بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ
وَٱلضُّحَىٰ ١And olsun səhərə وَٱلَّيۡلِ إِذَا سَجَىٰ ٢And olsun sakitləşməkdə olan (və ya: getdikcə zülməti artan) gecəyə ki مَا وَدَّعَكَ رَبُّكَ وَمَا قَلَىٰ ٣(Sənə bir neçə gün vəhy nazil etməməklə) Rəbbin səni (ya Peyğəmbər!) nə tərk etdi, nə də sənə acığı tutdu وَلَلۡأٓخِرَةُ خَيۡرٌ لَّكَ مِنَ ٱلۡأُولَىٰ ٤Şübhəsiz ki, axirət sənin üçün dünyadan daha xeyirlidir وَلَسَوۡفَ يُعۡطِيكَ رَبُّكَ فَتَرۡضَىٰٓ ٥Həqiqətən, Rəbbin sənə (qiyamət günü ən uca şəfaət məqamı, Cənnətdə tükənməz ne’mətlər) bəxş edəcək və sən (Ondan) razı qalacaqsan أَلَمۡ يَجِدۡكَ يَتِيمًا فَـَٔاوَىٰ ٦Məgər O səni yetim ikən tapıb sığınacaq vermədimi وَوَجَدَكَ ضَآلًّا فَهَدَىٰ ٧Sənin şaşqın (yaxud: uşaq vaxtı Məkkə vadisində azmış) vəziyyətdə tapıb yol göstərmədimi وَوَجَدَكَ عَآئِلًا فَأَغۡنَىٰ ٨Səni yoxsul ikən tapıb dövlətli etmədimi فَأَمَّا ٱلۡيَتِيمَ فَلَا تَقۡهَرۡ ٩Elə isə yetimə zülm etmə وَأَمَّا ٱلسَّآئِلَ فَلَا تَنۡهَرۡ ١٠Dilənçini də (qapıdan) qovma وَأَمَّا بِنِعۡمَةِ رَبِّكَ فَحَدِّثۡ ١١Və (həmişə) Rəbbinin sənə olan ne’mətindən söhbət aç