Millat al-Islam

Chapter 56 · 96 verses · Alikhan Musayev

Surah Al-Waqi'a in Azerbaijani

Arabic with tafsir Listen to Surah Al-Waqi'a (1348 reciters)

بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ

إِذَا وَقَعَتِ ٱلۡوَاقِعَةُ ١Vaqiə qopacağı zaman لَيۡسَ لِوَقۡعَتِهَا كَاذِبَةٌ ٢onun qopduğunu heç kəs dana bilməz خَافِضَةٌ رَّافِعَةٌ ٣O, bəzilərini alçaldacaq, bəzilərini də ucaldacaqdır إِذَا رُجَّتِ ٱلۡأَرۡضُ رَجًّا ٤Yer şiddətlə titrədiyi zaman وَبُسَّتِ ٱلۡجِبَالُ بَسًّا ٥Dağlar parça-parça olub ovxalandığı فَكَانَتۡ هَبَآءً مُّنۢبَثًّا ٦və ətrafa səpələnmiş toz-torpağa döndüyü zaman وَكُنتُمۡ أَزۡوَٰجًا ثَلَٰثَةً ٧siz üç dəstəyə ayrılacaqsınız فَأَصۡحَٰبُ ٱلۡمَيۡمَنَةِ مَآ أَصۡحَٰبُ ٱلۡمَيۡمَنَةِ ٨Sağ tərəf sahibləri. Nə xoşbəxtdir sağ tərəf sahibləri وَأَصۡحَٰبُ ٱلۡمَشۡـَٔمَةِ مَآ أَصۡحَٰبُ ٱلۡمَشۡـَٔمَةِ ٩Sol tərəf sahibləri. Nə bədbəxtdir sol tərəf sahibləri وَٱلسَّٰبِقُونَ ٱلسَّٰبِقُونَ ١٠Xeyirxah işlərdə öndə gedənlər, Cənnətdə də öndədirlər أُوْلَٰٓئِكَ ٱلۡمُقَرَّبُونَ ١١Onlar Allaha yaxın olanlar فِي جَنَّٰتِ ٱلنَّعِيمِ ١٢Nəim bağlarında qalacaq kimsələrdir ثُلَّةٌ مِّنَ ٱلۡأَوَّلِينَ ١٣Onların çoxu əvvəlki nəsillərdən وَقَلِيلٌ مِّنَ ٱلۡأٓخِرِينَ ١٤az bir qismi də axırıncılardandır عَلَىٰ سُرُرٍ مَّوۡضُونَةٍ ١٥Onlar bəzənmiş taxtlar üstündə مُّتَّكِـِٔينَ عَلَيۡهَا مُتَقَٰبِلِينَ ١٦qarşı-qarşıya əyləşib dirsəklənəcəklər يَطُوفُ عَلَيۡهِمۡ وِلۡدَٰنٌ مُّخَلَّدُونَ ١٧Onların ətrafında həmişəcavan xidmətçi oğlanlar fırlanacaqlar بِأَكۡوَابٍ وَأَبَارِيقَ وَكَأۡسٍ مِّن مَّعِينٍ ١٨çeşmə şərabı ilə dolu badələr, bardaqlar və qədəhlərlə – لَّا يُصَدَّعُونَ عَنۡهَا وَلَا يُنزِفُونَ ١٩ondan başları ağrımaz və məst olmazlar وَفَٰكِهَةٍ مِّمَّا يَتَخَيَّرُونَ ٢٠bəyənib seçdikləri meyvələr وَلَحۡمِ طَيۡرٍ مِّمَّا يَشۡتَهُونَ ٢١və istədikləri quş əti ilə hərlənəcəklər وَحُورٌ عِينٌ ٢٢Onları iri qaragözlü hurilər gözləyir – كَأَمۡثَٰلِ ٱللُّؤۡلُوِٕ ٱلۡمَكۡنُونِ ٢٣sədəf içində saxlanılmış mirvariyə bənzər hurilər جَزَآءَۢ بِمَا كَانُواْ يَعۡمَلُونَ ٢٤Bu, onların etdikləri əməllərin mükafatı olacaq لَا يَسۡمَعُونَ فِيهَا لَغۡوًا وَلَا تَأۡثِيمًا ٢٥Onlar orada nə boş söz, nə də günaha səbəb olan söhbət eşidəcəklər إِلَّا قِيلًا سَلَٰمًا سَلَٰمًا ٢٦Ancaq: “Salam! Salam!”