Millat al-Islam

Chapter 85 · 22 verses · Alikhan Musayev

Surah Al-Burooj in Azerbaijani

Arabic with tafsir Listen to Surah Al-Burooj (1318 reciters)
Meccanسورة البروج22 verses

بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ

وَٱلسَّمَآءِ ذَاتِ ٱلۡبُرُوجِ ١And olsun bürclü göyə وَٱلۡيَوۡمِ ٱلۡمَوۡعُودِ ٢And olsun vədə verilmiş günə وَشَاهِدٍ وَمَشۡهُودٍ ٣And olsun şahidlik edənə və edilənə قُتِلَ أَصۡحَٰبُ ٱلۡأُخۡدُودِ ٤Məhv olsun xəndək kənarında yığışanlar ٱلنَّارِ ذَاتِ ٱلۡوَقُودِ ٥Odunla alışdırılmış xəndək إِذۡ هُمۡ عَلَيۡهَا قُعُودٌ ٦Onlar o xəndəyin qırağında oturub وَهُمۡ عَلَىٰ مَا يَفۡعَلُونَ بِٱلۡمُؤۡمِنِينَ شُهُودٌ ٧möminlərə öz verdikləri işgəncələrə şahidlik edirdilər وَمَا نَقَمُواْ مِنۡهُمۡ إِلَّآ أَن يُؤۡمِنُواْ بِٱللَّهِ ٱلۡعَزِيزِ ٱلۡحَمِيدِ ٨Kafirlər onlardan yalnız Qüdrətli, Tərifəlayiq Allaha iman gətirdiklərinə görə intiqam alırdılar ٱلَّذِي لَهُۥ مُلۡكُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَيۡءٍ شَهِيدٌ ٩Halbuki, göylərdə və yerdə mütləq hakimiyyət Ona məxsusdur. Allah hər şeyə Şahiddir إِنَّ ٱلَّذِينَ فَتَنُواْ ٱلۡمُؤۡمِنِينَ وَٱلۡمُؤۡمِنَٰتِ ثُمَّ لَمۡ يَتُوبُواْ فَلَهُمۡ عَذَابُ جَهَنَّمَ وَلَهُمۡ عَذَابُ ٱلۡحَرِيقِ ١٠O kəslər ki, mömin kişi və qadınları yandırmaqla sınağa çəkmiş, sonra da tövbə etməmişlər, onlara Cəhənnəm əzabı və onları yandırıb-yaxacaq od əzabı hazırlanmışdır إِنَّ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ لَهُمۡ جَنَّٰتٌ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُۚ ذَٰلِكَ ٱلۡفَوۡزُ ٱلۡكَبِيرُ ١١Şübhəsiz ki, iman gətirib yaxşı işlər görənlər üçün ağacları altından çaylar axan Cənnət bağları vardır. Bu, böyük müvəffəqiyyətdir إِنَّ بَطۡشَ رَبِّكَ لَشَدِيدٌ ١٢Doğrudan da, Rəbbinin günahkarları yaxalaması çox şiddətlidir إِنَّهُۥ هُوَ يُبۡدِئُ وَيُعِيدُ ١٣Həqiqətən, O, hər şeyi ilkin yaradır və onu yenidən bərpa edir وَهُوَ ٱلۡغَفُورُ ٱلۡوَدُودُ ١٤Bağışlayan da, Sevən də Odur ذُو ٱلۡعَرۡشِ ٱلۡمَجِيدُ ١٥Ərşin sahibidir, Şan-şöhrətlidir فَعَّالٌ لِّمَا يُرِيدُ ١٦İstədiyini edəndir هَلۡ أَتَىٰكَ حَدِيثُ ٱلۡجُنُودِ ١٧Qoşunlar haqqında əhvalat sənə çatıbmı فِرۡعَوۡنَ وَثَمُودَ ١٨Firon və Səmud qoşunlarının بَلِ ٱلَّذِينَ كَفَرُواْ فِي تَكۡذِيبٍ ١٩Xeyr, küfr edənlər haqqı yalan saymaqdadırlar وَٱللَّهُ مِن وَرَآئِهِم مُّحِيطُۢ ٢٠Allah onları arxadan əhatə etmişdir بَلۡ هُوَ قُرۡءَانٌ مَّجِيدٌ ٢١Bəli, bu şanlı Qurandır فِي لَوۡحٍ مَّحۡفُوظِۭ ٢٢O, mühafizə edilən lövhədədir

Translation: Alikhan Musayev.