Millat al-Islam

Chapter 88 · 26 verses · Khan Musayev

Surah Al-Ghashiya in Azerbaijani

Arabic with tafsir Listen to Surah Al-Ghashiya (1299 reciters)

بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ

هَلۡ أَتَىٰكَ حَدِيثُ ٱلۡغَٰشِيَةِ ١Aləmi Bürüyənin xəbəri sənə gəlib çatdımı وُجُوهٌ يَوۡمَئِذٍ خَٰشِعَةٌ ٢O gün neçə-neçə üzlər zə­lil olub yerə dikiləcək عَامِلَةٌ نَّاصِبَةٌ ٣üzülüb əldən düşəcək تَصۡلَىٰ نَارًا حَامِيَةً ٤çox qızmar oda girəcək تُسۡقَىٰ مِنۡ عَيۡنٍ ءَانِيَةٍ ٥qaynar çeşmədən içirdi­lə­cək لَّيۡسَ لَهُمۡ طَعَامٌ إِلَّا مِن ضَرِيعٍ ٦Onlara daridən başqa bir yemək verilməyəcək لَّا يُسۡمِنُ وَلَا يُغۡنِي مِن جُوعٍ ٧O onları nə doydurar, nə də aclıq­dan xilas edər وُجُوهٌ يَوۡمَئِذٍ نَّاعِمَةٌ ٨O gün neçəsinin üzündə fərəh gö­rü­nəcək لِّسَعۡيِهَا رَاضِيَةٌ ٩dünyadakı səylərindən məmnun qa­lacaq فِي جَنَّةٍ عَالِيَةٍ ١٠uca Cənnətdə olacaq لَّا تَسۡمَعُ فِيهَا لَٰغِيَةً ١١orada faydasız söz eşit­məyə­cək­ فِيهَا عَيۡنٌ جَارِيَةٌ ١٢Orada axar çeşmələr var­dır فِيهَا سُرُرٌ مَّرۡفُوعَةٌ ١٣Orada hündür taxtlar وَأَكۡوَابٌ مَّوۡضُوعَةٌ ١٤düzülmüş piyalələr وَنَمَارِقُ مَصۡفُوفَةٌ ١٥yan-yana qoyulmuş yas­tıqlar وَزَرَابِيُّ مَبۡثُوثَةٌ ١٦və döşəmələrə sərilmiş xal­çalar var أَفَلَا يَنظُرُونَ إِلَى ٱلۡإِبِلِ كَيۡفَ خُلِقَتۡ ١٧Məgər onlar dəvənin ne­cə ya­ra­dıldığını görmürlər وَإِلَى ٱلسَّمَآءِ كَيۡفَ رُفِعَتۡ ١٨Göyün necə yüksəl­diyi­ni gör­mür­lər وَإِلَى ٱلۡجِبَالِ كَيۡفَ نُصِبَتۡ ١٩Dağların necə sancıldı­ğı­nı gör­mürlər وَإِلَى ٱلۡأَرۡضِ كَيۡفَ سُطِحَتۡ ٢٠Yerin necə döşədildiyini gör­mürlər فَذَكِّرۡ إِنَّمَآ أَنتَ مُذَكِّرٌ ٢١Onlara nəsihət ver! Sən yalnız nəsihətçisən لَّسۡتَ عَلَيۡهِم بِمُصَيۡطِرٍ ٢٢Sən onların üstündə hökm­dar deyilsən إِلَّا مَن تَوَلَّىٰ وَكَفَرَ ٢٣Lakin üz döndərib küfr edəni فَيُعَذِّبُهُ ٱللَّهُ ٱلۡعَذَابَ ٱلۡأَكۡبَرَ ٢٤Allah ən şiddətli əzabla cəza­lan­dırar إِنَّ إِلَيۡنَآ إِيَابَهُمۡ ٢٥Şübhəsiz ki, onların dö­nüşü Bi­zədir ثُمَّ إِنَّ عَلَيۡنَا حِسَابَهُم ٢٦Sonra onları sorğu-suala çəkmək də Bizə aiddir

Translation: Khan Musayev.