بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ
إِذَا وَقَعَتِ ٱلۡوَاقِعَةُ ١Qiyamət vaqe olacağı (qopacağı) vaxt لَيۡسَ لِوَقۡعَتِهَا كَاذِبَةٌ ٢Onun vaqe olmasını heç kəs təkzib edə (dana) bilməz خَافِضَةٌ رَّافِعَةٌ ٣O (kimini) alçaldacaq, (kimini də) ucaldacaqdır إِذَا رُجَّتِ ٱلۡأَرۡضُ رَجًّا ٤Yer hərəkətə gəlib şiddətlə titrədiyi وَبُسَّتِ ٱلۡجِبَالُ بَسًّا ٥Dağlar parça-parça olub ovxalandığı فَكَانَتۡ هَبَآءً مُّنۢبَثًّا ٦Və toz kimi səpələndiyi zaman وَكُنتُمۡ أَزۡوَٰجًا ثَلَٰثَةً ٧Siz (ey insanlar!) üç zümrəyə ayrılacaqsınız فَأَصۡحَٰبُ ٱلۡمَيۡمَنَةِ مَآ أَصۡحَٰبُ ٱلۡمَيۡمَنَةِ ٨Sağ tərəf sahibləri (əməl dətərləri sağ əllərinə verilənlər). Kimdir o sağ tərəf sahibləri? (Nə uğurludur onlar) وَأَصۡحَٰبُ ٱلۡمَشۡـَٔمَةِ مَآ أَصۡحَٰبُ ٱلۡمَشۡـَٔمَةِ ٩Sol tərəf sahibləri (əməl dətərləri sol əllərinə verilənlər). Kimdir o sol tərəf sahibləri? (Nə uğursuzdur onlar) وَٱلسَّٰبِقُونَ ٱلسَّٰبِقُونَ ١٠Və öndə olanlar. Onlar (dünyada Allah yolunda, imanda, əməldə, xeyirdə öndə olduqları kimi, axirətdə də) öndədirlər! (Nə xoşbəxtdir onlar) أُوْلَٰٓئِكَ ٱلۡمُقَرَّبُونَ ١١Onlar (Allah dərgahına, Allahın lütfünə) yaxınlaşdırılmış kimsələrdir فِي جَنَّٰتِ ٱلنَّعِيمِ ١٢Onlar Nəim cənnətlərində olacaqlar ثُلَّةٌ مِّنَ ٱلۡأَوَّلِينَ ١٣(Öndə olanların) çoxu əvvəlkilərdən (keçmiş peyğəmbərlərin ümmətlərindən) وَقَلِيلٌ مِّنَ ٱلۡأٓخِرِينَ ١٤Biz azı da axırıncılardandır (Muhəmməd əleyhissəlamın ümmətindəndir) عَلَىٰ سُرُرٍ مَّوۡضُونَةٍ ١٥(Onlar qızıl-gümüş, lə’l-cavahiratla) bəzənmiş taxtlar üstündə qərar tutacaq مُّتَّكِـِٔينَ عَلَيۡهَا مُتَقَٰبِلِينَ ١٦Onlara (o taxtlara) söykənib bir-biri ilə qarşı-qarşıya əyləşəcəklər يَطُوفُ عَلَيۡهِمۡ وِلۡدَٰنٌ مُّخَلَّدُونَ ١٧Onların dövrəsində həmişəcavan xidmətçi oğlanlar dolanacaqlar بِأَكۡوَابٍ وَأَبَارِيقَ وَكَأۡسٍ مِّن مَّعِينٍ ١٨(Cənnət bulağından axan) məin (şərab) dolu piyalələr, kuzələr və qədəhlərlə لَّا يُصَدَّعُونَ عَنۡهَا وَلَا يُنزِفُونَ ١٩(Dünyadakı şərabdan fərqli olaraq) ondan başları ağrımaz və keflənməzlər وَفَٰكِهَةٍ مِّمَّا يَتَخَيَّرُونَ ٢٠(O cavan xidmətçilər Cənnətdə olanların) bəyənib