ملة الإسلام

السورة 64 · 18 آية · Khan Musayev

سورة التغابن باللغة الأذرية

السورة بالعربية مع التفسير استمع إلى سورة التغابن (1,143 قارئاً)
مدنيةسورة التغابن١٨ آية

بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ

يُسَبِّحُ لِلَّهِ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِۖ لَهُ ٱلۡمُلۡكُ وَلَهُ ٱلۡحَمۡدُۖ وَهُوَ عَلَىٰ كُلِّ شَيۡءٍ قَدِيرٌ ١Göylərdə və yerdə olan­ların ha­mısı Allahın şəninə tə­riflər de­yir. Hökm Onun­dur, həmd Ona məxsusdur. O, hər şeyə qa­dir­dir هُوَ ٱلَّذِي خَلَقَكُمۡ فَمِنكُمۡ كَافِرٌ وَمِنكُم مُّؤۡمِنٌۚ وَٱللَّهُ بِمَا تَعۡمَلُونَ بَصِيرٌ ٢Sizi yaradan Odur. Kimi­niz kafir, kiminiz də mömin­dir. Allah nə etdiklə­rinizi görür خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ بِٱلۡحَقِّ وَصَوَّرَكُمۡ فَأَحۡسَنَ صُوَرَكُمۡۖ وَإِلَيۡهِ ٱلۡمَصِيرُ ٣O, göyləri və yeri əda­lət­lə yaratdı, sizə surət verib on­ları gö­zəl şəklə saldı. Dönüş də Onadır يَعۡلَمُ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَيَعۡلَمُ مَا تُسِرُّونَ وَمَا تُعۡلِنُونَۚ وَٱللَّهُ عَلِيمُۢ بِذَاتِ ٱلصُّدُورِ ٤O, göylərdə və yerdə olan­ları bilir. Sizin gizlində və aş­kar­da nə et­di­yinizi də bilir. Allah kökslərdə olanlardan agahdır أَلَمۡ يَأۡتِكُمۡ نَبَؤُاْ ٱلَّذِينَ كَفَرُواْ مِن قَبۡلُ فَذَاقُواْ وَبَالَ أَمۡرِهِمۡ وَلَهُمۡ عَذَابٌ أَلِيمٌ ٥Daha öncə kafir olmuş və öz əməl­lərinin cəzasını dad­mış kim­sələ­rin xəbəri sizə gəlib çat­madımı? Onlar üçün acılı-ağ­rı­lı bir əzab hazırlanmışdır ذَٰلِكَ بِأَنَّهُۥ كَانَت تَّأۡتِيهِمۡ رُسُلُهُم بِٱلۡبَيِّنَٰتِ فَقَالُوٓاْ أَبَشَرٌ يَهۡدُونَنَا فَكَفَرُواْ وَتَوَلَّواْۖ وَّٱسۡتَغۡنَى ٱللَّهُۚ وَٱللَّهُ غَنِيٌّ حَمِيدٌ ٦Bu ona görədir ki, elçiləri onlara aydın dəlillər gətirirdi, on­lar isə: “Mə­gər bizə bir in­san­mı doğru yol gös­tə­rə­­cək?”– de­yir­di­lər. On­lar küfr edir və üz döndərirdilər. Allahın on­lara eh­tiyacı yox­dur. Allah Zəngin­dir, Tərifə­layiq­dir زَعَمَ ٱلَّذِينَ كَفَرُوٓاْ أَن لَّن يُبۡعَثُواْۚ قُلۡ بَلَىٰ وَرَبِّي لَتُبۡعَثُنَّ ثُمَّ لَتُنَبَّؤُنَّ بِمَا عَمِلۡتُمۡۚ وَذَٰلِكَ عَلَى ٱللَّهِ يَسِيرٌ ٧Kafir olanlar heç vaxt di­rildil­mə­yə­cəklərini iddia edir­lər. De: “Xeyr, Rəb­bimə and ol­sun ki, siz mütləq dirildi­lə­cək­siniz. Sonra isə etdiyiniz əməl­lər sizə xəbər veriləcək­. Bu, Allah üçün çox asan­dır!” فَـَٔامِنُواْ بِٱللَّهِ وَرَسُولِهِۦ وَٱلنُّورِ ٱلَّذِيٓ أَنزَلۡنَاۚ وَٱللَّهُ بِمَا تَعۡمَلُونَ خَبِيرٌ ٨Elə isə Allaha, Onun El­çisinə və nazil etdiyimiz Nura (Qu­ra­na) iman gətirin! Allah nə etdiklərinizdən xəbər­dardır يَوۡمَ يَجۡمَعُكُمۡ لِيَوۡمِ ٱلۡجَمۡعِۖ ذَٰلِكَ يَوۡمُ ٱلتَّغَابُنِۗ وَمَن يُؤۡمِنۢ بِٱللَّهِ وَيَعۡمَلۡ صَٰلِحًا يُكَفِّرۡ عَنۡهُ سَيِّـَٔاتِهِۦ وَيُدۡخِلۡهُ جَنَّٰتٍ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ خَٰلِدِينَ فِيهَآ أَبَدًاۚ ذَٰلِكَ ٱلۡفَوۡزُ ٱلۡعَظِيمُ ٩O gün Allah sizi Top­lan­ma günü­nə cəm edəcək. Hə­min gün qar­şı­lıqlı al­danma günü­dür. Hər kəs Allaha iman gə­ti­rib yaxşı iş­lər görsə, Allah onun günahlarını bağışlayar və onu ağacları al­tın­dan çaylar axan cən­nətlərə daxil edər. Onlar orada əbədi qa­lacaq­lar. Bu, böyük müvəffəqiyyətdir وَٱلَّذِينَ كَفَرُواْ وَكَذَّبُواْ بِـَٔايَٰتِنَآ أُوْلَٰٓئِكَ أَصۡحَٰبُ ٱلنَّارِ خَٰلِدِينَ فِيهَاۖ وَبِئۡسَ ٱلۡمَصِيرُ ١٠Kafir olub ayələrimizi yalan sa­yan­lara gəldikdə isə, onlar Cə­hən­nəm sakinləridir. Onlar orada əbədi qala­caqlar. Ora necə də pis dönüş yeridir مَآ أَصَابَ مِن مُّصِيبَةٍ إِلَّا بِإِذۡنِ ٱللَّهِۗ وَمَن يُؤۡمِنۢ بِٱللَّهِ يَهۡدِ قَلۡبَهُۥۚ وَٱللَّهُ بِكُلِّ شَيۡءٍ عَلِيمٌ ١١Allahın izni olmadan heç kəsə bir müsibət üz verməz. Hər kəs Allaha iman gətirsə, Allah onun qəlbini haqqa yö­nəldər. Allah hər şeyi bilir وَأَطِيعُواْ ٱللَّهَ وَأَطِيعُواْ ٱلرَّسُولَۚ فَإِن تَوَلَّيۡتُمۡ فَإِنَّمَا عَلَىٰ رَسُولِنَا ٱلۡبَلَٰغُ ٱلۡمُبِينُ ١٢Allaha və Onun Rəsuluna itaət edin! Əgər üz çevirsəniz, bilin ki, Elçi­mizin öh­dəsinə dü­şən yalnız açıq bir təbliğdir ٱللَّهُ لَآ إِلَٰهَ إِلَّا هُوَۚ وَعَلَى ٱللَّهِ فَلۡيَتَوَكَّلِ ٱلۡمُؤۡمِنُونَ ١٣Allah! Ondan başqa iba­də­tə layiq olan mə­bud yoxdur. Qoy mö­minlər yal­nız Allaha təvəkkül etsinlər يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ إِنَّ مِنۡ أَزۡوَٰجِكُمۡ وَأَوۡلَٰدِكُمۡ عَدُوًّا لَّكُمۡ فَٱحۡذَرُوهُمۡۚ وَإِن تَعۡفُواْ وَتَصۡفَحُواْ وَتَغۡفِرُواْ فَإِنَّ ٱللَّهَ غَفُورٌ رَّحِيمٌ ١٤Ey iman gətirənlər! Şüb­həsiz ki, zövcələrinizdən və öv­la­dı­nız­dan sizə düşmən olan­lar da vardır. Onlardan özü­nü­zü qo­ru­yun! Lakin on­ları əfv et­sə­niz, günahlarından keçsəniz və bağış­la­sa­nız, bilin ki, Allah Bağışlayandır, Rəhmlidir إِنَّمَآ أَمۡوَٰلُكُمۡ وَأَوۡلَٰدُكُمۡ فِتۡنَةٌۚ وَٱللَّهُ عِندَهُۥٓ أَجۡرٌ عَظِيمٌ ١٥Həqiqətən, var-dövləti­niz və öv­ladlarınız ancaq bir sınaq­dır. Böyük mü­kafat isə Allah yanındadır فَٱتَّقُواْ ٱللَّهَ مَا ٱسۡتَطَعۡتُمۡ وَٱسۡمَعُواْ وَأَطِيعُواْ وَأَنفِقُواْ خَيۡرًا لِّأَنفُسِكُمۡۗ وَمَن يُوقَ شُحَّ نَفۡسِهِۦ فَأُوْلَٰٓئِكَ هُمُ ٱلۡمُفۡلِحُونَ ١٦Nə qədər bacarırsınızsa Allah­dan qorxun. Peyğəmbərə qulaq asıb itaət edin və malı­nızdan öz xeyriniz üçün xərc­lə­yin. Nəfsinin tamahından qo­ru­nanlar – məhz onlar nicat tapanlardır إِن تُقۡرِضُواْ ٱللَّهَ قَرۡضًا حَسَنًا يُضَٰعِفۡهُ لَكُمۡ وَيَغۡفِرۡ لَكُمۡۚ وَٱللَّهُ شَكُورٌ حَلِيمٌ ١٧Əgər Allaha gözəl bir borc ver­səniz (malınızı Onun yo­lun­da xərclə­sə­niz), O bunu sizin üçün qat-qat artırar və sizi ba­ğış­la­yar. Allah şükürün əvəzi­ni verəndir, həlimdir عَٰلِمُ ٱلۡغَيۡبِ وَٱلشَّهَٰدَةِ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ ١٨Allah qeybi və aşkarı bilən­dir, Qüdrətlidir, Hikmət sahi­bi­dir

الترجمة: Khan Musayev.