ملة الإسلام

السورة 92 · 21 آية · Vasim Mammadaliyev And Ziya Bunyadov

سورة الليل باللغة الأذرية

السورة بالعربية مع التفسير استمع إلى سورة الليل (1,297 قارئاً)
مكيةسورة الليل٢١ آية

بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ

وَٱلَّيۡلِ إِذَا يَغۡشَىٰ ١And olsun (aləmi zülmətə) bürüməkdə olan gecəyə وَٱلنَّهَارِ إِذَا تَجَلَّىٰ ٢And olsun işıqlanmaqda olan gündüzə وَمَا خَلَقَ ٱلذَّكَرَ وَٱلۡأُنثَىٰٓ ٣And olsun kişini və qadını (erkəyi və dişini) yaradana ki إِنَّ سَعۡيَكُمۡ لَشَتَّىٰ ٤Sizin zəhmətiniz (ey insanlar!) cürbəcürdür! (Bə’ziniz Cənnət üçün, bə’ziniz isə Cəhənnəm üçün çalışırsınız) فَأَمَّا مَنۡ أَعۡطَىٰ وَٱتَّقَىٰ ٥Kim (malını Allah yolunda) versə, (Allahdan) qorxsa وَصَدَّقَ بِٱلۡحُسۡنَىٰ ٦Və ən gözəl sözü (la ilahə illallah kəlməsini) təsdiq etsə فَسَنُيَسِّرُهُۥ لِلۡيُسۡرَىٰ ٧Biz ona ən asan olanı (Cənnəti) müyəssər edəcəyik وَأَمَّا مَنۢ بَخِلَ وَٱسۡتَغۡنَىٰ ٨Amma kim (malını Allah yolunda xərcləməyə) xəsislik etsə, (mal-dövlətinə güvənib Allaha) möhtac olmadığını sansa وَكَذَّبَ بِٱلۡحُسۡنَىٰ ٩Və ən gözəl sözü (la ilahə illallah kəlməsini) yalan saysa فَسَنُيَسِّرُهُۥ لِلۡعُسۡرَىٰ ١٠Biz ona ən çətin olanı (Cəhənnəmi) müyəssər edəcəyik (onu Cəhənnəm üçün hazırlayacağıq) وَمَا يُغۡنِي عَنۡهُ مَالُهُۥٓ إِذَا تَرَدَّىٰٓ ١١(O, Cəhənnəmə) düşəcəyi zaman mal-dövləti ona heç bir fayda verməz إِنَّ عَلَيۡنَا لَلۡهُدَىٰ ١٢Bizim öhdəmizə düşən yalnız doğru yolu göstərməkdir! (Mö’min və ya kafir olmaq isə hər kəsin öz işidir) وَإِنَّ لَنَا لَلۡأٓخِرَةَ وَٱلۡأُولَىٰ ١٣Axirət də Bizim, dünya da Bizimdir فَأَنذَرۡتُكُمۡ نَارًا تَلَظَّىٰ ١٤(Ey insanlar!) Mən sizi alovlanan bir atəşlə qorxutdum لَا يَصۡلَىٰهَآ إِلَّا ٱلۡأَشۡقَى ١٥Ora ancaq azğın (kafir) daxil olar ٱلَّذِي كَذَّبَ وَتَوَلَّىٰ ١٦O kimsə ki, (haqqı) yalan sayar, (imandan) üz döndərər وَسَيُجَنَّبُهَا ٱلۡأَتۡقَى ١٧Allahdan qorxub pis əməllərdən çəkinən isə ondan uzaqlaşdırılar (nicat tapar) ٱلَّذِي يُؤۡتِي مَالَهُۥ يَتَزَكَّىٰ ١٨O kimsə ki, malını (Allah yolunda) verib (günahlardan) təmizlənər وَمَا لِأَحَدٍ عِندَهُۥ مِن نِّعۡمَةٍ تُجۡزَىٰٓ ١٩O şəxsin boynunda heç kəsin bir minnəti (ne’məti) yoxdur ki, onun əvəzi verilsin (etdiyi yaxşılıq ona əvəz olsun; və ya: o, etdiyi yaxşılıq müqabilində heç kəsdən bir mükafat gözləməz) إِلَّا ٱبۡتِغَآءَ وَجۡهِ رَبِّهِ ٱلۡأَعۡلَىٰ ٢٠O ancaq ən uca olan Rəbbinin rizasını qazanmaq üçün belə edər وَلَسَوۡفَ يَرۡضَىٰ ٢١And olsun ki, o (öz Rəbbindən Cənnətdə ona verəcəyi ne’mətlərə görə) razı olacaqdır

الترجمة: Vasim Mammadaliyev And Ziya Bunyadov.