ملة الإسلام

السورة 79 · 46 آية · Khan Musayev

سورة النازعات باللغة الأذرية

السورة بالعربية مع التفسير استمع إلى سورة النازعات (1,353 قارئاً)
مكيةسورة النازعات٤٦ آية

بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ

وَٱلنَّٰزِعَٰتِ غَرۡقًا ١And olsun kafirlərin ca­nı­nı zorla alanlara وَٱلنَّٰشِطَٰتِ نَشۡطًا ٢And olsun möminlərin ca­nını ra­hat­lıqla alan­lara وَٱلسَّٰبِحَٰتِ سَبۡحًا ٣And olsun göydə üzdükcə üzən­lərə فَٱلسَّٰبِقَٰتِ سَبۡقًا ٤And olsun ötdük­cə ötən­lərə فَٱلۡمُدَبِّرَٰتِ أَمۡرًا ٥And olsun buyruqları ye­rinə ye­ti­rənlərə يَوۡمَ تَرۡجُفُ ٱلرَّاجِفَةُ ٦O gün lərzəyə gələn lər­zə­lənəcək تَتۡبَعُهَا ٱلرَّادِفَةُ ٧onun ardınca təkrar lər­zə­lənəcək قُلُوبٌ يَوۡمَئِذٍ وَاجِفَةٌ ٨Həmin gün qəlblər qor­xudan tir-tir əsəcək أَبۡصَٰرُهَا خَٰشِعَةٌ ٩Bu qəlb sahiblərinin göz­lə­ri zəlil gör­kəm alacaq­ يَقُولُونَ أَءِنَّا لَمَرۡدُودُونَ فِي ٱلۡحَافِرَةِ ١٠Onlar deyirlər: “Yəni biz yenidən bundan qabaqkı halı­mıza dön­dərilə­­cəyik أَءِذَا كُنَّا عِظَٰمًا نَّخِرَةً ١١Sümüklərimiz çürüdük­dən son­ra?” قَالُواْ تِلۡكَ إِذًا كَرَّةٌ خَاسِرَةٌ ١٢Onlar dedilər: “Belə ol­duğu halda bu, zərərli bir qa­yı­dış­dır” فَإِنَّمَا هِيَ زَجۡرَةٌ وَٰحِدَةٌ ١٣O surun üfürülməsi təkcə qorxunc bir səs­dir فَإِذَا هُم بِٱلسَّاهِرَةِ ١٤O vaxt onlar ləngimədən qəbir­lə­rindən yerin sət­hinə çı­xa­caq­lar هَلۡ أَتَىٰكَ حَدِيثُ مُوسَىٰٓ ١٥Musanın hadisəsi sənə yetiş­dimi إِذۡ نَادَىٰهُ رَبُّهُۥ بِٱلۡوَادِ ٱلۡمُقَدَّسِ طُوًى ١٦O zaman Rəbbi onu mü­qəddəs Tuva vadisində səslə­yib de­miş­di ٱذۡهَبۡ إِلَىٰ فِرۡعَوۡنَ إِنَّهُۥ طَغَىٰ ١٧“Fironun yanına yollan! O, həd­dini çox aşmışdır فَقُلۡ هَل لَّكَ إِلَىٰٓ أَن تَزَكَّىٰ ١٨De: “Günahlardan xilas ol­maq is­təyirsənmi وَأَهۡدِيَكَ إِلَىٰ رَبِّكَ فَتَخۡشَىٰ ١٩Səni Rəbbinə doğru yö­nəldimmi ki, On­dan qorxub çə­ki­nə­sən?” فَأَرَىٰهُ ٱلۡأٓيَةَ ٱلۡكُبۡرَىٰ ٢٠Musa ən böyük möcü­zə­ni Firona göstərdi فَكَذَّبَ وَعَصَىٰ ٢١O isə haqqı yalan sayıb asi oldu ثُمَّ أَدۡبَرَ يَسۡعَىٰ ٢٢Sonra da üz döndərib fəsad törət­məyə girişdi فَحَشَرَ فَنَادَىٰ ٢٣O, camaatını toplayıb on­lara hün­dür səslə müraciət edərək فَقَالَ أَنَا۠ رَبُّكُمُ ٱلۡأَعۡلَىٰ ٢٤dedi: “Sizin ən uca rəb­biniz mə­nəm!” فَأَخَذَهُ ٱللَّهُ نَكَالَ ٱلۡأٓخِرَةِ وَٱلۡأُولَىٰٓ ٢٥Belə olduqda, Allah da onu dünya və Axirət əzabı ilə ya­xa­la­dı إِنَّ فِي ذَٰلِكَ لَعِبۡرَةً لِّمَن يَخۡشَىٰٓ ٢٦Həqiqətən, bunda Allah­dan qor­xanlardan ötrü işarə var ءَأَنتُمۡ أَشَدُّ خَلۡقًا أَمِ ٱلسَّمَآءُۚ بَنَىٰهَا ٢٧Sizin yaradılışınız çətin­dir, yoxsa göyün? Allah onu qurdu رَفَعَ سَمۡكَهَا فَسَوَّىٰهَا ٢٨onun qübbəsini yüksəlt­di və dü­zəldib kamilləşdirdi وَأَغۡطَشَ لَيۡلَهَا وَأَخۡرَجَ ضُحَىٰهَا ٢٩gecəsini qaranlıq edib, səhərini də nurlandırdı وَٱلۡأَرۡضَ بَعۡدَ ذَٰلِكَ دَحَىٰهَآ ٣٠Sonra yeri döşəyib أَخۡرَجَ مِنۡهَا مَآءَهَا وَمَرۡعَىٰهَا ٣١onda su və otlaq yaratdı وَٱلۡجِبَالَ أَرۡسَىٰهَا ٣٢dağları da yerə bərkitdi مَتَٰعًا لَّكُمۡ وَلِأَنۡعَٰمِكُمۡ ٣٣Bunlar sizin və mal-qa­ra­nızın fay­dalanmasından ötrü­dür فَإِذَا جَآءَتِ ٱلطَّآمَّةُ ٱلۡكُبۡرَىٰ ٣٤Ən böyük fəlakətin gəl­diyi zaman – يَوۡمَ يَتَذَكَّرُ ٱلۡإِنسَٰنُ مَا سَعَىٰ ٣٥o gün insan törətdikləri­ni xatırla­yacaq وَبُرِّزَتِ ٱلۡجَحِيمُ لِمَن يَرَىٰ ٣٦Cəhənnəm isə hər gör­mə qabiliy­yəti olan adama gös­tə­ri­lə­cək­ فَأَمَّا مَن طَغَىٰ ٣٧Kim həddi aşmışsa وَءَاثَرَ ٱلۡحَيَوٰةَ ٱلدُّنۡيَا ٣٨dünya həyatını axirətdən üstün bilmişsə فَإِنَّ ٱلۡجَحِيمَ هِيَ ٱلۡمَأۡوَىٰ ٣٩şübhəsiz ki, onun gedəcəyi yer Cəhənnəmdir وَأَمَّا مَنۡ خَافَ مَقَامَ رَبِّهِۦ وَنَهَى ٱلنَّفۡسَ عَنِ ٱلۡهَوَىٰ ٤٠Ancaq kim Rəbbinin hü­zuruna gələcəyindən qorxmuş və nəf­sinə ehti­rası yasaq et­miş­sə فَإِنَّ ٱلۡجَنَّةَ هِيَ ٱلۡمَأۡوَىٰ ٤١həqiqətən, onun gedəcəyi yer Cənnətdir يَسۡـَٔلُونَكَ عَنِ ٱلسَّاعَةِ أَيَّانَ مُرۡسَىٰهَا ٤٢Səndən o Saat barə­sin­də: “O nə vaxt qopacaq?”– deyə so­ru­şur­lar فِيمَ أَنتَ مِن ذِكۡرَىٰهَآ ٤٣Axı sən onu haradan bi­ləsən إِلَىٰ رَبِّكَ مُنتَهَىٰهَآ ٤٤Onu kamil bilmək sənin Rəbbinə aiddir إِنَّمَآ أَنتَ مُنذِرُ مَن يَخۡشَىٰهَا ٤٥Sən yalnız ondan qor­xa­nı xəbər­dar edənsən كَأَنَّهُمۡ يَوۡمَ يَرَوۡنَهَا لَمۡ يَلۡبَثُوٓاْ إِلَّا عَشِيَّةً أَوۡ ضُحَىٰهَا ٤٦Onlar Qiyaməti gördük­ləri an dünyada yalnız bir ax­şam ça­ğı, yaxud bir səhər qə­dər qaldıqlarını güman edə­cəklər

الترجمة: Khan Musayev.