ملة الإسلام

السورة 68 · 52 آية · Khan Musayev

سورة القلم باللغة الأذرية

السورة بالعربية مع التفسير استمع إلى سورة القلم (1,276 قارئاً)
مكيةسورة القلم٥٢ آية

بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ

نٓۚ وَٱلۡقَلَمِ وَمَا يَسۡطُرُونَ ١Nun. And olsun qələmə və qələ­mə alınanlara مَآ أَنتَ بِنِعۡمَةِ رَبِّكَ بِمَجۡنُونٍ ٢Məhz Rəbbinin mərhə­mə­ti sayəsində sən dəli deyilsən وَإِنَّ لَكَ لَأَجۡرًا غَيۡرَ مَمۡنُونٍ ٣Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazır­lan­mış­dır وَإِنَّكَ لَعَلَىٰ خُلُقٍ عَظِيمٍ ٤Həqiqətən də, sən böyük əxlaq sa­hibisən فَسَتُبۡصِرُ وَيُبۡصِرُونَ ٥Sən də görəcəksən, onlar da – بِأَييِّكُمُ ٱلۡمَفۡتُونُ ٦hansınızın dəli olduğunu إِنَّ رَبَّكَ هُوَ أَعۡلَمُ بِمَن ضَلَّ عَن سَبِيلِهِۦ وَهُوَ أَعۡلَمُ بِٱلۡمُهۡتَدِينَ ٧Şübhəsiz ki, Rəbbin Onun yolun­dan azanları və haqq yol­da olan­ları daha yaxşı tanıyır فَلَا تُطِعِ ٱلۡمُكَذِّبِينَ ٨Elə isə haqqı yalan sayan­lara gü­zəştə getmə وَدُّواْ لَوۡ تُدۡهِنُ فَيُدۡهِنُونَ ٩Müşriklər istəyirlər ki, sən onlara güzəşt edəsən, onlar da sənə gü­zəşt et­sinlər وَلَا تُطِعۡ كُلَّ حَلَّافٍ مَّهِينٍ ١٠İtaət etmə hər tez-tez and içənə, alçağa هَمَّازٍ مَّشَّآءِۭ بِنَمِيمٍ ١١qeybət edənə, dedi-qo­du yayana مَّنَّاعٍ لِّلۡخَيۡرِ مُعۡتَدٍ أَثِيمٍ ١٢xeyrə mane olana, həddi aşana, günahkara عُتُلِّۭ بَعۡدَ ذَٰلِكَ زَنِيمٍ ١٣daş ürəkliyə, bunlardan sonra da başqasının adını mə­nim­sə­yən fırıl­daq­çıya – أَن كَانَ ذَا مَالٍ وَبَنِينَ ١٤o adam var-dövlət və oğul-uşaq sahibi olsa belə إِذَا تُتۡلَىٰ عَلَيۡهِ ءَايَٰتُنَا قَالَ أَسَٰطِيرُ ٱلۡأَوَّلِينَ ١٥Ayələrimiz ona oxun­du­ğu za­man: “Bu, keçmişdəki­lə­rin əsa­tirlərin­dən­dir!”– deyər سَنَسِمُهُۥ عَلَى ٱلۡخُرۡطُومِ ١٦Biz onun burnuna dam­ğa vura­cağıq إِنَّا بَلَوۡنَٰهُمۡ كَمَا بَلَوۡنَآ أَصۡحَٰبَ ٱلۡجَنَّةِ إِذۡ أَقۡسَمُواْ لَيَصۡرِمُنَّهَا مُصۡبِحِينَ ١٧Həqiqətən, Biz bağ sa­hib­lərini sı­nağa çəkdiyimiz kimi on­la­rı da sınağa çəkdik. O za­man bağ sahibləri səhər açı­lan­da bağda olan mey­vələri mütləq dərə­cəklərinə and içmişdilər وَلَا يَسۡتَثۡنُونَ ١٨və heç bir istisna da et­məmiş­di­lər (“inşallah” demə­miş­di­lər) فَطَافَ عَلَيۡهَا طَآئِفٌ مِّن رَّبِّكَ وَهُمۡ نَآئِمُونَ ١٩Onlar yuxuda ikən Rəb­binin əzabı o bağı bürüdü فَأَصۡبَحَتۡ كَٱلصَّرِيمِ ٢٠Bağ yanıb zülmət gecə kimi qap­qara oldu فَتَنَادَوۡاْ مُصۡبِحِينَ ٢١Onlar səhər qalxdıqda bir-birlə­rini çağırdılar أَنِ ٱغۡدُواْ عَلَىٰ حَرۡثِكُمۡ إِن كُنتُمۡ صَٰرِمِينَ ٢٢“Əgər meyvə dərəcək­si­nizsə, ba­ğınıza erkən gedin!” فَٱنطَلَقُواْ وَهُمۡ يَتَخَٰفَتُونَ ٢٣Onlar bağa yollandılar, yol boyu da bir-birlərinə belə pı­çıl­da­yır­dılar أَن لَّا يَدۡخُلَنَّهَا ٱلۡيَوۡمَ عَلَيۡكُم مِّسۡكِينٌ ٢٤“Bu gün oraya – yanı­nı­za heç bir kasıb girməsin!” وَغَدَوۡاْ عَلَىٰ حَرۡدٍ قَٰدِرِينَ ٢٥Onlar bu məqsədlə ka­sıb­­ları bağa buraxmamağa qa­dir ola­caq­la­rını zənn edib erkən getdi­lər فَلَمَّا رَأَوۡهَا قَالُوٓاْ إِنَّا لَضَآلُّونَ ٢٦Bağı görəndə isə belə de­dilər: “De­yəsən, biz düz gəl­mə­mi­şik بَلۡ نَحۡنُ مَحۡرُومُونَ ٢٧Xeyr! Biz bu bağın xey­rindən məh­rum olmuşuq!” قَالَ أَوۡسَطُهُمۡ أَلَمۡ أَقُل لَّكُمۡ لَوۡلَا تُسَبِّحُونَ ٢٨Onların ən insaflısı de­di: “Məgər mən sizə Allahın şə­ninə tə­rif­lər söyləyin demədimmi?” قَالُواْ سُبۡحَٰنَ رَبِّنَآ إِنَّا كُنَّا ظَٰلِمِينَ ٢٩Onlar dedilər: “Rəbbi­miz pakdır, müqəddəsdir! Hə­qi­qə­tən də, biz özü­müzə zülm et­mişik!” فَأَقۡبَلَ بَعۡضُهُمۡ عَلَىٰ بَعۡضٍ يَتَلَٰوَمُونَ ٣٠Onlar dönüb bir-birləri­ni qına­mağa başladılar قَالُواْ يَٰوَيۡلَنَآ إِنَّا كُنَّا طَٰغِينَ ٣١və dedilər: “Vay halı­mı­za! Biz həddi aşanlarıq عَسَىٰ رَبُّنَآ أَن يُبۡدِلَنَا خَيۡرًا مِّنۡهَآ إِنَّآ إِلَىٰ رَبِّنَا رَٰغِبُونَ ٣٢Ola bilsin ki, Rəbbimiz bizə bu bağın əvəzinə ondan daha yax­şısını ver­sin. Əlbəttə, biz Rəbbimizə yönəlirik” كَذَٰلِكَ ٱلۡعَذَابُۖ وَلَعَذَابُ ٱلۡأٓخِرَةِ أَكۡبَرُۚ لَوۡ كَانُواْ يَعۡلَمُونَ ٣٣Dünyadakı əzab belədir. Axirət əzabı isə daha böyük­dür! Kaş biləy­dilər إِنَّ لِلۡمُتَّقِينَ عِندَ رَبِّهِمۡ جَنَّٰتِ ٱلنَّعِيمِ ٣٤Şübhəsiz ki, müttəqilər üçün Rəb­bi yanında Nə­im cən­nətləri hazırlan­mışdır أَفَنَجۡعَلُ ٱلۡمُسۡلِمِينَ كَٱلۡمُجۡرِمِينَ ٣٥Biz heç müsəlmanları gü­nah­kar­lara tay tutarıqmı مَا لَكُمۡ كَيۡفَ تَحۡكُمُونَ ٣٦Sizə nə olub, necə hökm verir­siniz أَمۡ لَكُمۡ كِتَٰبٌ فِيهِ تَدۡرُسُونَ ٣٧Yoxsa sizin elə bir kita­bı­nız var­ ki, üsyankarla itaət­karın ey­ni oldu­ğunu ondan oxu­yursunuz إِنَّ لَكُمۡ فِيهِ لَمَا تَخَيَّرُونَ ٣٨Ya da onda bəyəndiyiniz hər bir şeyin sizin olacağı ya­zıl­mış­dır أَمۡ لَكُمۡ أَيۡمَٰنٌ عَلَيۡنَا بَٰلِغَةٌ إِلَىٰ يَوۡمِ ٱلۡقِيَٰمَةِ إِنَّ لَكُمۡ لَمَا تَحۡكُمُونَ ٣٩Yaxud Bizimlə Qiyamət günü­nə­dək əhd bağlamısınız ki, is­tə­diyiniz hər şey sizin ola­caq سَلۡهُمۡ أَيُّهُم بِذَٰلِكَ زَعِيمٌ ٤٠Onlardan soruş ki, kim buna za­min duracaq أَمۡ لَهُمۡ شُرَكَآءُ فَلۡيَأۡتُواْ بِشُرَكَآئِهِمۡ إِن كَانُواْ صَٰدِقِينَ ٤١Yoxsa onların şərikləri var? Əgər doğru danışır­lar­sa, on­da qoy şə­riklərini gətir­sinlər يَوۡمَ يُكۡشَفُ عَن سَاقٍ وَيُدۡعَوۡنَ إِلَى ٱلسُّجُودِ فَلَا يَسۡتَطِيعُونَ ٤٢Baldır açılacağı və on­lar səcdə­yə çağırılacaqları, la­kin buna qa­dir ola bilməyə­cək­ləri gün – خَٰشِعَةً أَبۡصَٰرُهُمۡ تَرۡهَقُهُمۡ ذِلَّةٌۖ وَقَدۡ كَانُواْ يُدۡعَوۡنَ إِلَى ٱلسُّجُودِ وَهُمۡ سَٰلِمُونَ ٤٣onların baxışları yazıq görkəm alacaq­, özlərini də zi­llət bü­rü­yəcək­. Hərçənd ki, onlar dünyada ikən sağ-sala­mat halda səc­də qılmağa dəvət olu­nurdular فَذَرۡنِي وَمَن يُكَذِّبُ بِهَٰذَا ٱلۡحَدِيثِۖ سَنَسۡتَدۡرِجُهُم مِّنۡ حَيۡثُ لَا يَعۡلَمُونَ ٤٤Bu Sözü yalan sayanları Mənim öhdəmə burax. Biz on­ları bil­mədikləri bir yöndən tədricən əzaba sü­rüklə­yirik وَأُمۡلِي لَهُمۡۚ إِنَّ كَيۡدِي مَتِينٌ ٤٥Hələlik Mən onlara möh­lət veri­rəm. Şübhəsiz ki, Mə­nim ka­fir­lər üçün qurduğum hiyləm çox güclüdür أَمۡ تَسۡـَٔلُهُمۡ أَجۡرًا فَهُم مِّن مَّغۡرَمٍ مُّثۡقَلُونَ ٤٦Yoxsa sən onlardan bir muzd is­təyirsən və onlar da ağır bir borca dü­şüblər أَمۡ عِندَهُمُ ٱلۡغَيۡبُ فَهُمۡ يَكۡتُبُونَ ٤٧Yoxsa qeyb onların əlin­dədir və onlar da ona baxıb is­tə­dik­lə­ri­ni yazırlar فَٱصۡبِرۡ لِحُكۡمِ رَبِّكَ وَلَا تَكُن كَصَاحِبِ ٱلۡحُوتِ إِذۡ نَادَىٰ وَهُوَ مَكۡظُومٌ ٤٨Sən öz Rəbbinin hök­mü­nə səbir et və balıq sahibi Yu­nus ki­mi olma! O zaman o, qəm-qüssə içində Rəbbinə dua etmişdi لَّوۡلَآ أَن تَدَٰرَكَهُۥ نِعۡمَةٌ مِّن رَّبِّهِۦ لَنُبِذَ بِٱلۡعَرَآءِ وَهُوَ مَذۡمُومٌ ٤٩Əgər Rəbbinin mərhə­məti ona yetişməsəydi, o, qı­nan­mış hal­da heç bir bitki bit­məyən boş yerə atılacaqdı فَٱجۡتَبَٰهُ رَبُّهُۥ فَجَعَلَهُۥ مِنَ ٱلصَّٰلِحِينَ ٥٠Lakin Rəbbi onu seçib əməlisa­lehlərdən etdi وَإِن يَكَادُ ٱلَّذِينَ كَفَرُواْ لَيُزۡلِقُونَكَ بِأَبۡصَٰرِهِمۡ لَمَّا سَمِعُواْ ٱلذِّكۡرَ وَيَقُولُونَ إِنَّهُۥ لَمَجۡنُونٌ ٥١Həqiqətən, kafirlər bu Zik­ri eşit­dikləri zaman öz ba­xış­la­rı ilə az qala səni gözə gəti­rə­lər. Onlar çarəsizlikdən: “O, də­lidir!”– de­yirlər وَمَا هُوَ إِلَّا ذِكۡرٌ لِّلۡعَٰلَمِينَ ٥٢Halbuki bu Quran aləm­lər üçün öyüd-nəsihətdən baş­qa bir şey deyil

الترجمة: Khan Musayev.