Millat al-Islam

Chapter 56 · 96 verses · Khan Musayev

Surah Al-Waqi'a in Azerbaijani

Arabic with tafsir Listen to Surah Al-Waqi'a (1348 reciters)

بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ

إِذَا وَقَعَتِ ٱلۡوَاقِعَةُ ١Vaqiə qopacağı zaman لَيۡسَ لِوَقۡعَتِهَا كَاذِبَةٌ ٢onun qopduğunu heç kəs dana bilməz خَافِضَةٌ رَّافِعَةٌ ٣O, bəzilərini alçaldacaq, bə­zilərini də ucaldacaq إِذَا رُجَّتِ ٱلۡأَرۡضُ رَجًّا ٤Yer şiddətlə titrədiyi za­man وَبُسَّتِ ٱلۡجِبَالُ بَسًّا ٥Dağlar parça-parça olub ovxalan­dığı فَكَانَتۡ هَبَآءً مُّنۢبَثًّا ٦və ətrafa səpələnmiş toz-torpağa döndüyü zaman وَكُنتُمۡ أَزۡوَٰجًا ثَلَٰثَةً ٧siz üç dəstəyə ayrılacaq­sınız فَأَصۡحَٰبُ ٱلۡمَيۡمَنَةِ مَآ أَصۡحَٰبُ ٱلۡمَيۡمَنَةِ ٨Sağ tərəf sahibləri. Nə xoş­bəxtdir sağ tərəf sahibləri وَأَصۡحَٰبُ ٱلۡمَشۡـَٔمَةِ مَآ أَصۡحَٰبُ ٱلۡمَشۡـَٔمَةِ ٩Sol tərəf sahibləri. Nə bəd­bəxtdir sol tərəf sahibləri وَٱلسَّٰبِقُونَ ٱلسَّٰبِقُونَ ١٠Xeyirxah işlərdə öndə ge­dənlər, Cən­nətdə də öndə­dirlər أُوْلَٰٓئِكَ ٱلۡمُقَرَّبُونَ ١١Onlar Allaha yaxın olan­lar فِي جَنَّٰتِ ٱلنَّعِيمِ ١٢Nəim cən­nətlərində qala­caq kimsələr­dir ثُلَّةٌ مِّنَ ٱلۡأَوَّلِينَ ١٣Onların çoxu əvvəlki nə­sillərdən وَقَلِيلٌ مِّنَ ٱلۡأٓخِرِينَ ١٤az bir qismi də axırın­cı­lardandır عَلَىٰ سُرُرٍ مَّوۡضُونَةٍ ١٥Onlar bəzənmiş taxtlar üstündə مُّتَّكِـِٔينَ عَلَيۡهَا مُتَقَٰبِلِينَ ١٦qarşı-qarşıya əyləşib dir­səklənə­cəklər يَطُوفُ عَلَيۡهِمۡ وِلۡدَٰنٌ مُّخَلَّدُونَ ١٧Onların ətrafında həmi­şəcavan xidmətçi oğlanlar fır­lana­caq­lar – بِأَكۡوَابٍ وَأَبَارِيقَ وَكَأۡسٍ مِّن مَّعِينٍ ١٨çeşmə şərabı ilə dolu ba­dələr, bar­daqlar və qədəhlərlə – لَّا يُصَدَّعُونَ عَنۡهَا وَلَا يُنزِفُونَ ١٩ondan başları ağrımaz və məst ol­mazlar وَفَٰكِهَةٍ مِّمَّا يَتَخَيَّرُونَ ٢٠bəyənib seçdikləri mey­vələr وَلَحۡمِ طَيۡرٍ مِّمَّا يَشۡتَهُونَ ٢١və istədikləri quş əti ilə hərlənə­cəklər وَحُورٌ عِينٌ ٢٢Onları iri qara gözlü hu­rilər göz­ləyir – كَأَمۡثَٰلِ ٱللُّؤۡلُوِٕ ٱلۡمَكۡنُونِ ٢٣sədəf içində saxlanılmış mirvariyə bənzər hurilər جَزَآءَۢ بِمَا كَانُواْ يَعۡمَلُونَ ٢٤Bu, onların etdikləri əməl­lərin mü­kafatı olacaq لَا يَسۡمَعُونَ فِيهَا لَغۡوًا وَلَا تَأۡثِيمًا ٢٥Onlar orada nə boş söz, nə də gü­naha səbəb olan söh­bət eşi­də­cək­lər إِلَّا قِيلًا سَلَٰمًا سَلَٰمًا ٢٦Ancaq: “Salam! Salam!”