بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ
لَآ أُقۡسِمُ بِيَوۡمِ ٱلۡقِيَٰمَةِ ١And içirəm qiyamət gününə وَلَآ أُقۡسِمُ بِٱلنَّفۡسِ ٱللَّوَّامَةِ ٢And içirəm (günah etdiyi üçün, yaxud yaxşı əməli azdır deyə) özünü qınayan nəfsə! (Siz öləndən sonra mütləq diriləcəksiniz) أَيَحۡسَبُ ٱلۡإِنسَٰنُ أَلَّن نَّجۡمَعَ عِظَامَهُۥ ٣Məgər insan elə güman edir ki, (qiyamət günü) onun sümüklərini bir yerə yığa bilməyəcəyik بَلَىٰ قَٰدِرِينَ عَلَىٰٓ أَن نُّسَوِّيَ بَنَانَهُۥ ٤Bəli, Biz onun barmaqlarını da (barmaq sümüklərini də, barmaqlarının uclarını da) düzəltməyə qadirik بَلۡ يُرِيدُ ٱلۡإِنسَٰنُ لِيَفۡجُرَ أَمَامَهُۥ ٥Lakin insan (bundan sonra da) önündəkini (qiyaməti) danmaq (pis işlər görmək) istəyər يَسۡـَٔلُ أَيَّانَ يَوۡمُ ٱلۡقِيَٰمَةِ ٦Və (istehza ilə): “Qiyamət günü nə vaxt olacaqdır?” – deyə soruşar فَإِذَا بَرِقَ ٱلۡبَصَرُ ٧Göz (heyrətdən) bərələcəyi وَخَسَفَ ٱلۡقَمَرُ ٨Ay tutulacağı وَجُمِعَ ٱلشَّمۡسُ وَٱلۡقَمَرُ ٩Günəşlə ay birləşəcəyi (hər ikisinin qərbdən çıxacağı, nurunun gedəcəyi) zaman يَقُولُ ٱلۡإِنسَٰنُ يَوۡمَئِذٍ أَيۡنَ ٱلۡمَفَرُّ ١٠Məhz o gün insan: “Qaçıb can qurtarmağa yer haradadır?” – deyəcəkdir كـَلَّا لَا وَزَرَ ١١Xeyr, (o gün) heç bir sığınacaq olmayacaqdır إِلَىٰ رَبِّكَ يَوۡمَئِذٍ ٱلۡمُسۡتَقَرُّ ١٢O gün (ey insan!) duracaq (pənah aparılacaq) yer ancaq Rəbbinin hüzurudur يُنَبَّؤُاْ ٱلۡإِنسَٰنُ يَوۡمَئِذِۭ بِمَا قَدَّمَ وَأَخَّرَ ١٣O gün insana öncə etdiyi və sonraya qoyduğu nə varsa (sağlığında dünyada gördüyü işlər və öləndən sonra qoyub getdiyi yaxşı, pis nə varsa, hamısı) xəbər veriləcəkdir بَلِ ٱلۡإِنسَٰنُ عَلَىٰ نَفۡسِهِۦ بَصِيرَةٌ ١٤Doğrusu, insan özü-özünə şahiddir وَلَوۡ أَلۡقَىٰ مَعَاذِيرَهُۥ ١٥O, hər cür üzrxahlıq etsə də, (qəbul olunmaz) لَا تُحَرِّكۡ بِهِۦ لِسَانَكَ لِتَعۡجَلَ بِهِۦٓ ١٦(Ya Peyğəmbər! Cəbrail sənə Qur’an oxuduğu zaman) onu tələm-tələsik əzbərləmək üçün dilini tərpətmə! (Sən də onunla birlikdə Qur’anı təkrar etmə, yalnız dinlə) إِنَّ عَلَيۡنَا جَمۡعَهُۥ وَقُرۡءَانَهُۥ ١٧Çünki onu (sənin qəlbində) cəm etmək, (dilində) oxutmaq Bizə aiddir فَإِذَا قَرَأۡنَٰهُ فَٱتَّبِعۡ قُرۡءَانَهُۥ ١٨Biz onu (Cəbrailin dili ilə) oxutduğumuz zaman oxunmasını diqqətlə dinlə ثُمَّ إِنَّ عَلَيۡنَا بَيَانَهُۥ ١٩Sonra onu (sənə) bəyan etmək də Bizə aiddir كـَلَّا بَلۡ تُحِبُّونَ ٱلۡعَاجِلَةَ ٢٠Xeyr, xeyr! Siz tez keçib gedəni (fani dünyanı) sevirsiniz وَتَذَرُونَ ٱلۡأٓخِرَةَ ٢١Axirəti isə tərk edirsiniz وُجُوهٌ يَوۡمَئِذٍ نَّاضِرَةٌ ٢٢O gün neçə-neçə üzlər sevinib güləcək إِلَىٰ رَبِّهَا نَاظِرَةٌ ٢٣Öz Rəbbinə baxacaqdır وَوُجُوهٌ يَوۡمَئِذِۭ بَاسِرَةٌ ٢٤O gün neçə-neçə üzlər tutulub qaralacaq تَظُنُّ أَن يُفۡعَلَ بِهَا فَاقِرَةٌ ٢٥(Sahiblərinin) bel sümüklərinin (dəhşətli bir əzabla) qırılacağını anlayacaqdır كـَلَّآ إِذَا بَلَغَتِ ٱلتَّرَاقِيَ ٢٦Xeyr, (can) boğaza (körpücük sümüklərinə) gəlib yetişəcəyi وَقِيلَ مَنۡۜ رَاقٍ ٢٧“(Onu bu bəladan) kim xilas edə bilər?” – deyiləcəyi وَظَنَّ أَنَّهُ ٱلۡفِرَاقُ ٢٨(Can üstə olan kimsə) ayrılıq dəminin gəlib çatdığını anlayacağı وَٱلۡتَفَّتِ ٱلسَّاقُ بِٱلسَّاقِ ٢٩Və (ölüm qorxusundan) qıçı-qıçına dolaşacağı zaman إِلَىٰ رَبِّكَ يَوۡمَئِذٍ ٱلۡمَسَاقُ ٣٠Aparılacağı yer Rəbbinin hüzuru olacaqdır (ey insan) فَلَا صَدَّقَ وَلَا صَلَّىٰ ٣١Beləliklə, o (kafir Əbu Cəhl) nə (Qur’anı) təsdiq etdi, nə də namaz qıldı وَلَٰكِن كَذَّبَ وَتَوَلَّىٰ ٣٢Amma (Allah kəlamını) yalan saydı, (ondan) üz döndərdi ثُمَّ ذَهَبَ إِلَىٰٓ أَهۡلِهِۦ يَتَمَطَّىٰٓ ٣٣Sonra da özünü darta-darta ailəsinin yanına getdi أَوۡلَىٰ لَكَ فَأَوۡلَىٰ ٣٤Vay sənin halına, vay ثُمَّ أَوۡلَىٰ لَكَ فَأَوۡلَىٰٓ ٣٥Yenə də vay sənin halına, vay أَيَحۡسَبُ ٱلۡإِنسَٰنُ أَن يُتۡرَكَ سُدًى ٣٦Məgər insan elə güman edir ki, o, başlı-başına (cəzasız) buraxılacaq أَلَمۡ يَكُ نُطۡفَةً مِّن مَّنِيٍّ يُمۡنَىٰ ٣٧Məgər o tökülən bir qətrə nütfə deyildimi ثُمَّ كَانَ عَلَقَةً فَخَلَقَ فَسَوَّىٰ ٣٨Sonra laxtalanmış qan oldu və (Allah) onu yaradıb surət verdi (insan şəklinə saldı) فَجَعَلَ مِنۡهُ ٱلزَّوۡجَيۡنِ ٱلذَّكَرَ وَٱلۡأُنثَىٰٓ ٣٩Sonra da ondan biri kişi, biri qadın olmaqla iki cift (həmtay) yaratdı أَلَيۡسَ ذَٰلِكَ بِقَٰدِرٍ عَلَىٰٓ أَن يُحۡـِۧيَ ٱلۡمَوۡتَىٰ ٤٠Elə isə O Allah ölüləri diriltməyə qadir deyildirmi