ملة الإسلام

السورة 77 · 50 آية · Vasim Mammadaliyev And Ziya Bunyadov

سورة المرسلات باللغة الأذرية

السورة بالعربية مع التفسير استمع إلى سورة المرسلات (1,226 قارئاً)
مكيةسورة المرسلات٥٠ آية

بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ

وَٱلۡمُرۡسَلَٰتِ عُرۡفًا ١And olsun bir-birinin ardınca göndərilənlərə (mələklərə, peyğəmbərlərə, yaxud küləklərə) فَٱلۡعَٰصِفَٰتِ عَصۡفًا ٢And olsun şiddətlə əsənlərə (və ya yel kimi tez gedənlərə) وَٱلنَّٰشِرَٰتِ نَشۡرًا ٣And olsun (Allahın ayələrini, kitablarını və əmrlərini) yayanlara فَٱلۡفَٰرِقَٰتِ فَرۡقًا ٤And olsun (haqla batili) ayıranlara فَٱلۡمُلۡقِيَٰتِ ذِكۡرًا ٥And olsun vəhyi (peyğəmbərlərə) çatdıranlara عُذۡرًا أَوۡ نُذۡرًا ٦(Mö’minlər tövbə edib) üzr diləmək və ya (kafirləri) qorxutmaq üçün (olan vəhyi çatdıranlara) ki إِنَّمَا تُوعَدُونَ لَوَٰقِعٌ ٧Sizə və’d edilən (qiyamət) mütləq vaqe olacaqdır فَإِذَا ٱلنُّجُومُ طُمِسَتۡ ٨Ulduzlar sönəcəyi وَإِذَا ٱلسَّمَآءُ فُرِجَتۡ ٩Göy yarılacağı وَإِذَا ٱلۡجِبَالُ نُسِفَتۡ ١٠Dağlar parça-parça olub dağılacağı (toz kimi havada uçacağı) وَإِذَا ٱلرُّسُلُ أُقِّتَتۡ ١١Peyğəmbərlərə (öz ümmətlərinə şahidlik etmək üçün bir qədər) möhlət veriləcəyi zaman لِأَيِّ يَوۡمٍ أُجِّلَتۡ ١٢(Belə soruşulacaqdır:) “(Bunlara) hansı günə qədər möhlət verilmişdir?” لِيَوۡمِ ٱلۡفَصۡلِ ١٣(Həmin suala cavab olaraq deyiləcəkdir:) “(Haqla batili) ayırd ediləcəyi günə qədər!” وَمَآ أَدۡرَىٰكَ مَا يَوۡمُ ٱلۡفَصۡلِ ١٤Nə bilirsən (haradan bilirsən) ki, nədir o ayırd etmə günü وَيۡلٌ يَوۡمَئِذٍ لِّلۡمُكَذِّبِينَ ١٥O gün vay halına (qiyaməti) yalan sayanların أَلَمۡ نُهۡلِكِ ٱلۡأَوَّلِينَ ١٦Məgər Biz əvvəlkiləri (keçmiş kafir ümmətləri) məhv etmədikmi ثُمَّ نُتۡبِعُهُمُ ٱلۡأٓخِرِينَ ١٧Sonra axırda gələnləri (Məkkə müşriklərini) də onlara qatacağıq كَذَٰلِكَ نَفۡعَلُ بِٱلۡمُجۡرِمِينَ ١٨Biz günahkarlarla belə rəftar edirik وَيۡلٌ يَوۡمَئِذٍ لِّلۡمُكَذِّبِينَ ١٩O gün vay halına (qiyaməti) yalan sayanların أَلَمۡ نَخۡلُقكُّم مِّن مَّآءٍ مَّهِينٍ ٢٠Məgər sizi bir qətrə zəif (dəyərsiz) sudan (nütfədən) yaratmadıqmı فَجَعَلۡنَٰهُ فِي قَرَارٍ مَّكِينٍ ٢١Biz onu möhkəm bir yerdə (ana bətnində) saxladıq إِلَىٰ قَدَرٍ مَّعۡلُومٍ ٢٢Müəyyən bir vaxta qədər فَقَدَرۡنَا فَنِعۡمَ ٱلۡقَٰدِرُونَ ٢٣Biz (nütfədən insan yaratmağa) qadir olduq. Nə gözəl qadir olanlarıq Biz وَيۡلٌ يَوۡمَئِذٍ لِّلۡمُكَذِّبِينَ ٢٤O gün vay halına (qiyaməti) yalan sayanların أَلَمۡ نَجۡعَلِ ٱلۡأَرۡضَ كِفَاتًا ٢٥Məgər Biz yeri məskən etmədikmi أَحۡيَآءً وَأَمۡوَٰتًا ٢٦Həm dirilərə, həm də ölülərə?! (Yerin altında ölülər yatar, üstündə dirilər gəzib-dolanar) وَجَعَلۡنَا فِيهَا رَوَٰسِيَ شَٰمِخَٰتٍ وَأَسۡقَيۡنَٰكُم مَّآءً فُرَاتًا ٢٧Biz orada möhkəm durmuş uca dağlar yaratdıq və sizə şirin su içirtdik وَيۡلٌ يَوۡمَئِذٍ لِّلۡمُكَذِّبِينَ ٢٨O gün vay halına (bu ne’mətləri) yalan sayanların ٱنطَلِقُوٓاْ إِلَىٰ مَا كُنتُم بِهِۦ تُكَذِّبُونَ ٢٩(O gün kafirlərə belə deyiləcəkdir:) “Girin (dünyada) yalan hesab etdiyiniz (cəhənnəm əzabının) içinə ٱنطَلِقُوٓاْ إِلَىٰ ظِلٍّ ذِي ثَلَٰثِ شُعَبٍ ٣٠Girin (cəhənnəm tüstüsünün) üç qola ayrılmış kölgəsinə!” لَّا ظَلِيلٍ وَلَا يُغۡنِي مِنَ ٱللَّهَبِ ٣١O (sizə) nə kölgəlik olar, nə də (sizi) alovdan qoruyar إِنَّهَا تَرۡمِي بِشَرَرٍ كَٱلۡقَصۡرِ ٣٢O (hər biri) bir saray boyda qığılcımlar saçar كَأَنَّهُۥ جِمَٰلَتٌ صُفۡرٌ ٣٣O (qığılcımlar), sanki sarı dəvə sürükləridir وَيۡلٌ يَوۡمَئِذٍ لِّلۡمُكَذِّبِينَ ٣٤O gün vay halına (qiyaməti) yalan sayanların هَٰذَا يَوۡمُ لَا يَنطِقُونَ ٣٥Bu elə bir gündür ki, (qiyaməti yalan sayanlar) danışa bilməzlər وَلَا يُؤۡذَنُ لَهُمۡ فَيَعۡتَذِرُونَ ٣٦Onlara üzr istəməyə izin də verilməz وَيۡلٌ يَوۡمَئِذٍ لِّلۡمُكَذِّبِينَ ٣٧O gün vay halına (qiyaməti) yalan sayanların هَٰذَا يَوۡمُ ٱلۡفَصۡلِۖ جَمَعۡنَٰكُمۡ وَٱلۡأَوَّلِينَ ٣٨Bu sizi də, (sizdən) əvvəlkiləri də bir yerə topladığımız (haqla batili) ayırd etmə günüdür فَإِن كَانَ لَكُمۡ كَيۡدٌ فَكِيدُونِ ٣٩(Dünyada etdiyiniz kimi, bu günün əzabından qurtarmaq üçün) bir hiyləniz varsa, Mənə qarşı qurun görək وَيۡلٌ يَوۡمَئِذٍ لِّلۡمُكَذِّبِينَ ٤٠O gün vay halına (qiyaməti) yalan sayanların إِنَّ ٱلۡمُتَّقِينَ فِي ظِلَٰلٍ وَعُيُونٍ ٤١Həqiqətən, (o gün) müttəqilər kölgəliklərdə və çeşmələr başında وَفَوَٰكِهَ مِمَّا يَشۡتَهُونَ ٤٢İstədikləri meyvə içində olacaqlar كُلُواْ وَٱشۡرَبُواْ هَنِيٓـَٔۢا بِمَا كُنتُمۡ تَعۡمَلُونَ ٤٣(Onlara belə deyiləcəkdir:) “(Dünyada) etdiyiniz (yaxşı) əməllərə görə nuşcanlıqla yeyin-için إِنَّا كَذَٰلِكَ نَجۡزِي ٱلۡمُحۡسِنِينَ ٤٤Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq!” وَيۡلٌ يَوۡمَئِذٍ لِّلۡمُكَذِّبِينَ ٤٥O gün vay halına (qiyaməti) yalan sayanların كُلُواْ وَتَمَتَّعُواْ قَلِيلًا إِنَّكُم مُّجۡرِمُونَ ٤٦(Siz ey kafirlər!) Yeyin və (dünyada) bir az kef çəkin. Həqiqətən, siz günahkarlarsınız! (Axirətdə qismətiniz Cəhənnəmdir) وَيۡلٌ يَوۡمَئِذٍ لِّلۡمُكَذِّبِينَ ٤٧O gün vay halına (qiyaməti) yalan sayanların وَإِذَا قِيلَ لَهُمُ ٱرۡكَعُواْ لَا يَرۡكَعُونَ ٤٨Onlara: “Namaz qılın!” – deyildiyi zaman namaz qılmazlar وَيۡلٌ يَوۡمَئِذٍ لِّلۡمُكَذِّبِينَ ٤٩O gün vay halına (qiyaməti) yalan sayanların فَبِأَيِّ حَدِيثِۭ بَعۡدَهُۥ يُؤۡمِنُونَ ٥٠(Bu kafirlər) ona da (Qur’ana da) inanmayandan sonra daha hansı kəlama inanacaqlar

الترجمة: Vasim Mammadaliyev And Ziya Bunyadov.