ملة الإسلام

السورة 63 · 11 آية · Khan Musayev

سورة المنافقون باللغة الأذرية

السورة بالعربية مع التفسير استمع إلى سورة المنافقون (1,210 قارئاً)
مدنيةسورة المنافقون١١ آية

بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ

إِذَا جَآءَكَ ٱلۡمُنَٰفِقُونَ قَالُواْ نَشۡهَدُ إِنَّكَ لَرَسُولُ ٱللَّهِۗ وَٱللَّهُ يَعۡلَمُ إِنَّكَ لَرَسُولُهُۥ وَٱللَّهُ يَشۡهَدُ إِنَّ ٱلۡمُنَٰفِقِينَ لَكَٰذِبُونَ ١Münafiqlər sənin yanına gəldikləri zaman: “Biz şəhadət ve­ri­rik ki, sən Allahın Rəsulusan!”– deyirlər. Allah da bilir ki, sən Onun Rəsulusan. Allah şa­hid­dir ki, münafiqlər əsl ya­lançıdırlar ٱتَّخَذُوٓاْ أَيۡمَٰنَهُمۡ جُنَّةً فَصَدُّواْ عَن سَبِيلِ ٱللَّهِۚ إِنَّهُمۡ سَآءَ مَا كَانُواْ يَعۡمَلُونَ ٢Onlar andlarını sipər edib insanları Allah yolundan dön­dər­di­lər. Həqiqə­tən, onların tö­rətdikləri əməllər necə də pis­dir ذَٰلِكَ بِأَنَّهُمۡ ءَامَنُواْ ثُمَّ كَفَرُواْ فَطُبِعَ عَلَىٰ قُلُوبِهِمۡ فَهُمۡ لَا يَفۡقَهُونَ ٣Bu ona görədir ki, onlar iman gə­tirdikdən sonra kafir ol­du­lar. Sonra da onların qəl­binə möhür vuruldu. Artıq on­lar an­la­mır­lar ۞ وَإِذَا رَأَيۡتَهُمۡ تُعۡجِبُكَ أَجۡسَامُهُمۡۖ وَإِن يَقُولُواْ تَسۡمَعۡ لِقَوۡلِهِمۡۖ كَأَنَّهُمۡ خُشُبٌ مُّسَنَّدَةٌۖ يَحۡسَبُونَ كُلَّ صَيۡحَةٍ عَلَيۡهِمۡۚ هُمُ ٱلۡعَدُوُّ فَٱحۡذَرۡهُمۡۚ قَٰتَلَهُمُ ٱللَّهُۖ أَنَّىٰ يُؤۡفَكُونَ ٤Sən onlara baxdıqda onların bə­dən quru­luş­ları xoşuna gəlir, danı­şan­da on­ların de­diklərinə qulaq asırsan. Halbuki, on­lar divara söy­kə­dilmiş dirəklər kimidir­lər. Onlar hər bir səs-küyün özlə­rinə qar­şı olduğu­nu sanırlar. Onlar düş­mən­dir­lər. Sən onlar­dan çəkin! Allah onları məhv etsin, necə də haq­dan dön­də­rilirlər وَإِذَا قِيلَ لَهُمۡ تَعَالَوۡاْ يَسۡتَغۡفِرۡ لَكُمۡ رَسُولُ ٱللَّهِ لَوَّوۡاْ رُءُوسَهُمۡ وَرَأَيۡتَهُمۡ يَصُدُّونَ وَهُم مُّسۡتَكۡبِرُونَ ٥Onlara: “Gəlin Allahın Rəsulu sizin üçün bağışlanma di­lə­sin!”– deyildiyi zaman baş­la­rını yelləyir və sən onların təkəbbürlə üz döndər­dik­lərini görürsən سَوَآءٌ عَلَيۡهِمۡ أَسۡتَغۡفَرۡتَ لَهُمۡ أَمۡ لَمۡ تَسۡتَغۡفِرۡ لَهُمۡ لَن يَغۡفِرَ ٱللَّهُ لَهُمۡۚ إِنَّ ٱللَّهَ لَا يَهۡدِي ٱلۡقَوۡمَ ٱلۡفَٰسِقِينَ ٦Sən onlar üçün bağış­lan­ma dilə­sən də, diləməsən də, fərqi yox­dur. Allah onları ba­ğışlamayacaq. Şübhəsiz ki, Allah fasiq adamları doğru yo­la yö­nəlt­məz هُمُ ٱلَّذِينَ يَقُولُونَ لَا تُنفِقُواْ عَلَىٰ مَنۡ عِندَ رَسُولِ ٱللَّهِ حَتَّىٰ يَنفَضُّواْۗ وَلِلَّهِ خَزَآئِنُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَلَٰكِنَّ ٱلۡمُنَٰفِقِينَ لَا يَفۡقَهُونَ ٧Məhz onlar: “Allahın Rəsulu ya­nın­da olanlara bir şey ver­mə­yin ki, da­ğı­lıb get­sin­lər!”– deyirlər. Halbuki göy­lərin və yerin xə­zi­nələri Allahındır, la­kin mü­nafiqlər anlamırlar يَقُولُونَ لَئِن رَّجَعۡنَآ إِلَى ٱلۡمَدِينَةِ لَيُخۡرِجَنَّ ٱلۡأَعَزُّ مِنۡهَا ٱلۡأَذَلَّۚ وَلِلَّهِ ٱلۡعِزَّةُ وَلِرَسُولِهِۦ وَلِلۡمُؤۡمِنِينَ وَلَٰكِنَّ ٱلۡمُنَٰفِقِينَ لَا يَعۡلَمُونَ ٨Onlar: “Əgər biz Mədi­nə­yə qayıt­saq, ən qüdrətlilər ən al­çaq­la­rı (müna­fiqlər mü­səl­man­ları) mütləq oradan çı­xar­da­caq­lar!”– de­yirlər. Hal­buki qüd­rət yalnız Allaha, Onun Rəsuluna və mö­min­lə­rə məx­sus­dur, lakin bunu müna­fiqlər bilmirlər يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تُلۡهِكُمۡ أَمۡوَٰلُكُمۡ وَلَآ أَوۡلَٰدُكُمۡ عَن ذِكۡرِ ٱللَّهِۚ وَمَن يَفۡعَلۡ ذَٰلِكَ فَأُوْلَٰٓئِكَ هُمُ ٱلۡخَٰسِرُونَ ٩Ey iman gətirənlər! Nə mallarınız, nə də övladlarınız sizi Alla­hın zikrin­dən yayın­dırmasın! Bunu edənlər zi­yana uğrayan­lar­dır وَأَنفِقُواْ مِن مَّا رَزَقۡنَٰكُم مِّن قَبۡلِ أَن يَأۡتِيَ أَحَدَكُمُ ٱلۡمَوۡتُ فَيَقُولَ رَبِّ لَوۡلَآ أَخَّرۡتَنِيٓ إِلَىٰٓ أَجَلٍ قَرِيبٍ فَأَصَّدَّقَ وَأَكُن مِّنَ ٱلصَّٰلِحِينَ ١٠Sizlərdən birinə ölüm gə­lib: “Ey Rəbbim! Mənə bir az möh­lət ver ki, sə­dəqə verib əməlisalehlərdən olum!”– de­məmişdən əv­vəl sizə verdi­yim ruzi­dən xərcləyin وَلَن يُؤَخِّرَ ٱللَّهُ نَفۡسًا إِذَا جَآءَ أَجَلُهَاۚ وَٱللَّهُ خَبِيرُۢ بِمَا تَعۡمَلُونَ ١١Allah əcəli çatmışlara əs­la möh­lət verməz. Allah sizin nə etdikləriniz­dən xəbərdardır

الترجمة: Khan Musayev.