Millat al-Islam

Chapter 86 · 17 verses · Khan Musayev

Surah At-Tariq in Azerbaijani

Arabic with tafsir Listen to Surah At-Tariq (1312 reciters)
Meccanسورة الطارق17 verses

بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ

وَٱلسَّمَآءِ وَٱلطَّارِقِ ١And olsun səmaya və ge­cə yolçu­suna وَمَآ أَدۡرَىٰكَ مَا ٱلطَّارِقُ ٢Sən nə bilirsən ki, gecə yolçusu nədir ٱلنَّجۡمُ ٱلثَّاقِبُ ٣Bu, qaranlıqları dəlib ke­çən ul­duz­dur إِن كُلُّ نَفۡسٍ لَّمَّا عَلَيۡهَا حَافِظٌ ٤Elə bir kimsə yoxdur ki, onun üzərində gözətçi olma­sın فَلۡيَنظُرِ ٱلۡإِنسَٰنُ مِمَّ خُلِقَ ٥Qoy insan nədən yara­dıl­dığına bir baxsın خُلِقَ مِن مَّآءٍ دَافِقٍ ٦İnsan axıdılan nütfədən yaradıl­mışdır يَخۡرُجُ مِنۢ بَيۡنِ ٱلصُّلۡبِ وَٱلتَّرَآئِبِ ٧Bu nütfə bel və köks sü­mükləri arasından çıxır إِنَّهُۥ عَلَىٰ رَجۡعِهِۦ لَقَادِرٌ ٨Şübhəsiz ki, Allah onu di­rildib qay­tarmağa qadirdir يَوۡمَ تُبۡلَى ٱلسَّرَآئِرُ ٩Sirlərin sınaqdan keçiri­lə­cəyi gün فَمَا لَهُۥ مِن قُوَّةٍ وَلَا نَاصِرٍ ١٠onun nə bir qüvvəsi, nə də bir köməkçisi olar وَٱلسَّمَآءِ ذَاتِ ٱلرَّجۡعِ ١١And olsun yağmurla qa­yıdan göyə وَٱلۡأَرۡضِ ذَاتِ ٱلصَّدۡعِ ١٢And olsun növbənöv bit­kilərlə ya­rılan yerə إِنَّهُۥ لَقَوۡلٌ فَصۡلٌ ١٣Həqiqətən, bu, haqqı ba­tildən ayırd edən bir kə­lamdır وَمَا هُوَ بِٱلۡهَزۡلِ ١٤O, əyləncə də deyil إِنَّهُمۡ يَكِيدُونَ كَيۡدًا ١٥Həqiqətən, kafirlər hiylə qururlar وَأَكِيدُ كَيۡدًا ١٦Mən də hiylə qururam فَمَهِّلِ ٱلۡكَٰفِرِينَ أَمۡهِلۡهُمۡ رُوَيۡدَۢا ١٧Kafirlərə hələ möhlət ver! Onlara bir az da möhlət ver

Translation: Khan Musayev.