seçdikləri meyvələr وَلَحۡمِ طَيۡرٍ مِّمَّا يَشۡتَهُونَ ٢١Və istədikləri hər cür quş əti ilə (onların dövrəsində fırlanacaqlar) وَحُورٌ عِينٌ ٢٢(Onlar üçün orada) iri (ahu) gözlü, qəşəng hurilər də vardır كَأَمۡثَٰلِ ٱللُّؤۡلُوِٕ ٱلۡمَكۡنُونِ ٢٣(O hurilər rəng və gözəllikcə) sanki sədəf içində gizlənmiş (qorunub-saxlanmış) incidirlər جَزَآءَۢ بِمَا كَانُواْ يَعۡمَلُونَ ٢٤Onlar (bu ne’mətlərə dünyada) etdikləri (yaxşı) əməllər müqabilində nail olacaqlar لَا يَسۡمَعُونَ فِيهَا لَغۡوًا وَلَا تَأۡثِيمًا ٢٥Onlar orada (Cənnətdə) nə boş söz, nə də günaha bais olan bir şey eşidəcəklər إِلَّا قِيلًا سَلَٰمًا سَلَٰمًا ٢٦Eşitdikləri söz ancaq “salam” olacaqdır وَأَصۡحَٰبُ ٱلۡيَمِينِ مَآ أَصۡحَٰبُ ٱلۡيَمِينِ ٢٧Sağ tərəf sahibləri! (Əməl dəftərləri sağ əllərində olanlar!) Kimdir o sağ tərəf sahibləri فِي سِدۡرٍ مَّخۡضُودٍ ٢٨(Onlar) tikansız sidr ağacları وَطَلۡحٍ مَّنضُودٍ ٢٩Salxım-salxım sallanmış möüz (banan) ağacları altında وَظِلٍّ مَّمۡدُودٍ ٣٠Çəkilməyən (daimi) kölgəliklərdə وَمَآءٍ مَّسۡكُوبٍ ٣١Axar su kənarında وَفَٰكِهَةٍ كَثِيرَةٍ ٣٢Bol meyvələr – لَّا مَقۡطُوعَةٍ وَلَا مَمۡنُوعَةٍ ٣٣Tükənməz və qadağan edilməyən (meyvələr) içində وَفُرُشٍ مَّرۡفُوعَةٍ ٣٤Və (bir-birinin üstünə yığılmış) hündür döşəklər üstündə (yaxud yüksək əxlaq və qeyri-adi gözəllik sahibi olan qadınlar yanında) olacaqlar إِنَّآ أَنشَأۡنَٰهُنَّ إِنشَآءً ٣٥Şübhəsiz ki, Biz onları (huriləri) başqa cür (yeni bir yaradılışla, doğulmadan) yaradacağıq فَجَعَلۡنَٰهُنَّ أَبۡكَارًا ٣٦Onları bakirə qızlar عُرُبًا أَتۡرَابًا ٣٧Ərlərini sevən, həmyaşıdlar edəcəyik لِّأَصۡحَٰبِ ٱلۡيَمِينِ ٣٨Sağ tərəf sahibləri (əməl dəftəri sağ əllərinə verilənlər) üçündür onlar ثُلَّةٌ مِّنَ ٱلۡأَوَّلِينَ ٣٩(Onların) bir çoxu əvvəlkilərdən (keçmiş peyğəmbərlərin ümmətlərindən) وَثُلَّةٌ مِّنَ ٱلۡأٓخِرِينَ ٤٠Bir çoxu da axırıncılardandır (bu ümmətdəndir) وَأَصۡحَٰبُ ٱلشِّمَالِ مَآ أَصۡحَٰبُ ٱلشِّمَالِ ٤١Sol tərəf sahibləri! (Əməl dəftərləri sol əllərinə verilənlər!) Kimdir o sol tərəf sahibləri فِي سَمُومٍ وَحَمِيمٍ ٤٢(Onlar) səmum yeli (qızmar atəş) və qaynar su içində وَظِلٍّ مِّن يَحۡمُومٍ ٤٣Qapqara duman kölgəsində olacaqlar لَّا بَارِدٍ وَلَا كَرِيمٍ ٤٤(O kölgə başqa kölgələrdən fərqli olaraq) nə sərin, nə də xoşagələndir إِنَّهُمۡ كَانُواْ قَبۡلَ ذَٰلِكَ مُتۡرَفِينَ ٤٥Onlar bundan əvvəl (dünyada) naz-ne’mət içində idilər وَكَانُواْ يُصِرُّونَ عَلَى ٱلۡحِنثِ ٱلۡعَظِيمِ ٤٦Özləri də böyük günah içində (Allaha şərik qoşmaqla) israr edib dururdular وَكَانُواْ يَقُولُونَ أَئِذَا مِتۡنَا وَكُنَّا تُرَابًا وَعِظَٰمًا أَءِنَّا لَمَبۡعُوثُونَ ٤٧Və belə deyirdilər: “Əcaba, biz öldükdən, toz-torpaq və sür-sümük olduqdan sonra, həqiqətən, yenidən dirildiləcəyikmi أَوَءَابَآؤُنَا ٱلۡأَوَّلُونَ ٤٨Yaxud bizdən əvvəl gəlib-getmiş atalarımız da dirildiləcəklərmi?!” قُلۡ إِنَّ ٱلۡأَوَّلِينَ وَٱلۡأٓخِرِينَ ٤٩(Ya Peyğəmbər!) De: “(Sizdən) əvvəlkilər də, sonrakılar da لَمَجۡمُوعُونَ إِلَىٰ مِيقَٰتِ يَوۡمٍ مَّعۡلُومٍ ٥٠Mə’lum bir günün (qiyamət gününün) müəyyən bir vaxtında mütləq (məhşərə) cəm ediləcəklər ثُمَّ إِنَّكُمۡ أَيُّهَا ٱلضَّآلُّونَ ٱلۡمُكَذِّبُونَ ٥١Sonra, siz ey (haqq) yoldan azanlar, (haqqı) dananlar لَأٓكِلُونَ مِن شَجَرٍ مِّن زَقُّومٍ ٥٢Şübhəsiz ki, zəqqum ağacından (onun meyvəsindən) yeyəcəksiniz فَمَالِـُٔونَ مِنۡهَا ٱلۡبُطُونَ ٥٣Qarınlarınızı onunla dolduracaqsınız فَشَٰرِبُونَ عَلَيۡهِ مِنَ ٱلۡحَمِيمِ ٥٤Üstündən də (sizə bərk yanğı gəldiyi üçün) qaynar su içəcəksiniz فَشَٰرِبُونَ شُرۡبَ ٱلۡهِيمِ ٥٥Özü də onu susuzluq xəstəliyinə tutulmuş (dəvə) kimi içəcəksiniz هَٰذَا نُزُلُهُمۡ يَوۡمَ ٱلدِّينِ ٥٦Bu onların haqq-hesab günündəki ziyafətidir نَحۡنُ خَلَقۡنَٰكُمۡ فَلَوۡلَا تُصَدِّقُونَ ٥٧(Ey kafirlər!) Biz sizi (yoxdan) yaratdıq. Məgər (qiyamət günü yenidən dirildiləcəyinizi) təsdiq etməzmisiniz أَفَرَءَيۡتُم مَّا تُمۡنُونَ ٥٨Bəs (bətnlərə) axıtdığınız nütfəyə nə deyirsiniz ءَأَنتُمۡ تَخۡلُقُونَهُۥٓ أَمۡ نَحۡنُ ٱلۡخَٰلِقُونَ ٥٩Ondan (insan) yaradan sizsiniz, yoxsa Biz نَحۡنُ قَدَّرۡنَا بَيۡنَكُمُ ٱلۡمَوۡتَ وَمَا نَحۡنُ بِمَسۡبُوقِينَ ٦٠Sizin aranızda ölüm (kimin nə vaxt öləcəyini) əvvəlcədən Biz müəyyən etdik. Və Biz əsla aciz (önünə keçilməsi mümkün olan) deyilik عَلَىٰٓ أَن نُّبَدِّلَ أَمۡثَٰلَكُمۡ وَنُنشِئَكُمۡ فِي مَا