ملة الإسلام

السورة 67 · 30 آية · Khan Musayev

سورة الملك باللغة الأذرية

السورة بالعربية مع التفسير استمع إلى سورة الملك (1,412 قارئاً)
مكيةسورة الملك٣٠ آية

بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ

تَبَٰرَكَ ٱلَّذِي بِيَدِهِ ٱلۡمُلۡكُ وَهُوَ عَلَىٰ كُلِّ شَيۡءٍ قَدِيرٌ ١Mülk Əlində Olan Allah ən Əzəmətli, xeyiri və bərəkəti bol olandır. O hər şe­yə qa­dir­dir ٱلَّذِي خَلَقَ ٱلۡمَوۡتَ وَٱلۡحَيَوٰةَ لِيَبۡلُوَكُمۡ أَيُّكُمۡ أَحۡسَنُ عَمَلًاۚ وَهُوَ ٱلۡعَزِيزُ ٱلۡغَفُورُ ٢Əməl baxımından hansı­nızın daha yaxşı olduğunuzu sı­na­maq üçün ölümü və hə­ya­tı yaradan Odur. O, Qüdrət­li­dir, Ba­ğış­la­yan­dır ٱلَّذِي خَلَقَ سَبۡعَ سَمَٰوَٰتٍ طِبَاقًاۖ مَّا تَرَىٰ فِي خَلۡقِ ٱلرَّحۡمَٰنِ مِن تَفَٰوُتٍۖ فَٱرۡجِعِ ٱلۡبَصَرَ هَلۡ تَرَىٰ مِن فُطُورٍ ٣Yeddi göyü təbəqələr şək­lində qu­ran Odur. Sən Mər­hə­mətli Allahın ya­ratdı­ğın­da qə­tiyyən bir uyğunsuzluq tap­­maz­san. Bir ba­şı­nı qaldırıb göyə diq­qət ye­tir, heç onda bir çat görür­sənmi ثُمَّ ٱرۡجِعِ ٱلۡبَصَرَ كَرَّتَيۡنِ يَنقَلِبۡ إِلَيۡكَ ٱلۡبَصَرُ خَاسِئًا وَهُوَ حَسِيرٌ ٤Sonra göz gəzdirib təkrar bax. Göz zəlil və yorğun halda özü­nə tərəf dönə­cək وَلَقَدۡ زَيَّنَّا ٱلسَّمَآءَ ٱلدُّنۡيَا بِمَصَٰبِيحَ وَجَعَلۡنَٰهَا رُجُومًا لِّلشَّيَٰطِينِۖ وَأَعۡتَدۡنَا لَهُمۡ عَذَابَ ٱلسَّعِيرِ ٥Biz sizə yaxın olan göyü ulduz­larla bəzədik və onları şey­tan­la­ra atılan alov­lar etdik. Biz onlar üçün yandırıb-yaxan od əzabı ha­zırlamışıq وَلِلَّذِينَ كَفَرُواْ بِرَبِّهِمۡ عَذَابُ جَهَنَّمَۖ وَبِئۡسَ ٱلۡمَصِيرُ ٦Rəbbinə qarşı çıxanlar Cə­hənnəm əzabına düçar olacaq­lar. Ora nə pis dö­nüş yeridir إِذَآ أُلۡقُواْ فِيهَا سَمِعُواْ لَهَا شَهِيقًا وَهِيَ تَفُورُ ٧Onlar oraya atıldıqda onun dəh­şətli uğultuyla qay­na­dı­ğı­nı eşidə­cəklər تَكَادُ تَمَيَّزُ مِنَ ٱلۡغَيۡظِۖ كُلَّمَآ أُلۡقِيَ فِيهَا فَوۡجٌ سَأَلَهُمۡ خَزَنَتُهَآ أَلَمۡ يَأۡتِكُمۡ نَذِيرٌ ٨Cəhənnəm, qəzəbindən az qala par­çalansın. Hər dəfə bir dəs­tə oraya atı­larkən Cəhənnə­min gözətçiləri onlardan soru­şa­caq­lar: “Mə­gər sizə xəbər­darlıq edən bir peyğəmbər gəl­məmişdi?” قَالُواْ بَلَىٰ قَدۡ جَآءَنَا نَذِيرٌ فَكَذَّبۡنَا وَقُلۡنَا مَا نَزَّلَ ٱللَّهُ مِن شَيۡءٍ إِنۡ أَنتُمۡ إِلَّا فِي ضَلَٰلٍ كَبِيرٍ ٩Onlar deyəcəklər: “Əlbəttə, bizə qorxudan bir peyğəmbər gəl­miş­di. Amma biz onu