ملة الإسلام

السورة 78 · 40 آية · Khan Musayev

سورة النبأ باللغة الأذرية

السورة بالعربية مع التفسير استمع إلى سورة النبأ (1,427 قارئاً)
مكيةسورة النبأ٤٠ آية

بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ

عَمَّ يَتَسَآءَلُونَ ١Onlar nə barədə bir-bi­rin­dən so­ru­şurlar عَنِ ٱلنَّبَإِ ٱلۡعَظِيمِ ٢Böyük bir xəbər barə­sin­də – ٱلَّذِي هُمۡ فِيهِ مُخۡتَلِفُونَ ٣elə bir xəbər ki, onlar onun haq­qında ziddiyyətdə­dirlər كـَلَّا سَيَعۡلَمُونَ ٤Xeyr, onlar Qiyamətin hə­qiqət oldu­ğunu hökmən bilə­cək­lər ثُمَّ كـَلَّا سَيَعۡلَمُونَ ٥Bir daha xeyr! Onlar hök­mən bilə­cəklər أَلَمۡ نَجۡعَلِ ٱلۡأَرۡضَ مِهَٰدًا ٦Məgər Biz yeri yataq et­mədikmi وَٱلۡجِبَالَ أَوۡتَادًا ٧Dağları da payalar وَخَلَقۡنَٰكُمۡ أَزۡوَٰجًا ٨Biz sizi cüt yaratdıq وَجَعَلۡنَا نَوۡمَكُمۡ سُبَاتًا ٩Yuxunuzu da sizin üçün rahatlıq etdik وَجَعَلۡنَا ٱلَّيۡلَ لِبَاسًا ١٠Gecəni örtük etdik وَجَعَلۡنَا ٱلنَّهَارَ مَعَاشًا ١١gündüzü isə ruzi qazan­maq vaxtı وَبَنَيۡنَا فَوۡقَكُمۡ سَبۡعًا شِدَادًا ١٢Üstünüzdə yeddi möh­kəm göy qurduq وَجَعَلۡنَا سِرَاجًا وَهَّاجًا ١٣və çox parlaq bir çıraq ya­ratdıq وَأَنزَلۡنَا مِنَ ٱلۡمُعۡصِرَٰتِ مَآءً ثَجَّاجًا ١٤Biz buludlardan şırıl­-şırıl axan yağmur endirdik ki لِّنُخۡرِجَ بِهِۦ حَبًّا وَنَبَاتًا ١٥onunla toxum və digər bit­kilər ye­tiş­dirək وَجَنَّٰتٍ أَلۡفَافًا ١٦habelə ağaclarının qol-bu­daqları bir-birinə sarmaşan bağ­lar sa­laq إِنَّ يَوۡمَ ٱلۡفَصۡلِ كَانَ مِيقَٰتًا ١٧Həqiqətən, ayırd etmə günü bəlli bir vaxta təyin edil­mişdir يَوۡمَ يُنفَخُ فِي ٱلصُّورِ فَتَأۡتُونَ أَفۡوَاجًا ١٨Sur üfürüləcəyi gün siz dəstə-dəstə gələcəksi­niz وَفُتِحَتِ ٱلسَّمَآءُ فَكَانَتۡ أَبۡوَٰبًا ١٩O gün göyün qapıları açılacaq وَسُيِّرَتِ ٱلۡجِبَالُ فَكَانَتۡ سَرَابًا ٢٠Dağlar da hərəkətə gəti­rilib il­ğıma çevriləcək إِنَّ جَهَنَّمَ كَانَتۡ مِرۡصَادًا ٢١Həqiqətən, Cəhənnəm pusquda daya­nıb kafirləri göz­ləyir لِّلطَّٰغِينَ مَـَٔابًا ٢٢O, həddi aşanların qayı­dacağı yerdir لَّٰبِثِينَ فِيهَآ أَحۡقَابًا ٢٣Onlar orada əsrlər boyu qala­caq­lar لَّا يَذُوقُونَ فِيهَا بَرۡدًا وَلَا شَرَابًا ٢٤Onlar orada nə bir sə­rin­lik, nə də