ٱلۡقُوَىٰ ٥Onu (Muhəmməd əleyhissəlama) çox qüvvətli olan (Cəbrail) öyrətdi ذُو مِرَّةٍ فَٱسۡتَوَىٰ ٦O qüvvət (ağıl və gözəllik) sahibi (Peyğəmbər əleyhissəlama öz həqiqi şəklində) göründü وَهُوَ بِٱلۡأُفُقِ ٱلۡأَعۡلَىٰ ٧O (Cəbrail) ən uca üfüqdə (günəşin çıxdığı yerdə) idi ثُمَّ دَنَا فَتَدَلَّىٰ ٨Sonra (Cəbrail Muhəmməd əleyhissəlama) yaxınlaşdı və aşağı endi فَكَانَ قَابَ قَوۡسَيۡنِ أَوۡ أَدۡنَىٰ ٩(Onların arasındakı məsafə) iki yay uzunluğunda, bəlkə, ondan da yaxın oldu فَأَوۡحَىٰٓ إِلَىٰ عَبۡدِهِۦ مَآ أَوۡحَىٰ ١٠Sonra (Cəbrail Allahın Öz) bəndəsinə (Mühəmmədə) vəhy buyurduğunu vəhy etdi مَا كَذَبَ ٱلۡفُؤَادُ مَا رَأَىٰٓ ١١Qəlb (Peyğəmbərin qəlbi) gördüyünü yalan saymadı. (Muhəmməd əleyhissəlam gözü ilə gördüyünün Cəbrail olduğuna qəlbdən inandı) أَفَتُمَٰرُونَهُۥ عَلَىٰ مَا يَرَىٰ ١٢Siz onunla gördüyü barəsində mübahisəmi edirsiniz وَلَقَدۡ رَءَاهُ نَزۡلَةً أُخۡرَىٰ ١٣And olsun ki, (Muhəmməd əleyhiissəlam Cəbraili öz həqiqi surətində) başqa bir dəfə də (me’rac vaxtı) görmüşdü عِندَ سِدۡرَةِ ٱلۡمُنتَهَىٰ ١٤(Yeddinci göydəki) Sidrətül-müntəhanın yanında عِندَهَا جَنَّةُ ٱلۡمَأۡوَىٰٓ ١٥(Mələklər, şəhidlər və müttəqilər məskəni olan) Mə’va cənnəti onun yanındadır إِذۡ يَغۡشَى ٱلسِّدۡرَةَ مَا يَغۡشَىٰ ١٦O zaman Sidrəni nələr bürümüşdü, nələr مَا زَاغَ ٱلۡبَصَرُ وَمَا طَغَىٰ ١٧Göz nə (sağa-sola) yayındı, nə də uzağa getdi (hər şeyi olduğu kimi gördü) لَقَدۡ رَأَىٰ مِنۡ ءَايَٰتِ رَبِّهِ ٱلۡكُبۡرَىٰٓ ١٨And olsun ki, (Peyğəmbər) öz Rəbbininən böyük qüdrət nişanələrindən (mö’cüzələrindən) bir qismini (Beytül-mə’muru, Sidrətül-müntəhanı, Cənnəti, Cəhənnəmi, Rəfrəfi, altı yüz qanadı olan Cəbrailin həqiqi surətini və i. a.) gördü أَفَرَءَيۡتُمُ ٱللَّٰتَ وَٱلۡعُزَّىٰ ١٩(Ey müşriklər!) Bir deyin görək (sizin ibadət etdiyiniz) Lat və Uzza nəyə qadirdilər وَمَنَوٰةَ ٱلثَّالِثَةَ ٱلۡأُخۡرَىٰٓ ٢٠Digər üçüncü (büt) olan Mənat da həmçinin أَلَكُمُ ٱلذَّكَرُ وَلَهُ ٱلۡأُنثَىٰ ٢١Məgər oğlanlar sizin, (bəyənmədiyiniz) qızlar Onundurmu?! (Allahındırmı) تِلۡكَ إِذًا قِسۡمَةٌ ضِيزَىٰٓ ٢٢Elə isə bu ədalətsiz bölgüdür إِنۡ هِيَ إِلَّآ أَسۡمَآءٌ سَمَّيۡتُمُوهَآ أَنتُمۡ وَءَابَآؤُكُم مَّآ أَنزَلَ ٱللَّهُ بِهَا مِن سُلۡطَٰنٍۚ إِن يَتَّبِعُونَ إِلَّا ٱلظَّنَّ وَمَا تَهۡوَى ٱلۡأَنفُسُۖ وَلَقَدۡ جَآءَهُم مِّن رَّبِّهِمُ ٱلۡهُدَىٰٓ ٢٣Onlar (bütlər) sizin atalarınızın (özlərindən uydurub) qoyduqları adlardan başqa heç bir şey deyildir! (Onların yalnız quru adı var, heç bir şeyə qadir deyillər). Allah onlara (ibadət edilməsinə) dair heç bir dəlil endirməmişdir. Onlar (müşriklər) yalnız zənnə və nəfslərindən gələn istəklərə uyarlar. Halbuki Rəbbindən onlara haqq yolu göstərən rəhbər (Qur’an və Peyğəmbər) gəlmişdir أَمۡ لِلۡإِنسَٰنِ مَا تَمَنَّىٰ ٢٤Yoxsa insan istədiyi hər şeyə nail ola bilər?! (Xeyr, bu mümkün deyildir. Müşriklərin çox istəməsinə baxmayaraq, bütlər onlar üçün Allah dərgahında heç bir şəfaət edə bilməzlər) فَلِلَّهِ ٱلۡأٓخِرَةُ وَٱلۡأُولَىٰ ٢٥Axirətdə, dünya da ancaq Allahındır ۞ وَكَم مِّن مَّلَكٍ فِي ٱلسَّمَٰوَٰتِ لَا تُغۡنِي شَفَٰعَتُهُمۡ شَيۡـًٔا إِلَّا مِنۢ بَعۡدِ أَن يَأۡذَنَ ٱللَّهُ لِمَن يَشَآءُ وَيَرۡضَىٰٓ ٢٦Göylərdə neçə-neçə mələklər vardır ki, onların şəfaəti heç bir fayda verməz. Ancaq Allah Öz istədiyi və razı olduğu kimsəyə (mələyə, yaxud mö’minə) izin verdikdən sonra (onun şəfaəti fayda verər) إِنَّ ٱلَّذِينَ لَا يُؤۡمِنُونَ بِٱلۡأٓخِرَةِ لَيُسَمُّونَ ٱلۡمَلَٰٓئِكَةَ تَسۡمِيَةَ ٱلۡأُنثَىٰ ٢٧Həqiqətən, axirətə inanmayanlar mələklərə (onların Allahın qızları olduğunu iddia edərək) qadın adları verirlər وَمَا لَهُم بِهِۦ مِنۡ عِلۡمٍۖ إِن يَتَّبِعُونَ إِلَّا ٱلظَّنَّۖ وَإِنَّ ٱلظَّنَّ لَا يُغۡنِي مِنَ ٱلۡحَقِّ شَيۡـًٔا ٢٨Onlar buna dair heç bir şey bilmir, yalnız zənnə qapılırlar. Zənn isə əsla həqiqət ola bilməz فَأَعۡرِضۡ عَن مَّن تَوَلَّىٰ عَن ذِكۡرِنَا وَلَمۡ يُرِدۡ إِلَّا ٱلۡحَيَوٰةَ ٱلدُّنۡيَا ٢٩Artıq (ya Peyğəmbər!) Bizim Qur’anımızdan üz çevirib dünya həyatından başqa bir şey istəməyənlərdən üz döndər ذَٰلِكَ مَبۡلَغُهُم مِّنَ ٱلۡعِلۡمِۚ إِنَّ رَبَّكَ هُوَ أَعۡلَمُ بِمَن ضَلَّ عَن سَبِيلِهِۦ وَهُوَ أَعۡلَمُ بِمَنِ ٱهۡتَدَىٰ ٣٠Onların bildiyi elə bu qədərdir. Şübhəsiz ki, sənin Rəbbin haqq yoldan azanı da, doğru yolda olanı da ən gözəl tanıyandır وَلِلَّهِ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِ لِيَجۡزِيَ ٱلَّذِينَ أَسَٰٓـُٔواْ بِمَا عَمِلُواْ وَيَجۡزِيَ ٱلَّذِينَ أَحۡسَنُواْ بِٱلۡحُسۡنَى ٣١Göylərdə və yerdə nə varsa, (hamısı) Allahındır. O, pislik