– sözləri eşidəcəklər وَأَصۡحَٰبُ ٱلۡيَمِينِ مَآ أَصۡحَٰبُ ٱلۡيَمِينِ ٢٧Sağ tərəf sahibləri. Nə xoşbəxtdir sağ tərəf sahibləri فِي سِدۡرٍ مَّخۡضُودٍ ٢٨Onlar tikansız sidr ağacları arasında وَطَلۡحٍ مَّنضُودٍ ٢٩meyvələri salxım-salxım asılmış banan ağacları altında وَظِلٍّ مَّمۡدُودٍ ٣٠uzanmış kölgəliklərdə وَمَآءٍ مَّسۡكُوبٍ ٣١daim axan sular kənarında وَفَٰكِهَةٍ كَثِيرَةٍ ٣٢çoxlu meyvələr لَّا مَقۡطُوعَةٍ وَلَا مَمۡنُوعَةٍ ٣٣tükənməz və qadağan edilməyən meyvələr içində وَفُرُشٍ مَّرۡفُوعَةٍ ٣٤və hündür döşəklər üstündə olacaqlar إِنَّآ أَنشَأۡنَٰهُنَّ إِنشَآءً ٣٥Biz Cənnətdəki qadınları yeni biçimdə yaradacağıq فَجَعَلۡنَٰهُنَّ أَبۡكَارًا ٣٦Onları bakirə qızlar edəcəyik – عُرُبًا أَتۡرَابًا ٣٧ərlərini sevən, həmyaşıdlar لِّأَصۡحَٰبِ ٱلۡيَمِينِ ٣٨Bunlar sağ tərəf sahibləri üçündür ثُلَّةٌ مِّنَ ٱلۡأَوَّلِينَ ٣٩Onların çoxu əvvəlki nəsillərdən وَثُلَّةٌ مِّنَ ٱلۡأٓخِرِينَ ٤٠bir qismi də axırıncılardandır وَأَصۡحَٰبُ ٱلشِّمَالِ مَآ أَصۡحَٰبُ ٱلشِّمَالِ ٤١Sol tərəf sahibləri. Nə bədbəxtdir sol tərəf sahibləri فِي سَمُومٍ وَحَمِيمٍ ٤٢Onlar qızmar yel və qaynar su içində وَظِلٍّ مِّن يَحۡمُومٍ ٤٣qapqara duman kölgəsində olacaqlar لَّا بَارِدٍ وَلَا كَرِيمٍ ٤٤Bu duman nə sərin, nə də xoşagələndir إِنَّهُمۡ كَانُواْ قَبۡلَ ذَٰلِكَ مُتۡرَفِينَ ٤٥Onlar bundan əvvəl cah-calal içində idilər وَكَانُواْ يُصِرُّونَ عَلَى ٱلۡحِنثِ ٱلۡعَظِيمِ ٤٦böyük günah işlətməkdə israr edirdilər وَكَانُواْ يَقُولُونَ أَئِذَا مِتۡنَا وَكُنَّا تُرَابًا وَعِظَٰمًا أَءِنَّا لَمَبۡعُوثُونَ ٤٧və deyirdilər: “Məgər biz ölüb torpaq və sür-sümük olduqdan sonra yenidənmi dirildiləcəyik أَوَءَابَآؤُنَا ٱلۡأَوَّلُونَ ٤٨Yaxud bizim əcdadlarımız dirildiləcəklərmi?” قُلۡ إِنَّ ٱلۡأَوَّلِينَ وَٱلۡأٓخِرِينَ ٤٩De: “Şübhəsiz ki, əvvəlkilər də, sonrakılar da لَمَجۡمُوعُونَ إِلَىٰ مِيقَٰتِ يَوۡمٍ مَّعۡلُومٍ ٥٠bəlli bir günün müəyyən vaxtında mütləq toplanılacaqlar ثُمَّ إِنَّكُمۡ أَيُّهَا ٱلضَّآلُّونَ ٱلۡمُكَذِّبُونَ ٥١Sonra, siz ey doğru yoldan azanlar, haqqı yalan sayanlar لَأٓكِلُونَ مِن شَجَرٍ مِّن زَقُّومٍ ٥٢Siz mütləq zəqqum ağacından yeyəcəksiniz فَمَالِـُٔونَ مِنۡهَا ٱلۡبُطُونَ ٥٣qarınlarınızı onunla dolduracaqsınız فَشَٰرِبُونَ عَلَيۡهِ مِنَ ٱلۡحَمِيمِ ٥٤üstündən də qaynar su içəcəksiniz فَشَٰرِبُونَ شُرۡبَ ٱلۡهِيمِ ٥٥Siz onu susamış xəstə dəvələr kimi içəcəksiniz” هَٰذَا نُزُلُهُمۡ يَوۡمَ ٱلدِّينِ ٥٦Bu onların Haqq-hesab günündəki ziyafətidir نَحۡنُ خَلَقۡنَٰكُمۡ فَلَوۡلَا تُصَدِّقُونَ ٥٧Sizi Biz yaratdıq. Bəs nə üçün dirildiləcəyinizi təsdiq etmirsiniz أَفَرَءَيۡتُم مَّا تُمۡنُونَ ٥٨Axıtdığınız nütfəni gördünüzmü ءَأَنتُمۡ تَخۡلُقُونَهُۥٓ أَمۡ نَحۡنُ ٱلۡخَٰلِقُونَ ٥٩Onu siz yaradırsınız, yoxsa Biz نَحۡنُ قَدَّرۡنَا بَيۡنَكُمُ ٱلۡمَوۡتَ وَمَا نَحۡنُ بِمَسۡبُوقِينَ ٦٠Sizin aranızda ölümü Biz müəyyən etdik və heç nə Bizim qarşımızı ala bilməz عَلَىٰٓ أَن نُّبَدِّلَ أَمۡثَٰلَكُمۡ وَنُنشِئَكُمۡ فِي مَا لَا تَعۡلَمُونَ ٦١Sizi bənzərləriniz ilə əvəz etməyə və sizi özünüz bilmədiyiniz başqa bir şəkildə yaratmağa Bizə mane olan tapılmaz وَلَقَدۡ عَلِمۡتُمُ ٱلنَّشۡأَةَ ٱلۡأُولَىٰ فَلَوۡلَا تَذَكَّرُونَ ٦٢Siz ilk yaradılışı bilirsiniz. Bəs nə üçün dirildiləcəyiniz barədə düşünmürsünüz أَفَرَءَيۡتُم مَّا تَحۡرُثُونَ ٦٣Əkdiyinizi gördünüzmü ءَأَنتُمۡ تَزۡرَعُونَهُۥٓ أَمۡ نَحۡنُ ٱلزَّٰرِعُونَ ٦٤Onu siz bitirirsiniz, yoxsa Biz لَوۡ نَشَآءُ لَجَعَلۡنَٰهُ حُطَٰمًا فَظَلۡتُمۡ تَفَكَّهُونَ ٦٥Əgər Biz istəsəydik, onu bir saman çöpünə döndərər, siz də heyrətə gələrdiniz إِنَّا لَمُغۡرَمُونَ ٦٦və deyərdiniz: “Biz ziyana uğradıq بَلۡ نَحۡنُ مَحۡرُومُونَ ٦٧Daha doğrusu nemətlərdən məhrum olduq!” أَفَرَءَيۡتُمُ ٱلۡمَآءَ ٱلَّذِي تَشۡرَبُونَ ٦٨İçdiyiniz suyu gördünüzmü ءَأَنتُمۡ أَنزَلۡتُمُوهُ مِنَ ٱلۡمُزۡنِ أَمۡ نَحۡنُ ٱلۡمُنزِلُونَ ٦٩Onu buluddan siz endirirsiniz, yoxsa Biz لَوۡ نَشَآءُ جَعَلۡنَٰهُ أُجَاجًا فَلَوۡلَا تَشۡكُرُونَ ٧٠Əgər istəsəydik, onu acı edərdik. Bəs nə üçün şükür etmirsiniz أَفَرَءَيۡتُمُ ٱلنَّارَ ٱلَّتِي تُورُونَ ٧١Yandırdığınız odu gördünüzmü ءَأَنتُمۡ أَنشَأۡتُمۡ شَجَرَتَهَآ أَمۡ نَحۡنُ ٱلۡمُنشِـُٔونَ ٧٢Onun ağacını siz yaradırsınız, yoxsa Biz نَحۡنُ جَعَلۡنَٰهَا تَذۡكِرَةً وَمَتَٰعًا لِّلۡمُقۡوِينَ ٧٣Biz onu