لَا تَعۡلَمُونَ ٦١(Sizi yox edib) yerinizə sizin kimiləri gətirməkdən (sizi başqaları ilə əvəz etməkdən) və sizi özünüz də bilmədiyiniz başqa bir şəkildə yaratmaqdan وَلَقَدۡ عَلِمۡتُمُ ٱلنَّشۡأَةَ ٱلۡأُولَىٰ فَلَوۡلَا تَذَكَّرُونَ ٦٢And olsun ki, siz ilk yaradılış (dünyaya necə gəldiyinizi) bilirsiniz. Elə isə (sizi yenidən diriltməyə qadir olduğumuz barədə) heç düşünmürsünüz أَفَرَءَيۡتُم مَّا تَحۡرُثُونَ ٦٣Bəs əkdiyiniz (toxuma) nə deyirsiniz ءَأَنتُمۡ تَزۡرَعُونَهُۥٓ أَمۡ نَحۡنُ ٱلزَّٰرِعُونَ ٦٤Onu bitirən sizsiniz, yoxsa Biz لَوۡ نَشَآءُ لَجَعَلۡنَٰهُ حُطَٰمًا فَظَلۡتُمۡ تَفَكَّهُونَ ٦٥Əgər Biz istəsəydik, onu bir saman çöpünə döndərər, siz də mat-məətəl qalıb إِنَّا لَمُغۡرَمُونَ ٦٦“Biz ziyana uğramış بَلۡ نَحۡنُ مَحۡرُومُونَ ٦٧Bəlkə, (hələ ruzidən də) məhrum olmuş kimsələrik!” (deyərdiniz) أَفَرَءَيۡتُمُ ٱلۡمَآءَ ٱلَّذِي تَشۡرَبُونَ ٦٨Bəs içdiyiniz suya nə deyirsiniz ءَأَنتُمۡ أَنزَلۡتُمُوهُ مِنَ ٱلۡمُزۡنِ أَمۡ نَحۡنُ ٱلۡمُنزِلُونَ ٦٩Onu buluddan endirən sizsiniz, yoxsa Biz لَوۡ نَشَآءُ جَعَلۡنَٰهُ أُجَاجًا فَلَوۡلَا تَشۡكُرُونَ ٧٠Əgər istəsəydik, onu acı (bir su) edərdik. Elə isə niyə (Allahın ne’mətlərinə) şükür etmirsiniz أَفَرَءَيۡتُمُ ٱلنَّارَ ٱلَّتِي تُورُونَ ٧١Bəs (yaş ağacdan) yandırdığınız oda nə deyirsiniz ءَأَنتُمۡ أَنشَأۡتُمۡ شَجَرَتَهَآ أَمۡ نَحۡنُ ٱلۡمُنشِـُٔونَ ٧٢Onun ağacını yaradan sizsiniz, yoxsa Biz نَحۡنُ جَعَلۡنَٰهَا تَذۡكِرَةً وَمَتَٰعًا لِّلۡمُقۡوِينَ ٧٣Biz onu (sizi cəhənnəm odu ilə qorxutmaqdan ötrü) ibrət dərsi və səhrada olan müsafirlərin faydalanması üçün yaratdıq فَسَبِّحۡ بِٱسۡمِ رَبِّكَ ٱلۡعَظِيمِ ٧٤Belə olduqda (ya Peyğəmbər!) sən ulu olan Rəbbinin adını müqəddəs tutub zikr et ۞ فَلَآ أُقۡسِمُ بِمَوَٰقِعِ ٱلنُّجُومِ ٧٥Ulduzların (bürclərdəki) mənzillərinə (yaxud doğub-batdığı yerlərə) and olsun ki – وَإِنَّهُۥ لَقَسَمٌ لَّوۡ تَعۡلَمُونَ عَظِيمٌ ٧٦Kaş bunun nə qədər böyük bir and olduğunu biləydiniz – إِنَّهُۥ لَقُرۡءَانٌ كَرِيمٌ ٧٧(Sizə oxunan) bu (kəlam) çox qiymətli Qur’andır فِي كِتَٰبٍ مَّكۡنُونٍ ٧٨(O, Allah dərgahında) qorunub saxlanılan bir Kitabdadır (lövhi-məhfuzdadır, yaxud lülələnib