Millat al-Islam

Chapter 85 · 22 verses · Khan Musayev

Surah Al-Burooj in Azerbaijani

Arabic with tafsir Listen to Surah Al-Burooj (1318 reciters)
Meccanسورة البروج22 verses

بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ

وَٱلسَّمَآءِ ذَاتِ ٱلۡبُرُوجِ ١And olsun bürclü göyə وَٱلۡيَوۡمِ ٱلۡمَوۡعُودِ ٢And olsun vədə verilmiş günə وَشَاهِدٍ وَمَشۡهُودٍ ٣And olsun şahidlik edənə və edi­lənə قُتِلَ أَصۡحَٰبُ ٱلۡأُخۡدُودِ ٤Məhv olsun xəndək sahibləri ٱلنَّارِ ذَاتِ ٱلۡوَقُودِ ٥Odunla alovlandırılmış xəndəklər إِذۡ هُمۡ عَلَيۡهَا قُعُودٌ ٦Onlar o xəndəklərin başında otu­rub وَهُمۡ عَلَىٰ مَا يَفۡعَلُونَ بِٱلۡمُؤۡمِنِينَ شُهُودٌ ٧möminlərə verdikləri işgən­cə­ləri seyr edirdilər وَمَا نَقَمُواْ مِنۡهُمۡ إِلَّآ أَن يُؤۡمِنُواْ بِٱللَّهِ ٱلۡعَزِيزِ ٱلۡحَمِيدِ ٨Kafirlər onlardan yalnız Qüdrətli, Tərifəlayiq Allaha iman gə­tir­diklərinə görə inti­qam alırdılar ٱلَّذِي لَهُۥ مُلۡكُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَيۡءٍ شَهِيدٌ ٩Halbuki, göylərdə və yer­də müt­ləq hakimiyyət Ona məx­sus­dur. Allah hər şeyə Şa­hiddir إِنَّ ٱلَّذِينَ فَتَنُواْ ٱلۡمُؤۡمِنِينَ وَٱلۡمُؤۡمِنَٰتِ ثُمَّ لَمۡ يَتُوبُواْ فَلَهُمۡ عَذَابُ جَهَنَّمَ وَلَهُمۡ عَذَابُ ٱلۡحَرِيقِ ١٠O kəslər ki, mömin kişi və qadın­ları yan­dırmaqla sı­na­ğa çək­miş, sonra da tövbə et­məmişlər, onlara Cəhənnəm əzabı və onları yan­dırıb-yaxa­caq od əzabı hazırlanmışdır إِنَّ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ لَهُمۡ جَنَّٰتٌ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُۚ ذَٰلِكَ ٱلۡفَوۡزُ ٱلۡكَبِيرُ ١١Şübhəsiz ki, iman gəti­rib yaxşı işlər görənlər üçün ağac­la­rı al­tından çaylar axan cən­nətlər var. Bu, böyük mü­vəf­fə­qiy­yət­dir إِنَّ بَطۡشَ رَبِّكَ لَشَدِيدٌ ١٢Doğrudan da, Rəbbinin günah­karları yaxalaması çox şid­dət­li­dir إِنَّهُۥ هُوَ يُبۡدِئُ وَيُعِيدُ ١٣Həqiqətən, O, hər şeyi il­kin yara­dır və onu yenidən bər­pa edir وَهُوَ ٱلۡغَفُورُ ٱلۡوَدُودُ ١٤Bağışlayan da, Sevən də Odur ذُو ٱلۡعَرۡشِ ٱلۡمَجِيدُ ١٥Ərşin sahibidir, Şan-şöh­rətlidir فَعَّالٌ لِّمَا يُرِيدُ ١٦İstədiyini edəndir هَلۡ أَتَىٰكَ حَدِيثُ ٱلۡجُنُودِ ١٧Qoşunlar haqqında əh­valat sənə gəlib çatıbmı فِرۡعَوۡنَ وَثَمُودَ ١٨Firon və Səmud qoşun­la­rının بَلِ ٱلَّذِينَ كَفَرُواْ فِي تَكۡذِيبٍ ١٩Xeyr, küfr edənlər haqqı yalan saymaqdadırlar وَٱللَّهُ مِن وَرَآئِهِم مُّحِيطُۢ ٢٠Allah onları arxadan əha­tə et­mişdir بَلۡ هُوَ قُرۡءَانٌ مَّجِيدٌ ٢١Bəli, bu şanlı Qurandır فِي لَوۡحٍ مَّحۡفُوظِۭ ٢٢O, mühafizə edilən löv­hədədir

Translation: Khan Musayev.