بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ
هَلۡ أَتَىٰكَ حَدِيثُ ٱلۡغَٰشِيَةِ ١(Ya Peyğəmbər! Dəhşəti aləmi) bürüyəcək qiyamətin xəbəri sənə gəlib çatdımı وُجُوهٌ يَوۡمَئِذٍ خَٰشِعَةٌ ٢(O gün) bir çox üzlər zəlil görkəm alacaq عَامِلَةٌ نَّاصِبَةٌ ٣(Onlar Cəhənnəmin pillələrinə çıxıb-düşməklə boş yerə) zəhmət çəkib yorulacaq تَصۡلَىٰ نَارًا حَامِيَةً ٤Yanar oda girəcəkdir تُسۡقَىٰ مِنۡ عَيۡنٍ ءَانِيَةٍ ٥Və onlara qaynar bulaqdan (su) içirdiləcəkdir لَّيۡسَ لَهُمۡ طَعَامٌ إِلَّا مِن ضَرِيعٍ ٦Onların yeməyi (zəhərdən və acı) zəri’dən başqa bir şey olmayacaqdır لَّا يُسۡمِنُ وَلَا يُغۡنِي مِن جُوعٍ ٧(O yemək onlara) nə qüvvət verər, nə də aclıqdan qurtarar وُجُوهٌ يَوۡمَئِذٍ نَّاعِمَةٌ ٨(O gün) bir çox üzlər sevinəcək لِّسَعۡيِهَا رَاضِيَةٌ ٩(Dünyadakı) zəhmətindən razı qalacaq فِي جَنَّةٍ عَالِيَةٍ ١٠(Dərəcəsi, qədir-qiyməti) yüksək Cənətdə olacaq لَّا تَسۡمَعُ فِيهَا لَٰغِيَةً ١١Və orada heç bir boş söz (lağlağı) eşitməyəcəkdir فِيهَا عَيۡنٌ جَارِيَةٌ ١٢Orada axar bulaq فِيهَا سُرُرٌ مَّرۡفُوعَةٌ ١٣Orada uca taxtlar وَأَكۡوَابٌ مَّوۡضُوعَةٌ ١٤(Çeşmələr kənarında) piyalələr وَنَمَارِقُ مَصۡفُوفَةٌ ١٥Bir-birinin yanına düzülmüş (yumşaq) balışlar وَزَرَابِيُّ مَبۡثُوثَةٌ ١٦Və döşənmiş (nəfis) xalılar vardır أَفَلَا يَنظُرُونَ إِلَى ٱلۡإِبِلِ كَيۡفَ خُلِقَتۡ ١٧Məgər dəvəyə baxmırlar ki, necə yaradılmışdır وَإِلَى ٱلسَّمَآءِ كَيۡفَ رُفِعَتۡ ١٨Göyə (baxmırlar ki) necə ucaldılmışdır وَإِلَى ٱلۡجِبَالِ كَيۡفَ نُصِبَتۡ ١٩Dağlara (baxmırlar ki) necə dikəldilmişdir وَإِلَى ٱلۡأَرۡضِ كَيۡفَ سُطِحَتۡ ٢٠Və yerə (baxmırlar ki) necə döşədilmişdir فَذَكِّرۡ إِنَّمَآ أَنتَ مُذَكِّرٌ ٢١(Ya Peyğəmbər! Mənim bəndələrimə) öyüd-nəsihət ver. Sən ancaq öyüd-nəsihət verənsən لَّسۡتَ عَلَيۡهِم بِمُصَيۡطِرٍ ٢٢Sən onların üzərində hakim deyilsən إِلَّا مَن تَوَلَّىٰ وَكَفَرَ ٢٣Lakin kim (imandan) üz döndərib (Qur’anı) inkar etsə فَيُعَذِّبُهُ ٱللَّهُ ٱلۡعَذَابَ ٱلۡأَكۡبَرَ ٢٤Allah onu ən böyük əzaba (axirət əzabına) düçar edər إِنَّ إِلَيۡنَآ إِيَابَهُمۡ ٢٥Şübhəsiz ki, onların axır dönüşü Bizədir ثُمَّ إِنَّ عَلَيۡنَا حِسَابَهُم ٢٦Onlarla haqq-hesab çəkmək də Bizə aiddir