Cəhənnəmi yada salmaq və müsafirlərin istifadəsi üçün yaratdıq فَسَبِّحۡ بِٱسۡمِ رَبِّكَ ٱلۡعَظِيمِ ٧٤Elə isə Ulu Rəbbinin adına təriflər de ۞ فَلَآ أُقۡسِمُ بِمَوَٰقِعِ ٱلنُّجُومِ ٧٥Ulduzların batdığı yerlərə and olsun وَإِنَّهُۥ لَقَسَمٌ لَّوۡ تَعۡلَمُونَ عَظِيمٌ ٧٦Kaş bunun, doğrudan da, böyük bir and olduğunu biləydiniz إِنَّهُۥ لَقُرۡءَانٌ كَرِيمٌ ٧٧Həqiqətən, bu, ehtirama layiq Qurandır فِي كِتَٰبٍ مَّكۡنُونٍ ٧٨qorunub saxlanılan Yazıdadır (Lövhi-məhfuzdadır) لَّا يَمَسُّهُۥٓ إِلَّا ٱلۡمُطَهَّرُونَ ٧٩Ona yalnız pak olanlar toxunur تَنزِيلٌ مِّن رَّبِّ ٱلۡعَٰلَمِينَ ٨٠O, aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir أَفَبِهَٰذَا ٱلۡحَدِيثِ أَنتُم مُّدۡهِنُونَ ٨١Siz bu kəlamı yalan sayırsınız وَتَجۡعَلُونَ رِزۡقَكُمۡ أَنَّكُمۡ تُكَذِّبُونَ ٨٢Sizə verilən ruziyə şükür etməyi, onu yalan saymaqla yerinə yetirirsiniz فَلَوۡلَآ إِذَا بَلَغَتِ ٱلۡحُلۡقُومَ ٨٣Can boğaza yetişdiyi zaman – وَأَنتُمۡ حِينَئِذٍ تَنظُرُونَ ٨٤həmin an siz can verən adama baxırsınız وَنَحۡنُ أَقۡرَبُ إِلَيۡهِ مِنكُمۡ وَلَٰكِن لَّا تُبۡصِرُونَ ٨٥Biz ona sizdən daha yaxın oluruq, siz isə bunu görmürsünüz فَلَوۡلَآ إِن كُنتُمۡ غَيۡرَ مَدِينِينَ ٨٦Madam ki siz iddianıza görə haqq-hesab olunmayacaqsınız تَرۡجِعُونَهَآ إِن كُنتُمۡ صَٰدِقِينَ ٨٧və doğru danışanlarsınız, onda, o canı geri qaytarın فَأَمَّآ إِن كَانَ مِنَ ٱلۡمُقَرَّبِينَ ٨٨Amma əgər o, Allaha yaxın olanlardandırsa فَرَوۡحٌ وَرَيۡحَانٌ وَجَنَّتُ نَعِيمٍ ٨٩onda rəhmətə, gözəl ruziyə və Nəim bağına yetişər وَأَمَّآ إِن كَانَ مِنۡ أَصۡحَٰبِ ٱلۡيَمِينِ ٩٠Əgər o, sağ tərəf sahiblərindəndirsə فَسَلَٰمٌ لَّكَ مِنۡ أَصۡحَٰبِ ٱلۡيَمِينِ ٩١ona: “Sağ tərəf sahiblərindən sənə salam olsun!”– deyiləcəkdir وَأَمَّآ إِن كَانَ مِنَ ٱلۡمُكَذِّبِينَ ٱلضَّآلِّينَ ٩٢Yox əgər o, haqqı yalan sayanlardan və doğru yoldan azanlardandırsa فَنُزُلٌ مِّنۡ حَمِيمٍ ٩٣onun ziyafəti qaynar su olacaq وَتَصۡلِيَةُ جَحِيمٍ ٩٤özü də Cəhənnəmdə yanacaqdır إِنَّ هَٰذَا لَهُوَ حَقُّ ٱلۡيَقِينِ ٩٥Həqiqətən, bu, şübhə doğurmayan bir həqiqətdir فَسَبِّحۡ بِٱسۡمِ رَبِّكَ ٱلۡعَظِيمِ ٩٦Elə isə Ulu Rəbbinin adına təriflər de

Translation: Alikhan Musayev.