ملة الإسلام

السورة 78 · 40 آية · Vasim Mammadaliyev And Ziya Bunyadov

سورة النبأ باللغة الأذرية

السورة بالعربية مع التفسير استمع إلى سورة النبأ (1,427 قارئاً)
مكيةسورة النبأ٤٠ آية

بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ

عَمَّ يَتَسَآءَلُونَ ١(Bu müşriklər) bir-birindən nə haqqında soruşurlar عَنِ ٱلنَّبَإِ ٱلۡعَظِيمِ ٢Böyük bir xəbər (qiyamət günü) haqqında ٱلَّذِي هُمۡ فِيهِ مُخۡتَلِفُونَ ٣Elə bir xəbər ki, onun barəsində ixtilafdadırlar كـَلَّا سَيَعۡلَمُونَ ٤Xeyr, onlar (qiyamətin haqq olduğunu) mütləq biləcəklər ثُمَّ كـَلَّا سَيَعۡلَمُونَ ٥Bir də (deyirəm) xeyr, onlar (qiyamətin haqq olduğunu) mütləq biləcəklər أَلَمۡ نَجۡعَلِ ٱلۡأَرۡضَ مِهَٰدًا ٦Məgər Biz yeri döşək etmədikmi وَٱلۡجِبَالَ أَوۡتَادًا ٧Dağları da dirək وَخَلَقۡنَٰكُمۡ أَزۡوَٰجًا ٨Biz sizləri (erkək və dişi olmaqla) cüt-cüt yaratdıq وَجَعَلۡنَا نَوۡمَكُمۡ سُبَاتًا ٩Yuxunuzu da istirahət etdik وَجَعَلۡنَا ٱلَّيۡلَ لِبَاسًا ١٠Biz gecəni (hər şeyi bürüyən) örtük etdik وَجَعَلۡنَا ٱلنَّهَارَ مَعَاشًا ١١Gündüzü isə dolanışlıq (ruzi qazanmaq) vaxtı etdik وَبَنَيۡنَا فَوۡقَكُمۡ سَبۡعًا شِدَادًا ١٢Üstünüzdə yeddi (qat) möhkəm (göy) qurduq وَجَعَلۡنَا سِرَاجًا وَهَّاجًا ١٣Sizin üçün çox parlaq bir çıxar (günəş) yaratdıq وَأَنزَلۡنَا مِنَ ٱلۡمُعۡصِرَٰتِ مَآءً ثَجَّاجًا ١٤(Küləklərin sıxdığı) buludlardan şırıl-şırıl tökülən yağmur endirdik ki لِّنُخۡرِجَ بِهِۦ حَبًّا وَنَبَاتًا ١٥Onunla dən və bitki yetişdirək وَجَنَّٰتٍ أَلۡفَافًا ١٦Eləcə də (ağacları bir-birinə) sarmaşan bağlar إِنَّ يَوۡمَ ٱلۡفَصۡلِ كَانَ مِيقَٰتًا ١٧Həqiqətən, (haqla batili) ayırd etmə günü (əzəldən müəyyən edilmiş) bir vaxtdır يَوۡمَ يُنفَخُ فِي ٱلصُّورِ فَتَأۡتُونَ أَفۡوَاجًا ١٨Sur çalınacağı gün (qəbirlərinizdən çıxıb) dəstə-dəstə (məhşərə) gələcəksiniz وَفُتِحَتِ ٱلسَّمَآءُ فَكَانَتۡ أَبۡوَٰبًا ١٩(O gün) göy qapı-qapı (mələklərin yerə enməsi üçün göydə yarıqlar) açılacaqdır وَسُيِّرَتِ ٱلۡجِبَالُ فَكَانَتۡ سَرَابًا ٢٠Dağlar yerindən qopardılıb (havada toz kimi uçaraq) ilğıma dönəcəkdir إِنَّ جَهَنَّمَ كَانَتۡ مِرۡصَادًا ٢١Həqiqətən, Cəhənnəm (mələklərin hazır durub kafirləri gözlədiyi) pusqudur لِّلطَّٰغِينَ مَـَٔابًا ٢٢O, azğınların məskənidir لَّٰبِثِينَ فِيهَآ أَحۡقَابًا ٢٣Onlar orada sonsuz müddət qalacaqlar لَّا يَذُوقُونَ فِيهَا بَرۡدًا وَلَا شَرَابًا ٢٤Onlar orada nə bir sərinlik (görəcək), nə də içməyə bir şey