ya­lan­çı sayıb: “Allah heç bir şey na­zil et­mə­yib, siz də ancaq bö­yük bir azğınlıq içindəsiniz”– demişdik وَقَالُواْ لَوۡ كُنَّا نَسۡمَعُ أَوۡ نَعۡقِلُ مَا كُنَّا فِيٓ أَصۡحَٰبِ ٱلسَّعِيرِ ١٠Onlar deyəcəklər: “Əgər biz din­ləsəydik və ya anlasay­dıq alovlu od sa­kinlərinin içində olmazdıq!” فَٱعۡتَرَفُواْ بِذَنۢبِهِمۡ فَسُحۡقًا لِّأَصۡحَٰبِ ٱلسَّعِيرِ ١١Onlar öz günahlarını eti­raf edə­cəklər. Rədd olsun alov­lu od sa­kinləri إِنَّ ٱلَّذِينَ يَخۡشَوۡنَ رَبَّهُم بِٱلۡغَيۡبِ لَهُم مَّغۡفِرَةٌ وَأَجۡرٌ كَبِيرٌ ١٢Həqiqətən, öz Rəbbin­dən Onu görmədikləri halda qor­xan­lar üçün ba­ğışlanma və böyük bir mükafat var وَأَسِرُّواْ قَوۡلَكُمۡ أَوِ ٱجۡهَرُواْ بِهِۦٓۖ إِنَّهُۥ عَلِيمُۢ بِذَاتِ ٱلصُّدُورِ ١٣Sözünüzü gizli saxla­sa­nız da, onu açıq desəniz də, fər­qi yox­dur, Allah köks­lərdə olan­ları bilir أَلَا يَعۡلَمُ مَنۡ خَلَقَ وَهُوَ ٱللَّطِيفُ ٱلۡخَبِيرُ ١٤Yaradan Allah Lətif və hər şeydən Xəbərdar olduğu hal­da, ola bilərmi ki, O, giz­lində və aşkarda olanları bil­məsin هُوَ ٱلَّذِي جَعَلَ لَكُمُ ٱلۡأَرۡضَ ذَلُولًا فَٱمۡشُواْ فِي مَنَاكِبِهَا وَكُلُواْ مِن رِّزۡقِهِۦۖ وَإِلَيۡهِ ٱلنُّشُورُ ١٥Yeri sizin ixtiyarınıza ve­rən Odur. Onun hər tərəfin­də gəzin və Allahın ru­zisindən ye­yin. Qayıdış da Onadır ءَأَمِنتُم مَّن فِي ٱلسَّمَآءِ أَن يَخۡسِفَ بِكُمُ ٱلۡأَرۡضَ فَإِذَا هِيَ تَمُورُ ١٦Göydə olan Allahın sizi yerə batırma­yacağına əmin­sinizmi? O za­man yer hərəkətə gəlib titrəyəcək أَمۡ أَمِنتُم مَّن فِي ٱلسَّمَآءِ أَن يُرۡسِلَ عَلَيۡكُمۡ حَاصِبًاۖ فَسَتَعۡلَمُونَ كَيۡفَ نَذِيرِ ١٧Ya da ki, göydə olan Allahın üstünüzə daşlar yağdırmaya­ca­ğına əminsinizmi? Siz, Mə­nim xəbərdarlığımın necə nəti­cələr verdiyini bi­ləcəksiniz وَلَقَدۡ كَذَّبَ ٱلَّذِينَ مِن قَبۡلِهِمۡ فَكَيۡفَ كَانَ نَكِيرِ ١٨Müşriklərdən əvvəlkilər də bunu yalançı hesab etmiş­dilər. Gö­rəydin Mə­nim onları həlak etməyim necə oldu أَوَلَمۡ يَرَوۡاْ إِلَى ٱلطَّيۡرِ فَوۡقَهُمۡ صَٰٓفَّٰتٍ وَيَقۡبِضۡنَۚ مَا يُمۡسِكُهُنَّ إِلَّا ٱلرَّحۡمَٰنُۚ إِنَّهُۥ بِكُلِّ شَيۡءِۭ بَصِيرٌ ١٩Məgər onlar başları üzə­rində dəs­tə-dəstə pərvazlanıb uçan, hər­dən də qa­nadlarını yı­ğan quşları görmürlərmi? On­ları havada an­caq Mərhəmətli Allah saxla­yır. Şübhəsiz ki, O, hər şeyi görür أَمَّنۡ هَٰذَا ٱلَّذِي هُوَ جُندٌ لَّكُمۡ يَنصُرُكُم مِّن دُونِ ٱلرَّحۡمَٰنِۚ إِنِ ٱلۡكَٰفِرُونَ إِلَّا فِي غُرُورٍ ٢٠Ya da Mərhəmətli Allah­dan başqa sizə kömək edə bilə­cək qo­şununuz var­mı? Kafir­lər an­caq aldanmaq­dadırlar أَمَّنۡ هَٰذَا ٱلَّذِي يَرۡزُقُكُمۡ إِنۡ أَمۡسَكَ رِزۡقَهُۥۚ بَل لَّجُّواْ فِي عُتُوٍّ وَنُفُورٍ ٢١Ya da O Öz ruzisini kəs­sə, sizə kim ruzi verə bilər? Xeyr, on­lar təkəb­bür göstər­mək­də və haqdan qaçmaqda davam edirlər أَفَمَن يَمۡشِي مُكِبًّا عَلَىٰ وَجۡهِهِۦٓ أَهۡدَىٰٓ أَمَّن يَمۡشِي سَوِيًّا عَلَىٰ صِرَٰطٍ مُّسۡتَقِيمٍ ٢٢Elə isə üzü üstə sürünə­rək gedən daha doğru yolda­dır, yox­sa düz yolda özü şax ge­dən قُلۡ هُوَ ٱلَّذِيٓ أَنشَأَكُمۡ وَجَعَلَ لَكُمُ ٱلسَّمۡعَ وَٱلۡأَبۡصَٰرَ وَٱلۡأَفۡـِٔدَةَۚ قَلِيلًا مَّا تَشۡكُرُونَ ٢٣De: “Sizi yaradan, sizə qulaq, göz və ürək verən Odur. Necə də az şükür edirsiniz!” قُلۡ هُوَ ٱلَّذِي ذَرَأَكُمۡ فِي ٱلۡأَرۡضِ وَإِلَيۡهِ تُحۡشَرُونَ ٢٤De: “Sizi yer üzünə ya­yan da Odur. Siz Onun hüzu­runa top­lana­caqsınız!” وَيَقُولُونَ مَتَىٰ هَٰذَا ٱلۡوَعۡدُ إِن كُنتُمۡ صَٰدِقِينَ ٢٥Onlar deyirlər: “Əgər doğru de­yirsinizsə, bu vəd nə vaxt ola­caq?” قُلۡ إِنَّمَا ٱلۡعِلۡمُ عِندَ ٱللَّهِ وَإِنَّمَآ أَنَا۠ نَذِيرٌ مُّبِينٌ ٢٦De: “Buna aid bilgi yal­nız Allah yanındadır. Mən isə ancaq xə­bərdar və bəyan edə­nəm!” فَلَمَّا رَأَوۡهُ زُلۡفَةً سِيٓـَٔتۡ وُجُوهُ ٱلَّذِينَ كَفَرُواْ وَقِيلَ هَٰذَا ٱلَّذِي كُنتُم بِهِۦ تَدَّعُونَ ٢٧Kafirlər əzabın yaxın ol­duğunu gördükdə üzləri eybə­cər gör­kəm ala­caq və on­lara: “Sizin durmadan istədi­yiniz əzab bax bu­dur!”– deyilə­cək قُلۡ أَرَءَيۡتُمۡ إِنۡ أَهۡلَكَنِيَ ٱللَّهُ وَمَن مَّعِيَ أَوۡ رَحِمَنَا فَمَن يُجِيرُ ٱلۡكَٰفِرِينَ مِنۡ عَذَابٍ أَلِيمٍ ٢٨De: “Deyin görüm, əgər Allah məni və mənimlə bir­lik­də olan­ları məhv edərsə və ya bizə mərhəmət göstərərsə, bəs siz ka­fir­lə­ri ağrılı-acılı əzab­dan kim qurtara bilər?” قُلۡ هُوَ ٱلرَّحۡمَٰنُ ءَامَنَّا بِهِۦ وَعَلَيۡهِ تَوَكَّلۡنَاۖ فَسَتَعۡلَمُونَ مَنۡ هُوَ فِي ضَلَٰلٍ مُّبِينٍ ٢٩De: “O, Mərhəmətli Allah­dır! Biz Ona iman gətirib, Ona tə­vək­kül etmi­şik. Ki­min tam az­ğınlıq içində olduğu­nu tez­liklə bilə­cək­siniz قُلۡ أَرَءَيۡتُمۡ إِنۡ أَصۡبَحَ مَآؤُكُمۡ غَوۡرًا فَمَن يَأۡتِيكُم بِمَآءٍ مَّعِينِۭ ٣٠De: “Deyin görüm, əgər suyunuz yerin dibinə çöksə, Allah­dan başqa kim sizə axar su gətirə bilər?”

الترجمة: Khan Musayev.