– sözləri eşidəcəklər وَأَصۡحَٰبُ ٱلۡيَمِينِ مَآ أَصۡحَٰبُ ٱلۡيَمِينِ ٢٧Sağ tərəf sahibləri. Nə xoşbəxtdir sağ tərəf sahibləri فِي سِدۡرٍ مَّخۡضُودٍ ٢٨Onlar tikansız sidr ağac­ları arasın­da وَطَلۡحٍ مَّنضُودٍ ٢٩meyvələri salxım-salxım asılmış banan ağacları altında وَظِلٍّ مَّمۡدُودٍ ٣٠uzanmış kölgəliklərdə وَمَآءٍ مَّسۡكُوبٍ ٣١daim axan sular kəna­rın­da وَفَٰكِهَةٍ كَثِيرَةٍ ٣٢çoxlu meyvələr – لَّا مَقۡطُوعَةٍ وَلَا مَمۡنُوعَةٍ ٣٣tükənməz və qadağan edilməyən meyvələr içində وَفُرُشٍ مَّرۡفُوعَةٍ ٣٤və hündür döşəklər üs­tündə ola­caqlar إِنَّآ أَنشَأۡنَٰهُنَّ إِنشَآءً ٣٥Biz Cənnətdəki qadınları yeni bi­çimdə yaradacağıq فَجَعَلۡنَٰهُنَّ أَبۡكَارًا ٣٦Onları bakirə qızlar edə­cəyik – عُرُبًا أَتۡرَابًا ٣٧ərlərini sevən, həmya­şıd­lar لِّأَصۡحَٰبِ ٱلۡيَمِينِ ٣٨Bunlar sağ tərəf sahib­lə­ri üçün­dür ثُلَّةٌ مِّنَ ٱلۡأَوَّلِينَ ٣٩Onların çoxu əvvəlki nə­sillərdən وَثُلَّةٌ مِّنَ ٱلۡأٓخِرِينَ ٤٠bir qismi də axırıncılar­dandır وَأَصۡحَٰبُ ٱلشِّمَالِ مَآ أَصۡحَٰبُ ٱلشِّمَالِ ٤١Sol tərəf sahibləri. Nə bədbəxtdir sol tərəf sahibləri فِي سَمُومٍ وَحَمِيمٍ ٤٢Onlar qızmar yel və qay­nar su içində وَظِلٍّ مِّن يَحۡمُومٍ ٤٣qapqara duman kölgə­sin­də ola­caqlar لَّا بَارِدٍ وَلَا كَرِيمٍ ٤٤Bu duman nə sərin, nə də xoşa­gə­ləndir إِنَّهُمۡ كَانُواْ قَبۡلَ ذَٰلِكَ مُتۡرَفِينَ ٤٥Onlar bundan əvvəl cah-calal içində idilər وَكَانُواْ يُصِرُّونَ عَلَى ٱلۡحِنثِ ٱلۡعَظِيمِ ٤٦böyük günah işlətmək­də israr edirdilər وَكَانُواْ يَقُولُونَ أَئِذَا مِتۡنَا وَكُنَّا تُرَابًا وَعِظَٰمًا أَءِنَّا لَمَبۡعُوثُونَ ٤٧və deyirdilər: “Məgər biz ölüb tor­paq və sür-sümük ol­duq­dan sonra yeni­dən diril­diləcəyik أَوَءَابَآؤُنَا ٱلۡأَوَّلُونَ ٤٨Yaxud bizim əcdadla­rı­mız diril­diləcəklərmi?” قُلۡ إِنَّ ٱلۡأَوَّلِينَ وَٱلۡأٓخِرِينَ ٤٩De: “Şübhəsiz ki, əvvəl­kilər də, sonrakılar da لَمَجۡمُوعُونَ إِلَىٰ مِيقَٰتِ يَوۡمٍ مَّعۡلُومٍ ٥٠bəlli bir günün müəy­yən vaxtın­da mütləq toplana­caq­lar ثُمَّ إِنَّكُمۡ أَيُّهَا ٱلضَّآلُّونَ ٱلۡمُكَذِّبُونَ ٥١Sonra, siz ey doğru yol­dan azanlar, haqqı yalan sayanlar