Millat al-Islam

Chapter 85 · 22 verses · Vasim Mammadaliyev And Ziya Bunyadov

Surah Al-Burooj in Azerbaijani

Arabic with tafsir Listen to Surah Al-Burooj (1318 reciters)
Meccanسورة البروج22 verses

بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ

وَٱلسَّمَآءِ ذَاتِ ٱلۡبُرُوجِ ١And olsun bürclər sahibi olan göyə وَٱلۡيَوۡمِ ٱلۡمَوۡعُودِ ٢And olsun və’d olunmuş günə (qiyamət gününə) وَشَاهِدٍ وَمَشۡهُودٍ ٣And olsun şəhadət verənə və (haqqından) şəhadət verilənə (peyğəmbərlərə və onların ümmətlərinə, yaxud cümə və Ərəfə günlərinə) ki قُتِلَ أَصۡحَٰبُ ٱلۡأُخۡدُودِ ٤(Nəcrandan İsaya iman gətirmiş kimsələri yandırıb külə döndərən) xəndək sahibləri (lə’nətə düçar olub) qətl edildilər ٱلنَّارِ ذَاتِ ٱلۡوَقُودِ ٥O xəndəklər ki, çırpı ilə alovlandırılmışdı إِذۡ هُمۡ عَلَيۡهَا قُعُودٌ ٦O zaman onlar (xəndəklərin) kənarında oturub وَهُمۡ عَلَىٰ مَا يَفۡعَلُونَ بِٱلۡمُؤۡمِنِينَ شُهُودٌ ٧(Öz əsgərlərinin) mö’minlərin başlarına gətirdiklərinə (müsibətlərə) tamaşa edirdilər وَمَا نَقَمُواْ مِنۡهُمۡ إِلَّآ أَن يُؤۡمِنُواْ بِٱللَّهِ ٱلۡعَزِيزِ ٱلۡحَمِيدِ ٨Onlardan (mö’minlərdən) yalnız yenilməz qüvvət sahibi, (hər cür) şükrə (tə’rifə) layiq olan Allaha iman gətirdiklərinə görə intiqam alırdılar ٱلَّذِي لَهُۥ مُلۡكُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَيۡءٍ شَهِيدٌ ٩O Allah ki, göylərin və yerin istiyarı Onun əlindədir. Allah hər şeyə şahiddir إِنَّ ٱلَّذِينَ فَتَنُواْ ٱلۡمُؤۡمِنِينَ وَٱلۡمُؤۡمِنَٰتِ ثُمَّ لَمۡ يَتُوبُواْ فَلَهُمۡ عَذَابُ جَهَنَّمَ وَلَهُمۡ عَذَابُ ٱلۡحَرِيقِ ١٠Şübhəsiz ki, mö’min kişi və qadınları (dinlərdən döndərmək üçün) bəlaya düçar edən, sonra da tövbə etməyən kimsələri cəhənnəm əzabı və yandırıb-yaxın atəş əzabı gözləyir إِنَّ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ لَهُمۡ جَنَّٰتٌ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُۚ ذَٰلِكَ ٱلۡفَوۡزُ ٱلۡكَبِيرُ ١١İman gətirib yaxşı əməllər edən kimsələri isə (ağacları) altından çaylar axan cənnətlər gözləyir. Bu, böyük qurtuluşdur (uğurdur) إِنَّ بَطۡشَ رَبِّكَ لَشَدِيدٌ ١٢Həqiqətən, sənin Rəbbinin intiqamı çox şiddətlidir إِنَّهُۥ هُوَ يُبۡدِئُ وَيُعِيدُ ١٣Həqiqətən, (insanı) yoxdan var edən və (öldükdən sonra) təkrar dirildən Odur وَهُوَ ٱلۡغَفُورُ ٱلۡوَدُودُ ١٤(Bəndələrini) çox bağışlayan, çox sevən də Odur ذُو ٱلۡعَرۡشِ ٱلۡمَجِيدُ ١٥Ərşin sahibi də, şanlı-şərəfli olan da Odur فَعَّالٌ لِّمَا يُرِيدُ ١٦O, istədiyini edəndir هَلۡ أَتَىٰكَ حَدِيثُ ٱلۡجُنُودِ ١٧(Ya Peyğəmbər!) Orduların xəbəri gəlib sənə çatdımı فِرۡعَوۡنَ وَثَمُودَ ١٨Fir’on və Səmud (ordularının) بَلِ ٱلَّذِينَ كَفَرُواْ فِي تَكۡذِيبٍ ١٩Xeyr, kafir olanlar (səni və Qur’anı) elə hey təkzib etməkdədirlər وَٱللَّهُ مِن وَرَآئِهِم مُّحِيطُۢ ٢٠Onların bütün ixtiyarı Allahın əlindədir بَلۡ هُوَ قُرۡءَانٌ مَّجِيدٌ ٢١Xeyr, o (şe’r deyil) şanlı-şərəfli Qur’andır فِي لَوۡحٍ مَّحۡفُوظِۭ ٢٢O, lövhi-məhfuzdadır! (Qur’an Allah dərgahında qorunur. Ona şeytan əli dəyə bilməz, o heç zaman təhrif olunmaz)

Translation: Vasim Mammadaliyev And Ziya Bunyadov.