Millat al-Islam

Chapter 81 · 29 verses · Khan Musayev

Surah At-Takwir in Azerbaijani

Arabic with tafsir Listen to Surah At-Takwir (1302 reciters)

بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ

إِذَا ٱلشَّمۡسُ كُوِّرَتۡ ١Günəş sarınacağı zaman وَإِذَا ٱلنُّجُومُ ٱنكَدَرَتۡ ٢ulduzlar soluxub sönəcə­yi zaman وَإِذَا ٱلۡجِبَالُ سُيِّرَتۡ ٣dağlar hərəkətə gətirilə­cə­yi zaman وَإِذَا ٱلۡعِشَارُ عُطِّلَتۡ ٤boğaz dəvələr başlı-başı­na qala­caq­ları zaman وَإِذَا ٱلۡوُحُوشُ حُشِرَتۡ ٥vəhşi heyvanlar bir yerə toplanacağı zaman وَإِذَا ٱلۡبِحَارُ سُجِّرَتۡ ٦dənizlər alovlanacağı za­man وَإِذَا ٱلنُّفُوسُ زُوِّجَتۡ ٧hər kəs öz tayına qo­vuş­durulacağı zaman وَإِذَا ٱلۡمَوۡءُۥدَةُ سُئِلَتۡ ٨diri-diri torpağa basdırıl­mış qız uşağı soruşulacağı za­man – بِأَيِّ ذَنۢبٍ قُتِلَتۡ ٩hansı günaha görə öldü­rül­müş­dür وَإِذَا ٱلصُّحُفُ نُشِرَتۡ ١٠səhifələr açılacağı zaman وَإِذَا ٱلسَّمَآءُ كُشِطَتۡ ١١göy qopardılacağı zaman وَإِذَا ٱلۡجَحِيمُ سُعِّرَتۡ ١٢Cəhənnəm alovlandırı­la­cağı za­man وَإِذَا ٱلۡجَنَّةُ أُزۡلِفَتۡ ١٣və Cənnət möminlərə ya­xınlaşdı­rılacağı zaman عَلِمَتۡ نَفۡسٌ مَّآ أَحۡضَرَتۡ ١٤hər kəs bu gün üçün özü­nə nə tə­darük etdiyini bilə­cək­dir فَلَآ أُقۡسِمُ بِٱلۡخُنَّسِ ١٥And içirəm gecə çıxıb gün­düz batan ulduzlara ٱلۡجَوَارِ ٱلۡكُنَّسِ ١٦seyrə çıxıb gizlənən səy­yarələrə وَٱلَّيۡلِ إِذَا عَسۡعَسَ ١٧qaralmaqda olan gecəyə وَٱلصُّبۡحِ إِذَا تَنَفَّسَ ١٨və açılmaqda olan səhə­rə إِنَّهُۥ لَقَوۡلُ رَسُولٍ كَرِيمٍ ١٩Həqiqətən, bu, göndər­di­yimiz möh­tə­rəm bir elçinin sö­zü­dür ذِي قُوَّةٍ عِندَ ذِي ٱلۡعَرۡشِ مَكِينٍ ٢٠O elçi ki, qüvvətlidir, Ər­şin sahibi yanında böyük hör­­mət sa­hi­bidir مُّطَاعٍ ثَمَّ أَمِينٍ ٢١orada itaət ediləndir, eti­barlı­dır وَمَا صَاحِبُكُم بِمَجۡنُونٍ ٢٢Sizin dostunuz Muhəm­məd di­vanə deyil وَلَقَدۡ رَءَاهُ بِٱلۡأُفُقِ ٱلۡمُبِينِ ٢٣O, Cəbraili aydın üfüqdə gördü وَمَا هُوَ عَلَى ٱلۡغَيۡبِ بِضَنِينٍ ٢٤O, qeybdən gələn xəbərləri sizdən əsirgəyən de­yil وَمَا هُوَ بِقَوۡلِ شَيۡطَٰنٍ رَّجِيمٍ ٢٥Bu Quran daşqalaq olun­muş şey­tanın sözü də deyildir فَأَيۡنَ تَذۡهَبُونَ ٢٦Elə isə ondan üz döndə­rib hara ge­dirsiniz إِنۡ هُوَ إِلَّا ذِكۡرٌ لِّلۡعَٰلَمِينَ ٢٧Bu, aləmlərə yalnız bir nəsihətdir – لِمَن شَآءَ مِنكُمۡ أَن يَسۡتَقِيمَ ٢٨sizlərdən doğru yolda ol­maq istə­yənlər üçün وَمَا تَشَآءُونَ إِلَّآ أَن يَشَآءَ ٱللَّهُ رَبُّ ٱلۡعَٰلَمِينَ ٢٩Aləmlərin Rəbbi Allah istəmə­yincə, siz istəyə bilməz­siniz

Translation: Khan Musayev.