sərinləşdirici içki da­da­caq­lar إِلَّا حَمِيمًا وَغَسَّاقًا ٢٥İçdikləri yalnız qaynar su və irin olacaq – جَزَآءً وِفَاقًا ٢٦törətdikləri əməllərinə uy­ğun bir cəza kimi إِنَّهُمۡ كَانُواْ لَا يَرۡجُونَ حِسَابًا ٢٧Çünki, onlar haqq-he­sab çəki­lə­cəyini güman et­mir­di­lər وَكَذَّبُواْ بِـَٔايَٰتِنَا كِذَّابًا ٢٨Ayələrimizi də qətiy­yət­lə təkzib edirdilər وَكُلَّ شَيۡءٍ أَحۡصَيۡنَٰهُ كِتَٰبًا ٢٩Biz hər bir şeyi hesab­la­yıb yaz­mışıq فَذُوقُواْ فَلَن نَّزِيدَكُمۡ إِلَّا عَذَابًا ٣٠Elə isə dadın əzabı! Biz sizə əzab­dan başqa bir şey ar­tır­ma­ya­­cağıq إِنَّ لِلۡمُتَّقِينَ مَفَازًا ٣١Həqiqətən, müttəqilər üçün nicat yeri vardır حَدَآئِقَ وَأَعۡنَٰبًا ٣٢Həmçinin bağlar və üzüm­lüklər وَكَوَاعِبَ أَتۡرَابًا ٣٣dolğun döşlü həmyaşıd qızlar وَكَأۡسًا دِهَاقًا ٣٤və ləbələb doldurulmuş qədəhlər də vardır لَّا يَسۡمَعُونَ فِيهَا لَغۡوًا وَلَا كِذَّٰبًا ٣٥Onlar orada nə mənasız sözlər, nə də iftira eşidə­cəklər جَزَآءً مِّن رَّبِّكَ عَطَآءً حِسَابًا ٣٦Bunlar sənin Rəbbindən olan mü­kafatlar, artıq­laması ilə ve­ri­lən töhfə­lərdir رَّبِّ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَمَا بَيۡنَهُمَا ٱلرَّحۡمَٰنِۖ لَا يَمۡلِكُونَ مِنۡهُ خِطَابًا ٣٧Göylərin, yerin və onla­rın ara­sın­da olanların Rəb­bi ər-Rəhmanın mü­kafatdır. On­lar Allahın hü­zu­run­da bir söz deməyə qa­dir ol­maya­caqlar يَوۡمَ يَقُومُ ٱلرُّوحُ وَٱلۡمَلَٰٓئِكَةُ صَفًّاۖ لَّا يَتَكَلَّمُونَ إِلَّا مَنۡ أَذِنَ لَهُ ٱلرَّحۡمَٰنُ وَقَالَ صَوَابًا ٣٨Ruh Cəbrail və mələk­lər səf-səf duracağı gün, ər-Rəhmanın izin verdiyi kim­sə­lər­dən və doğru söz de­yən­lər­dən başqa heç kəs danışma­ya­caq ذَٰلِكَ ٱلۡيَوۡمُ ٱلۡحَقُّۖ فَمَن شَآءَ ٱتَّخَذَ إِلَىٰ رَبِّهِۦ مَـَٔابًا ٣٩O gün, gerçək bir gün­dür. Kim is­təsə öz Rəbbi yanında sı­ğı­na­caq ta­par إِنَّآ أَنذَرۡنَٰكُمۡ عَذَابًا قَرِيبًا يَوۡمَ يَنظُرُ ٱلۡمَرۡءُ مَا قَدَّمَتۡ يَدَاهُ وَيَقُولُ ٱلۡكَافِرُ يَٰلَيۡتَنِي كُنتُ تُرَٰبَۢا ٤٠Həqiqətən, Biz sizi ya­xın əzab barədə xəbərdar etdik. O gün in­san öz əlləri ilə nələr et­diyini görəcək, kafir isə deyə­cək­dir: “Kaş mən torpaq olay­dım!”

الترجمة: Khan Musayev.