edənlərə əməllərinin cəzasını verəcək, yaxşılıq edənləri isə ən gözəl mükafatla mükafatlandıracaqdır ٱلَّذِينَ يَجۡتَنِبُونَ كَبَٰٓئِرَ ٱلۡإِثۡمِ وَٱلۡفَوَٰحِشَ إِلَّا ٱللَّمَمَۚ إِنَّ رَبَّكَ وَٰسِعُ ٱلۡمَغۡفِرَةِۚ هُوَ أَعۡلَمُ بِكُمۡ إِذۡ أَنشَأَكُم مِّنَ ٱلۡأَرۡضِ وَإِذۡ أَنتُمۡ أَجِنَّةٌ فِي بُطُونِ أُمَّهَٰتِكُمۡۖ فَلَا تُزَكُّوٓاْ أَنفُسَكُمۡۖ هُوَ أَعۡلَمُ بِمَنِ ٱتَّقَىٰٓ ٣٢(O yaxşılıq edənlər ki) kiçik günahlar (xətalar) istisna olmaqla, böyük günahlardan və rəzil işlərdən (zinadan) çəkinərlər. Həqiqətən, sənin Rəbbin çox bağışlayandır. Sizi torpaqdan yaradan da, siz analarınızın bətnlərində rüşeym halında olanda da sizi ən gözəl tanıyan Odur. Özünüzü təmizə çıxartmayın. O, Allahdan qorxub pis əməllərdən çəkinənin kim olduğunu ən gözəl biləndir أَفَرَءَيۡتَ ٱلَّذِي تَوَلَّىٰ ٣٣(Ya Peyğəmbər!) İndi gördünmü (imandan) dönəni وَأَعۡطَىٰ قَلِيلًا وَأَكۡدَىٰٓ ٣٤Bir az (pul, mal) verib (qalanına) xəsislik göstərəni أَعِندَهُۥ عِلۡمُ ٱلۡغَيۡبِ فَهُوَ يَرَىٰٓ ٣٥Məgər o, qeybi bilirmi ki, (öz dostunun əzabına yüklənə biləcəyini) görsün?! (Müşriklərdən Vəlid ibn Müğirə islama meyl göstərmişdi. Bunu eşidən digər bir müşrik onu babalarının dinindən üz döndərməkdə ittiham edərək möhkəm danlamış və demişdi ki, əgər Müğirə ona müəyyən məbləğ pul, mal versə və islamı atıb öz dininə qayıtsa, o, axirətdə Müğirənin əzabını öz üzərinə götürəcəkdir. Müğirə islamdan üz döndərmiş, lakin xəsislik göstərib həmin şəxsə və’d etdiyi məbləğin hamısını deyil, bir qismini vermişdi) أَمۡ لَمۡ يُنَبَّأۡ بِمَا فِي صُحُفِ مُوسَىٰ ٣٦Yoxsa ona Musanın səhifələrindən olanlar xəbər verilmədi وَإِبۡرَٰهِيمَ ٱلَّذِي وَفَّىٰٓ ٣٧Və (əhdə) çox vəfalı olan (Allahın qarşısındakı borcunu layiqincə ödəyən) İbrahimin (sühüfündəkilər bildirilmədi) أَلَّا تَزِرُ وَازِرَةٌ وِزۡرَ أُخۡرَىٰ ٣٨(Tövratda və İbrahimin səhifələrində deyilənlər bunlardır:) “Heç bir günahkar başqasının günahına yüklənməz وَأَن لَّيۡسَ لِلۡإِنسَٰنِ إِلَّا مَا سَعَىٰ ٣٩İnsana ancaq öz zəhməti (sə’yi, çalışması, əməli) qalar وَأَنَّ سَعۡيَهُۥ سَوۡفَ يُرَىٰ ٤٠Şübhəsiz ki, (qiyamət günü) onun zəhməti (sə’yi, əməli) görünəcəkdir ثُمَّ يُجۡزَىٰهُ ٱلۡجَزَآءَ ٱلۡأَوۡفَىٰ ٤١Sonra da ona (zəhmətinin, əməlinin) tam əvəzi veriləcəkdir!” وَأَنَّ إِلَىٰ رَبِّكَ ٱلۡمُنتَهَىٰ ٤٢Həqiqətən, axır dönüş sənin Rəbbinədir وَأَنَّهُۥ هُوَ أَضۡحَكَ وَأَبۡكَىٰ ٤٣Güldürən də, ağladan da Odur وَأَنَّهُۥ هُوَ أَمَاتَ وَأَحۡيَا ٤٤Öldürən də, dirildən də Odur وَأَنَّهُۥ خَلَقَ ٱلزَّوۡجَيۡنِ ٱلذَّكَرَ وَٱلۡأُنثَىٰ ٤٥(İnsanlardan və heyvanlardan ibarət) iki cifti (hər bir cütü) erkək və dişi olaraq yaradan Odur – مِن نُّطۡفَةٍ إِذَا تُمۡنَىٰ ٤٦(Bir qərtə) nütfədən (o, ata belindən analığa) axıb tökülərkən وَأَنَّ عَلَيۡهِ ٱلنَّشۡأَةَ ٱلۡأُخۡرَىٰ ٤٧(Ölüləri) yenidən diriltmək də Ona aiddir وَأَنَّهُۥ هُوَ أَغۡنَىٰ وَأَقۡنَىٰ ٤٨(İstədiyini) dövlətli də edən, kasıb da edən Odur وَأَنَّهُۥ هُوَ رَبُّ ٱلشِّعۡرَىٰ ٤٩Şi’ranın (Şi’ra ulduzunun) da Rəbbi Odur وَأَنَّهُۥٓ أَهۡلَكَ عَادًا ٱلۡأُولَىٰ ٥٠Əvvəlki (ilkin) Adı (Ad qövmünü) O məhv etdi وَثَمُودَاْ فَمَآ أَبۡقَىٰ ٥١Səmudu da həmçinin! Və (onlardan heç kəsi sağ) buraxmadı وَقَوۡمَ نُوحٍ مِّن قَبۡلُۖ إِنَّهُمۡ كَانُواْ هُمۡ أَظۡلَمَ وَأَطۡغَىٰ ٥٢Daha əvvəl Nuh qövmünü (məhv etdi), çünki onlar daha zalım, daha azğın kimsələr idi وَٱلۡمُؤۡتَفِكَةَ أَهۡوَىٰ ٥٣(Lut qövmünün yurdu) Mö’təfikənin də altını üstünə O çevirdi (qaldırıb yerə vurdu) فَغَشَّىٰهَا مَا غَشَّىٰ ٥٤Onları nələr sardı, nələr! (Başlarına nə müsibətlər gəldi) فَبِأَيِّ ءَالَآءِ رَبِّكَ تَتَمَارَىٰ ٥٥(Ey insan!) Sən öz Rəbbinin hansı ne’mətlərinə şəkk edirsən هَٰذَا نَذِيرٌ مِّنَ ٱلنُّذُرِ ٱلۡأُولَىٰٓ ٥٦Bu (Muhəmməd əleyhissəlam) da əvvəlki peyğəmbərlər kimi (insanları Allahın əzabı ilə) qorxudan bir peyğəmbərdir أَزِفَتِ ٱلۡأٓزِفَةُ ٥٧(Ey insanlar!) Yaxınlaşam (qiyamət) yaxınlaşdı لَيۡسَ لَهَا مِن دُونِ ٱللَّهِ كَاشِفَةٌ ٥٨Onu Allahdan başqa heç kəs dəf edə bilməz! (Və ya: onun dəqiq vaxtını Allahdan başqa heç kəs bilməz) أَفَمِنۡ هَٰذَا ٱلۡحَدِيثِ تَعۡجَبُونَ ٥٩İndi siz bu kəlama (Qur’ana) təəccübmü edirsiniz وَتَضۡحَكُونَ وَلَا تَبۡكُونَ ٦٠Həm də gülürsünüz, heç ağlamırsınız وَأَنتُمۡ سَٰمِدُونَ ٦١Siz (qəflət içində) oynayır-əylənirsiniz (ona e’tina etmirsiniz) فَٱسۡجُدُواْۤ لِلَّهِۤ وَٱعۡبُدُواْ ۩ ٦٢(Ey insanlar!) Gəlin Allaha səcdə edin, (Allaha) ibadət edin! (Ondan başqasına itaət etməyin)

الترجمة: Vasim Mammadaliyev And Ziya Bunyadov.