Millat al-Islam

Chapter 88 · 26 verses · Alikhan Musayev

Surah Al-Ghashiya in Azerbaijani

Arabic with tafsir Listen to Surah Al-Ghashiya (1299 reciters)

بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ

هَلۡ أَتَىٰكَ حَدِيثُ ٱلۡغَٰشِيَةِ ١Aləmi Bürüyənin xəbəri sənə gəlib çatdımı وُجُوهٌ يَوۡمَئِذٍ خَٰشِعَةٌ ٢O gün neçə-neçə üzlər zəlil olub yerə dikiləcək عَامِلَةٌ نَّاصِبَةٌ ٣üzülüb əldən düşəcək تَصۡلَىٰ نَارًا حَامِيَةً ٤çox qızmar oda girəcək تُسۡقَىٰ مِنۡ عَيۡنٍ ءَانِيَةٍ ٥qaynar çeşmədən içirdiləcəkdir لَّيۡسَ لَهُمۡ طَعَامٌ إِلَّا مِن ضَرِيعٍ ٦Onlara daridən başqa bir yemək verilməyəcəkdir لَّا يُسۡمِنُ وَلَا يُغۡنِي مِن جُوعٍ ٧O onları nə doydurar, nə də aclıqdan xilas edər وُجُوهٌ يَوۡمَئِذٍ نَّاعِمَةٌ ٨O gün neçəsinin üzündə fərəh görünəcək لِّسَعۡيِهَا رَاضِيَةٌ ٩dünyadakı səylərindən məmnun qalacaq فِي جَنَّةٍ عَالِيَةٍ ١٠uca Cənnətdə olacaq لَّا تَسۡمَعُ فِيهَا لَٰغِيَةً ١١orada faydasız söz eşitməyəcəkdir فِيهَا عَيۡنٌ جَارِيَةٌ ١٢Orada axar çeşmələr vardır فِيهَا سُرُرٌ مَّرۡفُوعَةٌ ١٣Orada hündür taxtlar وَأَكۡوَابٌ مَّوۡضُوعَةٌ ١٤düzülmüş piyalələr وَنَمَارِقُ مَصۡفُوفَةٌ ١٥yan-yana qoyulmuş yastıqlar وَزَرَابِيُّ مَبۡثُوثَةٌ ١٦və döşəmələrə sərilmiş xalçalar vardır أَفَلَا يَنظُرُونَ إِلَى ٱلۡإِبِلِ كَيۡفَ خُلِقَتۡ ١٧Məgər onlar dəvənin necə yaradıldığını görmürlər وَإِلَى ٱلسَّمَآءِ كَيۡفَ رُفِعَتۡ ١٨Göyün necə yüksəldiyini görmürlər وَإِلَى ٱلۡجِبَالِ كَيۡفَ نُصِبَتۡ ١٩Dağların necə sancıldığını görmürlər وَإِلَى ٱلۡأَرۡضِ كَيۡفَ سُطِحَتۡ ٢٠Yerin necə döşədildiyini görmürlər فَذَكِّرۡ إِنَّمَآ أَنتَ مُذَكِّرٌ ٢١Onlara nəsihət ver! Sən yalnız nəsihətçisən لَّسۡتَ عَلَيۡهِم بِمُصَيۡطِرٍ ٢٢Sən onların üstündə hökmdar deyilsən إِلَّا مَن تَوَلَّىٰ وَكَفَرَ ٢٣Lakin üz döndərib küfr edəni فَيُعَذِّبُهُ ٱللَّهُ ٱلۡعَذَابَ ٱلۡأَكۡبَرَ ٢٤Allah ən şiddətli əzabla cəzalandırar إِنَّ إِلَيۡنَآ إِيَابَهُمۡ ٢٥Şübhəsiz ki, onların dönüşü Bizədir ثُمَّ إِنَّ عَلَيۡنَا حِسَابَهُم ٢٦Sonra onları sorğu-suala çəkmək də Bizə aiddir

Translation: Alikhan Musayev.