بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ
لَآ أُقۡسِمُ بِيَوۡمِ ٱلۡقِيَٰمَةِ ١And içirəm Qiyamət gününə وَلَآ أُقۡسِمُ بِٱلنَّفۡسِ ٱللَّوَّامَةِ ٢And içirəm peşmançılıq çəkən nəfsə أَيَحۡسَبُ ٱلۡإِنسَٰنُ أَلَّن نَّجۡمَعَ عِظَامَهُۥ ٣İnsan elə düşünür ki, Biz onun sümüklərini yığa bilməyəcəyik بَلَىٰ قَٰدِرِينَ عَلَىٰٓ أَن نُّسَوِّيَ بَنَانَهُۥ ٤Mütləq yığacağıq! Biz onun barmaq uclarını bərpa etməyə qadirik بَلۡ يُرِيدُ ٱلۡإِنسَٰنُ لِيَفۡجُرَ أَمَامَهُۥ ٥Lakin insan bundan sonra da günah etmək fikrindədir يَسۡـَٔلُ أَيَّانَ يَوۡمُ ٱلۡقِيَٰمَةِ ٦O: “Qiyamət günü nə vaxt olacaq!”– deyə rişxəndlə soruşur فَإِذَا بَرِقَ ٱلۡبَصَرُ ٧Gözlər bərələ qalacağı وَخَسَفَ ٱلۡقَمَرُ ٨ay tutulacağı وَجُمِعَ ٱلشَّمۡسُ وَٱلۡقَمَرُ ٩və günəşlə ayın qovuşacağı zaman – يَقُولُ ٱلۡإِنسَٰنُ يَوۡمَئِذٍ أَيۡنَ ٱلۡمَفَرُّ ١٠o gün insan deyəcək: “Hara qaçaq?” كـَلَّا لَا وَزَرَ ١١Xeyr, o gün pənah aparılacaq yer tapılmayacaq إِلَىٰ رَبِّكَ يَوۡمَئِذٍ ٱلۡمُسۡتَقَرُّ ١٢O gün qayıdış ancaq sənin Rəbbinə olacaq يُنَبَّؤُاْ ٱلۡإِنسَٰنُ يَوۡمَئِذِۭ بِمَا قَدَّمَ وَأَخَّرَ ١٣O gün insana əvvəllər etdiyi və sonraya saxladığı əməlləri barədə xəbər veriləcək بَلِ ٱلۡإِنسَٰنُ عَلَىٰ نَفۡسِهِۦ بَصِيرَةٌ ١٤Əslində, insan öz əleyhinə şahidlik edəcək – وَلَوۡ أَلۡقَىٰ مَعَاذِيرَهُۥ ١٥üzrlü olub-olmadığı bütün halları ortaya qoysa da لَا تُحَرِّكۡ بِهِۦ لِسَانَكَ لِتَعۡجَلَ بِهِۦٓ ١٦Cəbrail sənə Quranı nazil etdikdə onu tələm-tələsik yadda saxlamaq üçün dilini tərpətmə إِنَّ عَلَيۡنَا جَمۡعَهُۥ وَقُرۡءَانَهُۥ ١٧Şübhəsiz ki, sənin qəlbində onun qərar tutması və dilinlə onun oxunması Bizə aiddir فَإِذَا قَرَأۡنَٰهُ فَٱتَّبِعۡ قُرۡءَانَهُۥ ١٨Biz onu oxuduğumuz zaman sən onun oxunuşunu izlə ثُمَّ إِنَّ عَلَيۡنَا بَيَانَهُۥ ١٩Sonra onu izah etmək də, sözsüz ki, Bizə aiddir كـَلَّا بَلۡ تُحِبُّونَ ٱلۡعَاجِلَةَ ٢٠Xeyr! Əksinə, siz tez ötüb keçən fani dünyanı sevir وَتَذَرُونَ ٱلۡأٓخِرَةَ ٢١Axirətdən isə uzaqlaşırsınız وُجُوهٌ يَوۡمَئِذٍ نَّاضِرَةٌ ٢٢O gün bir çox üzlər parlayacaq إِلَىٰ رَبِّهَا نَاظِرَةٌ ٢٣və öz Rəbbinə baxacaqdır وَوُجُوهٌ يَوۡمَئِذِۭ بَاسِرَةٌ ٢٤O gün bir çox üzlər də tutulub qaralacaq تَظُنُّ أَن يُفۡعَلَ بِهَا فَاقِرَةٌ ٢٥və yəqin edəcək ki, onlara müsibət artıq üz vermişdir كـَلَّآ إِذَا بَلَغَتِ ٱلتَّرَاقِيَ ٢٦Xeyr, ruh körpücük sümüklərinə yetişəcəyi zaman وَقِيلَ مَنۡۜ رَاقٍ ٢٧“Kim onu dua ilə müalicə edə bilər?”– deyiləcək وَظَنَّ أَنَّهُ ٱلۡفِرَاقُ ٢٨Can verən adam dünya həyatından ayrıldığını yəqin edəcəyi وَٱلۡتَفَّتِ ٱلسَّاقُ بِٱلسَّاقِ ٢٩və ayaq ayağa dolaşacağı zaman – إِلَىٰ رَبِّكَ يَوۡمَئِذٍ ٱلۡمَسَاقُ ٣٠o gün hər kəs Rəbbinin hüzuruna gətiriləcək فَلَا صَدَّقَ وَلَا صَلَّىٰ ٣١O kafir nə Quranı təsdiq etdi, nə də namaz qıldı وَلَٰكِن كَذَّبَ وَتَوَلَّىٰ ٣٢Haqqı da yalan saydı və üz döndərdi ثُمَّ ذَهَبَ إِلَىٰٓ أَهۡلِهِۦ يَتَمَطَّىٰٓ ٣٣Sonra da lovğa-lovğa öz ailəsinin yanına getdi أَوۡلَىٰ لَكَ فَأَوۡلَىٰ ٣٤Vay sənin halına, vay ثُمَّ أَوۡلَىٰ لَكَ فَأَوۡلَىٰٓ ٣٥Yenə də vay sənin halına, vay أَيَحۡسَبُ ٱلۡإِنسَٰنُ أَن يُتۡرَكَ سُدًى ٣٦Bəlkə insan özbaşına qoyulacağını güman edir أَلَمۡ يَكُ نُطۡفَةً مِّن مَّنِيٍّ يُمۡنَىٰ ٣٧Məgər o, kişi toxumundan axıdılan bir damla nütfə deyildimi ثُمَّ كَانَ عَلَقَةً فَخَلَقَ فَسَوَّىٰ ٣٨Sonra laxtalanmış qan oldu. Allah onu yaradıb kamil bir görkəmə saldı فَجَعَلَ مِنۡهُ ٱلزَّوۡجَيۡنِ ٱلذَّكَرَ وَٱلۡأُنثَىٰٓ ٣٩Ondan da bir cüt kişi və qadın yaratdı أَلَيۡسَ ذَٰلِكَ بِقَٰدِرٍ عَلَىٰٓ أَن يُحۡـِۧيَ ٱلۡمَوۡتَىٰ ٤٠Məgər O, ölüləri diriltməyə qadir deyilmi