Millat al-Islam

Chapter 87 · 19 verses · Khan Musayev

Surah Al-Ala in Azerbaijani

Arabic with tafsir Listen to Surah Al-Ala (1421 reciters)
Meccanسورة الأعلى19 verses

بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ

سَبِّحِ ٱسۡمَ رَبِّكَ ٱلۡأَعۡلَى ١Ən Uca Rəbbinin adına təriflər de ٱلَّذِي خَلَقَ فَسَوَّىٰ ٢O Rəbbin ki, hər şeyi ya­ra­dıb ka­milləşdirdi وَٱلَّذِي قَدَّرَ فَهَدَىٰ ٣O Rəbbin ki, hər şeyin mü­qəddəratını əzəldən müəy­yən e­dərək yol göstərdi وَٱلَّذِيٓ أَخۡرَجَ ٱلۡمَرۡعَىٰ ٤O Rəbbin ki, otlağı cü­cərt­di فَجَعَلَهُۥ غُثَآءً أَحۡوَىٰ ٥sonra da onu qaralmış sa­ma­na çevirdi سَنُقۡرِئُكَ فَلَا تَنسَىٰٓ ٦Biz sənə Quranı oxudacağıq və sən onu unutmayacaqsan إِلَّا مَا شَآءَ ٱللَّهُۚ إِنَّهُۥ يَعۡلَمُ ٱلۡجَهۡرَ وَمَا يَخۡفَىٰ ٧Yalnız Allahın istədi­yin­dən başqa. Şübhəsiz ki, Allah aşkarı da, gizlini də bilir وَنُيَسِّرُكَ لِلۡيُسۡرَىٰ ٨Səni ən asan olana mü­vəf­fəq edə­rik فَذَكِّرۡ إِن نَّفَعَتِ ٱلذِّكۡرَىٰ ٩Xatırlatmanın fayda ver­diyini gör­sən, onlara xatırlat سَيَذَّكَّرُ مَن يَخۡشَىٰ ١٠Allahdan qorxanlar öyüd-nəsihət gö­türərlər وَيَتَجَنَّبُهَا ٱلۡأَشۡقَى ١١Ən bədbəxt kimsələr isə onu qu­laqardına vurarlar ٱلَّذِي يَصۡلَى ٱلنَّارَ ٱلۡكُبۡرَىٰ ١٢O kimsə ki, Cəhənnəmə atılacaq ثُمَّ لَا يَمُوتُ فِيهَا وَلَا يَحۡيَىٰ ١٣O orada nə öləcək, nə də yaşaya bil­əcək قَدۡ أَفۡلَحَ مَن تَزَكَّىٰ ١٤Günahlardan təmizlənən kimsə isə uğur qazanmışdır وَذَكَرَ ٱسۡمَ رَبِّهِۦ فَصَلَّىٰ ١٥O kimsə ki, Rəbbinin adı­nı xatırla­yıb namaz qılmışdır بَلۡ تُؤۡثِرُونَ ٱلۡحَيَوٰةَ ٱلدُّنۡيَا ١٦Xeyr, siz dünya həyatını olduqca üstün tutursunuz وَٱلۡأٓخِرَةُ خَيۡرٌ وَأَبۡقَىٰٓ ١٧Axirət isə daha xeyirli və daha sürəklidir إِنَّ هَٰذَا لَفِي ٱلصُّحُفِ ٱلۡأُولَىٰ ١٨Həqiqətən də, bu, əv­vəl­ki səhifə­lərdə bildirilmişdir – صُحُفِ إِبۡرَٰهِيمَ وَمُوسَىٰ ١٩İbrahimin və Musanın sə­hifələ­rində

Translation: Khan Musayev.