لَأٓكِلُونَ مِن شَجَرٍ مِّن زَقُّومٍ ٥٢Siz mütləq zəqqum ağa­cından yeyəcəksiniz فَمَالِـُٔونَ مِنۡهَا ٱلۡبُطُونَ ٥٣qarınlarınızı onunla dol­dura­caq­sınız فَشَٰرِبُونَ عَلَيۡهِ مِنَ ٱلۡحَمِيمِ ٥٤üstündən də qaynar su içəcək­si­niz فَشَٰرِبُونَ شُرۡبَ ٱلۡهِيمِ ٥٥Siz onu susamış xəstə də­vələr ki­mi içəcəksiniz” هَٰذَا نُزُلُهُمۡ يَوۡمَ ٱلدِّينِ ٥٦Bu, onların Haqq-hesab günün­də­ki ziyafətidir نَحۡنُ خَلَقۡنَٰكُمۡ فَلَوۡلَا تُصَدِّقُونَ ٥٧Sizi Biz yaratdıq. Bəs nə üçün di­rildiləcəyinizi təsdiq et­mirsi­niz أَفَرَءَيۡتُم مَّا تُمۡنُونَ ٥٨Axıtdığınız nütfəni gördünüzmü ءَأَنتُمۡ تَخۡلُقُونَهُۥٓ أَمۡ نَحۡنُ ٱلۡخَٰلِقُونَ ٥٩Onu siz yaradırsınız, yox­sa Biz نَحۡنُ قَدَّرۡنَا بَيۡنَكُمُ ٱلۡمَوۡتَ وَمَا نَحۡنُ بِمَسۡبُوقِينَ ٦٠Sizin aranızda ölümü Biz müəy­yən etdik və heç nə Bi­zim qar­şı­mızı ala bil­məz عَلَىٰٓ أَن نُّبَدِّلَ أَمۡثَٰلَكُمۡ وَنُنشِئَكُمۡ فِي مَا لَا تَعۡلَمُونَ ٦١Sizi bənzərləriniz ilə əvəz etməyə və sizi özünüz bilmə­di­yi­niz başqa bir şəkildə yarat­mağa Bizə mane olan tapıl­maz وَلَقَدۡ عَلِمۡتُمُ ٱلنَّشۡأَةَ ٱلۡأُولَىٰ فَلَوۡلَا تَذَكَّرُونَ ٦٢Siz ilk yaradılışı bilirsi­niz. Bəs nə üçün dirildiləcə­yiniz barədə dü­şünmür­sünüz أَفَرَءَيۡتُم مَّا تَحۡرُثُونَ ٦٣Əkdiyinizi gördünüzmü ءَأَنتُمۡ تَزۡرَعُونَهُۥٓ أَمۡ نَحۡنُ ٱلزَّٰرِعُونَ ٦٤Onu siz bitirirsiniz, yox­sa Biz لَوۡ نَشَآءُ لَجَعَلۡنَٰهُ حُطَٰمًا فَظَلۡتُمۡ تَفَكَّهُونَ ٦٥Əgər Biz istəsəydik, onu bir sa­man çöpünə döndərər, siz də hey­rətə gələrdiniz إِنَّا لَمُغۡرَمُونَ ٦٦və deyərdiniz: “Biz zi­ya­na uğra­dıq بَلۡ نَحۡنُ مَحۡرُومُونَ ٦٧Daha doğrusu nemətlər­dən məh­rum olduq!” أَفَرَءَيۡتُمُ ٱلۡمَآءَ ٱلَّذِي تَشۡرَبُونَ ٦٨İçdiyiniz suyu gördü­nüz­mü ءَأَنتُمۡ أَنزَلۡتُمُوهُ مِنَ ٱلۡمُزۡنِ أَمۡ نَحۡنُ ٱلۡمُنزِلُونَ ٦٩Onu buluddan siz endi­rirsiniz, yoxsa Biz لَوۡ نَشَآءُ جَعَلۡنَٰهُ أُجَاجًا فَلَوۡلَا تَشۡكُرُونَ ٧٠Əgər istəsəydik, onu acı edərdik. Bəs nə üçün şükür et­mir­si­niz أَفَرَءَيۡتُمُ ٱلنَّارَ ٱلَّتِي تُورُونَ ٧١Yandırdığınız odu gör­dünüzmü ءَأَنتُمۡ أَنشَأۡتُمۡ شَجَرَتَهَآ أَمۡ نَحۡنُ ٱلۡمُنشِـُٔونَ ٧٢Onun ağacını siz yara­dırsınız, yoxsa Biz نَحۡنُ جَعَلۡنَٰهَا تَذۡكِرَةً وَمَتَٰعًا لِّلۡمُقۡوِينَ ٧٣Biz onu Cəhənnəmi yada salmaq və müsafirlərin istifa­dəsi üçün yarat­dıq فَسَبِّحۡ بِٱسۡمِ رَبِّكَ ٱلۡعَظِيمِ ٧٤Elə isə Ulu Rəbbinin adı­na tərif­lər de ۞ فَلَآ أُقۡسِمُ بِمَوَٰقِعِ ٱلنُّجُومِ ٧٥Ulduzların batdığı yer­lərə and olsun وَإِنَّهُۥ لَقَسَمٌ لَّوۡ تَعۡلَمُونَ عَظِيمٌ ٧٦Kaş bunun, doğrudan da, böyük bir and olduğunu biləy­di­niz إِنَّهُۥ لَقُرۡءَانٌ كَرِيمٌ ٧٧Həqiqətən, bu, ehtirama layiq Qurandır فِي كِتَٰبٍ مَّكۡنُونٍ ٧٨qorunub saxlanılan Ya­zı­dadır (Lövhi-məhfuzdadır) لَّا يَمَسُّهُۥٓ إِلَّا ٱلۡمُطَهَّرُونَ ٧٩Ona yalnız pak olanlar toxunur تَنزِيلٌ مِّن رَّبِّ ٱلۡعَٰلَمِينَ ٨٠O, aləmlərin Rəbbi tərə­findən na­zil edilmişdir أَفَبِهَٰذَا ٱلۡحَدِيثِ أَنتُم مُّدۡهِنُونَ ٨١Siz bu kəlamı yalan sa­yırsınız وَتَجۡعَلُونَ رِزۡقَكُمۡ أَنَّكُمۡ تُكَذِّبُونَ ٨٢Sizə verilən ruziyə şükür etməyi, onu yalan saymaqla ye­rinə ye­ti­rirsiniz فَلَوۡلَآ إِذَا بَلَغَتِ ٱلۡحُلۡقُومَ ٨٣Can boğaza yetişdiyi za­man – وَأَنتُمۡ حِينَئِذٍ تَنظُرُونَ ٨٤həmin an siz can verən adama ba­xırsınız وَنَحۡنُ أَقۡرَبُ إِلَيۡهِ مِنكُمۡ وَلَٰكِن لَّا تُبۡصِرُونَ ٨٥Biz ona sizdən daha ya­xın olu­ruq, siz isə bunu gör­mür­sü­nüz فَلَوۡلَآ إِن كُنتُمۡ غَيۡرَ مَدِينِينَ ٨٦Madam ki, siz iddianıza görə haqq-hesab olunmaya­caq­sınız تَرۡجِعُونَهَآ إِن كُنتُمۡ صَٰدِقِينَ ٨٧və doğru danışanlarsı­nız, onda, o canı geri qaytarın فَأَمَّآ إِن كَانَ مِنَ ٱلۡمُقَرَّبِينَ ٨٨Amma əgər o, Allaha ya­xın olan­lardandırsa فَرَوۡحٌ وَرَيۡحَانٌ وَجَنَّتُ نَعِيمٍ ٨٩onda rəhmətə, gözəl ru­ziyə və Nəim bağına yetişər وَأَمَّآ إِن كَانَ مِنۡ أَصۡحَٰبِ ٱلۡيَمِينِ ٩٠Əgər o, sağ tərəf sahib­lərin­dən­dirsə فَسَلَٰمٌ لَّكَ مِنۡ أَصۡحَٰبِ ٱلۡيَمِينِ ٩١ona: “Sağ tərəf sahib­lə­rindən sə­nə salam olsun!”– de­yilə­cək وَأَمَّآ إِن كَانَ مِنَ ٱلۡمُكَذِّبِينَ ٱلضَّآلِّينَ ٩٢Yox əgər o, haqqı yalan sayan­lar­dan və doğru yoldan azan­lar­dan­dırsa فَنُزُلٌ مِّنۡ حَمِيمٍ ٩٣onun ziyafəti qaynar su olacaq وَتَصۡلِيَةُ جَحِيمٍ ٩٤özü də Cəhənnəmdə ya­nacaq إِنَّ هَٰذَا لَهُوَ حَقُّ ٱلۡيَقِينِ ٩٥Həqiqətən, bu, şübhə do­ğur­ma­yan bir həqiqətdir فَسَبِّحۡ بِٱسۡمِ رَبِّكَ ٱلۡعَظِيمِ ٩٦Elə isə Ulu Rəbbinin adı­na tərif­lər de

Translation: Khan Musayev.