bükülmüş kağızlardadır) لَّا يَمَسُّهُۥٓ إِلَّا ٱلۡمُطَهَّرُونَ ٧٩Ona yalnız pak olanlar toxuna bilər تَنزِيلٌ مِّن رَّبِّ ٱلۡعَٰلَمِينَ ٨٠Aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir أَفَبِهَٰذَا ٱلۡحَدِيثِ أَنتُم مُّدۡهِنُونَ ٨١İndi siz bu kəlamı yalan sayırsınız? (Bu sözümə məhəl qoymursunuz) وَتَجۡعَلُونَ رِزۡقَكُمۡ أَنَّكُمۡ تُكَذِّبُونَ ٨٢Ruzinizə şükür etməli olduğunuz halda, onu yalanmı hesab edirsiniz فَلَوۡلَآ إِذَا بَلَغَتِ ٱلۡحُلۡقُومَ ٨٣(Can) boğaza yetişdiyi (ölüm gəlib çatdığı) zaman وَأَنتُمۡ حِينَئِذٍ تَنظُرُونَ ٨٤Siz (ona) baxıb durursunuz (əlinizdən heç bir şey gəlmir) وَنَحۡنُ أَقۡرَبُ إِلَيۡهِ مِنكُمۡ وَلَٰكِن لَّا تُبۡصِرُونَ ٨٥Biz ona sizdən daha yaxınıq, amma siz (bunu) görmürsünüz فَلَوۡلَآ إِن كُنتُمۡ غَيۡرَ مَدِينِينَ ٨٦Əgər sizdən (dediyiniz kimi, qiyamət günü əməllərinizə görə) haqq-hesab çəkilməyəcəksə تَرۡجِعُونَهَآ إِن كُنتُمۡ صَٰدِقِينَ ٨٧Və əgər (“öləndən sonra heç bir dirilmə, haqq-hesab yoxdur” sözünü) doğru deyirsinizsə, bəlkə, (o çıxan canı) geri (bədənə) qaytarasınız فَأَمَّآ إِن كَانَ مِنَ ٱلۡمُقَرَّبِينَ ٨٨Amma əgər (ölən kimsə Allah dərgahına, Allahın lütf və mərhəmətinə) yaxın olanlardandırsa فَرَوۡحٌ وَرَيۡحَانٌ وَجَنَّتُ نَعِيمٍ ٨٩(Onu) rəhmət, gözəl ruzi (yaxud xoş ətirli çiçəklər) və Nəim cənnəti gözləyir وَأَمَّآ إِن كَانَ مِنۡ أَصۡحَٰبِ ٱلۡيَمِينِ ٩٠Əgər o, sağ tərəf sahiblərindəndirsə (əməl dəftəri sağ əlinə verilənlərdəndirsə) فَسَلَٰمٌ لَّكَ مِنۡ أَصۡحَٰبِ ٱلۡيَمِينِ ٩١(Ona özü kimi olan yoldaşlarının dili ilə:) “Sağ tərəf sahiblərindən sənə salam olsun!” (deyiləcəkdir) وَأَمَّآ إِن كَانَ مِنَ ٱلۡمُكَذِّبِينَ ٱلضَّآلِّينَ ٩٢Əgər (ölən kimsə Allahın ayələrini, mö’cüzələrini) yalan sayanlardan və yoldan azanlardandırsa فَنُزُلٌ مِّنۡ حَمِيمٍ ٩٣(Ona) qaynar su ziyafəti veriləcək وَتَصۡلِيَةُ جَحِيمٍ ٩٤Və özü də Cəhənnəmə atılacaqdır إِنَّ هَٰذَا لَهُوَ حَقُّ ٱلۡيَقِينِ ٩٥Şübhəsiz ki, bu, təkzibolunmaz həqiqətdir فَسَبِّحۡ بِٱسۡمِ رَبِّكَ ٱلۡعَظِيمِ ٩٦Elə isə (ya Peyğəmbər!) sən ulu olan Rəbbinin adını təsbih (müqəddəs turub zikr) et! (Və ya: Sən Rəbbini o böyük adı ilə təsbih et)