tapacaqlar إِلَّا حَمِيمًا وَغَسَّاقًا ٢٥Qaynar sudan və irindən başqa جَزَآءً وِفَاقًا ٢٦(Dünyadakı əmələrinə) uyğun cəza olaraq إِنَّهُمۡ كَانُواْ لَا يَرۡجُونَ حِسَابًا ٢٧Çünki onlar haqq-hesab çəkiləcəyinə ümid bəsləmirdilər (qiyamət gününə inanmır, onun əzabından qorxmurdular) وَكَذَّبُواْ بِـَٔايَٰتِنَا كِذَّابًا ٢٨Ayələrimizi də elə hey təkzib edirdilər وَكُلَّ شَيۡءٍ أَحۡصَيۡنَٰهُ كِتَٰبًا ٢٩Biz hər şeyi (bir-bir) sayıb (lövhi-məhfuzda) yazmışıq (və ya: əməl dəftərində yazıb təsbit etmişik) فَذُوقُواْ فَلَن نَّزِيدَكُمۡ إِلَّا عَذَابًا ٣٠İndi (ey kafirlər!) dadın əzabı. Biz sizə əzabdan başqa bir şey artırmayacağıq إِنَّ لِلۡمُتَّقِينَ مَفَازًا ٣١Həqiqətən, müttəqilərin nicat yeri (Cənnət) حَدَآئِقَ وَأَعۡنَٰبًا ٣٢Bağçalar və üzüm bağları وَكَوَاعِبَ أَتۡرَابًا ٣٣Sinələri yenicə qabarmış (dolmuş, tumurcuqlanmış, gözəllikdə və məlahətdə bir-birinə bənzər) həmyaşıd qızlar وَكَأۡسًا دِهَاقًا ٣٤(Cənnət şərabı ilə) dolu qədəhlər gözləyir لَّا يَسۡمَعُونَ فِيهَا لَغۡوًا وَلَا كِذَّٰبًا ٣٥Onlar orada (Cənnətdə) nə boş söz, nə də yalan eşidəcəklər جَزَآءً مِّن رَّبِّكَ عَطَآءً حِسَابًا ٣٦(Bu, müttəqilərə) Rəbbindən olan mükafat, artıqlaması ilə verilən bəxşişdir رَّبِّ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَمَا بَيۡنَهُمَا ٱلرَّحۡمَٰنِۖ لَا يَمۡلِكُونَ مِنۡهُ خِطَابًا ٣٧Göylərin, yerin və onların arasındakıların Rəhman olan Rəbbindən (göndərilən bəxşişdir). Onlar (məxluqat) Onun hüzurunda heç bir söz deməyə qadir olmazlar يَوۡمَ يَقُومُ ٱلرُّوحُ وَٱلۡمَلَٰٓئِكَةُ صَفًّاۖ لَّا يَتَكَلَّمُونَ إِلَّا مَنۡ أَذِنَ لَهُ ٱلرَّحۡمَٰنُ وَقَالَ صَوَابًا ٣٨Ruhun (Cəbrailin) və mələklərin səf-səf duracağı gün Rəhmanın izin verdiyi kimsələrdən başqa heç kəs danışmayacaq, danışan da doğrunu deyəcəkdir ذَٰلِكَ ٱلۡيَوۡمُ ٱلۡحَقُّۖ فَمَن شَآءَ ٱتَّخَذَ إِلَىٰ رَبِّهِۦ مَـَٔابًا ٣٩Bu, haqq olan gündür. Kim dilərsə, (iman gətirib ibadət və itaət etməklə) Rəbbinə tərəf qayıdan bir yol tutar إِنَّآ أَنذَرۡنَٰكُمۡ عَذَابًا قَرِيبًا يَوۡمَ يَنظُرُ ٱلۡمَرۡءُ مَا قَدَّمَتۡ يَدَاهُ وَيَقُولُ ٱلۡكَافِرُ يَٰلَيۡتَنِي كُنتُ تُرَٰبَۢا ٤٠Həqiqətən, Biz sizi yaxın bir əzabla (qiyamət gününün əzabı ilə) qorxutduq. O gün insan öz əlləri ilə etdiyi (yaxşı, pis) əməlləri görəcək, kafir isə: “Kaş (bu əzabı görməmək üçün) torpaq olaydım!” – deyəcəkdir

الترجمة: Vasim Mammadaliyev And Ziya Bunyadov.