Millat al-Islam

Chapter 80 · 42 verses · Khan Musayev

Surah Abasa in Azerbaijani

Arabic with tafsir Listen to Surah Abasa (1306 reciters)
Meccanسورة عبس42 verses

بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ

عَبَسَ وَتَوَلَّىٰٓ ١Peyğəmbər qaşqabağını tökdü və üzünü çevirdi – أَن جَآءَهُ ٱلۡأَعۡمَىٰ ٢yanına korun gəldiyinə görə وَمَا يُدۡرِيكَ لَعَلَّهُۥ يَزَّكَّىٰٓ ٣Nə bilirdin ki, bəlkə o gü­nahlardan təmizlənəcəkdi أَوۡ يَذَّكَّرُ فَتَنفَعَهُ ٱلذِّكۡرَىٰٓ ٤və yaxud nəsihət dinlə­yib fayda­lanacaqdı أَمَّا مَنِ ٱسۡتَغۡنَىٰ ٥Nəsihətə ehtiyacı olma­ya­na gəlincə isə فَأَنتَ لَهُۥ تَصَدَّىٰ ٦sən ona diqqət yetirirsən وَمَا عَلَيۡكَ أَلَّا يَزَّكَّىٰ ٧Onun təmizlənməməyi­nin sənə bir aidiyyəti yox­dur وَأَمَّا مَن جَآءَكَ يَسۡعَىٰ ٨Səy göstərib sənin yanına gələn وَهُوَ يَخۡشَىٰ ٩Allahdan qorxan kimsəyə gəlincə فَأَنتَ عَنۡهُ تَلَهَّىٰ ١٠sən ona məhəl qoymursan كـَلَّآ إِنَّهَا تَذۡكِرَةٌ ١١Xeyr! Şübhəsiz ki, bu, bir nəsi­hətdir فَمَن شَآءَ ذَكَرَهُۥ ١٢Kim istəsə, qoy onu xa­tırlayıb ibrət alsın فِي صُحُفٍ مُّكَرَّمَةٍ ١٣Bu Quran kəramətli sə­hi­fələr­də مَّرۡفُوعَةٍ مُّطَهَّرَةِۭ ١٤yüksək və pak səhifələr­də­dir بِأَيۡدِي سَفَرَةٍ ١٥Bu səhifələr elçilərin əl­lə­rində – كِرَامِۭ بَرَرَةٍ ١٦möhtərəm və müti olan­ mələklərin əllə­rindədir قُتِلَ ٱلۡإِنسَٰنُ مَآ أَكۡفَرَهُۥ ١٧Qoy ölsün kafir insan! O necə də nankordur مِنۡ أَيِّ شَيۡءٍ خَلَقَهُۥ ١٨Qoy baxıb görsün, Allah onu nədən yaradıb مِن نُّطۡفَةٍ خَلَقَهُۥ فَقَدَّرَهُۥ ١٩Allah onu nütfədən ya­ratdı və onu müəyyən şəklə saldı ثُمَّ ٱلسَّبِيلَ يَسَّرَهُۥ ٢٠Sonra da onun yolunu asanlaş­dırdı ثُمَّ أَمَاتَهُۥ فَأَقۡبَرَهُۥ ٢١Sonra onu öldürüb qə­bi­rə yerləş­dirdi ثُمَّ إِذَا شَآءَ أَنشَرَهُۥ ٢٢Sonra da istədiyi vaxt onu yenidən dirildə­cək كـَلَّا لَمَّا يَقۡضِ مَآ أَمَرَهُۥ ٢٣Xeyr! O, hələ də Allahın ona bu­yurduğunu yerinə ye­tir­mə­miş­dir فَلۡيَنظُرِ ٱلۡإِنسَٰنُ إِلَىٰ طَعَامِهِۦٓ ٢٤Qoy insan yediyinə diq­qət yetir­sin أَنَّا صَبَبۡنَا ٱلۡمَآءَ صَبًّا ٢٥Həqiqətən, yağışı bol-bol Biz yağ­dırırıq ثُمَّ شَقَقۡنَا ٱلۡأَرۡضَ شَقًّا ٢٦Sonra da yeri çat-çat ya­rıb فَأَنۢبَتۡنَا فِيهَا حَبًّا ٢٧orada taxıl yetişdiririk وَعِنَبًا وَقَضۡبًا ٢٨Habelə üzüm və yonca وَزَيۡتُونًا وَنَخۡلًا ٢٩zeytun və xurma ağac­la­rı وَحَدَآئِقَ غُلۡبًا ٣٠sıx-sıx bağlar وَفَٰكِهَةً وَأَبًّا ٣١meyvələr və otlar da bi­tiririk مَّتَٰعًا لَّكُمۡ وَلِأَنۡعَٰمِكُمۡ ٣٢Bu nemətlər sizin isti­fa­də­niz və mal-qaranızın fayda­lan­ması üçün­dür فَإِذَا جَآءَتِ ٱلصَّآخَّةُ ٣٣Qulaqbatırıcı bir səs gə­ləndə – يَوۡمَ يَفِرُّ ٱلۡمَرۡءُ مِنۡ أَخِيهِ ٣٤o gün insan qaçacaq öz qarda­şından وَأُمِّهِۦ وَأَبِيهِ ٣٥anasından, atasından وَصَٰحِبَتِهِۦ وَبَنِيهِ ٣٦həyat yoldaşından və övladla­rından لِكُلِّ ٱمۡرِيٍٕ مِّنۡهُمۡ يَوۡمَئِذٍ شَأۡنٌ يُغۡنِيهِ ٣٧O gün onlardan hər biri­nin yetə­rincə işi olacaq­ وُجُوهٌ يَوۡمَئِذٍ مُّسۡفِرَةٌ ٣٨O gün neçə-neçə üzlər par­layacaq ضَاحِكَةٌ مُّسۡتَبۡشِرَةٌ ٣٩güləcək və fərəhlənə­cək­ وَوُجُوهٌ يَوۡمَئِذٍ عَلَيۡهَا غَبَرَةٌ ٤٠O gün neçə-neçə üzlərə toz-torpaq hopacaq تَرۡهَقُهَا قَتَرَةٌ ٤١onları zülmət bürüyə­cək­ أُوْلَٰٓئِكَ هُمُ ٱلۡكَفَرَةُ ٱلۡفَجَرَةُ ٤٢Məhz onlar kafirlər, gü­nah­kar­lardır

Translation: Khan Musayev.