Millat al-Islam

Chapter 84 · 25 verses · Khan Musayev

Surah Al-Inshiqaq in Azerbaijani

Arabic with tafsir Listen to Surah Al-Inshiqaq (1262 reciters)

بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ

إِذَا ٱلسَّمَآءُ ٱنشَقَّتۡ ١Göy yarılacağı وَأَذِنَتۡ لِرَبِّهَا وَحُقَّتۡ ٢və Rəbbini dinləyib bo­yun əyməyə hazır olacağı zaman وَإِذَا ٱلۡأَرۡضُ مُدَّتۡ ٣Yer dümdüz ediləcəyi وَأَلۡقَتۡ مَا فِيهَا وَتَخَلَّتۡ ٤içindəkiləri kənara atıb bo­şalacağı وَأَذِنَتۡ لِرَبِّهَا وَحُقَّتۡ ٥və Rəbbini dinləyib bo­yun əyməyə hazır olacağı za­man يَٰٓأَيُّهَا ٱلۡإِنسَٰنُ إِنَّكَ كَادِحٌ إِلَىٰ رَبِّكَ كَدۡحًا فَمُلَٰقِيهِ ٦Ey insan! Sən, həqiqətən də, səy göstərib Rəbbinə tərəf can atır­san. Sən Onunla qarşı­laşacaqsan فَأَمَّا مَنۡ أُوتِيَ كِتَٰبَهُۥ بِيَمِينِهِۦ ٧Kimin kitabı sağ əlinə ve­riləcəksə فَسَوۡفَ يُحَاسَبُ حِسَابًا يَسِيرًا ٨o, yüngül sorğu-suala tu­tulacaq وَيَنقَلِبُ إِلَىٰٓ أَهۡلِهِۦ مَسۡرُورًا ٩və sevincək öz ailəsinə qa­yıda­caq وَأَمَّا مَنۡ أُوتِيَ كِتَٰبَهُۥ وَرَآءَ ظَهۡرِهِۦ ١٠Kimin kitabı arxa tərə­fin­dən ve­riləcəksə فَسَوۡفَ يَدۡعُواْ ثُبُورًا ١١o özünə ölüm diləyəcək وَيَصۡلَىٰ سَعِيرًا ١٢və alovlu oda atılacaq­ إِنَّهُۥ كَانَ فِيٓ أَهۡلِهِۦ مَسۡرُورًا ١٣Sözsüz ki, o, dünyada ikən öz ailə­sində sevinc içində idi إِنَّهُۥ ظَنَّ أَن لَّن يَحُورَ ١٤və elə güman edirdi ki, Rəbbinin hüzuruna qayıtmaya­caq بَلَىٰٓۚ إِنَّ رَبَّهُۥ كَانَ بِهِۦ بَصِيرًا ١٥Xeyr! Sözsüz ki, Rəbbi onu gö­rürdü فَلَآ أُقۡسِمُ بِٱلشَّفَقِ ١٦And içirəm şəfəqə وَٱلَّيۡلِ وَمَا وَسَقَ ١٧gecəyə və onun ağuşuna aldıq­larına وَٱلۡقَمَرِ إِذَا ٱتَّسَقَ ١٨bədirlənmiş on dörd ge­cə­lik aya لَتَرۡكَبُنَّ طَبَقًا عَن طَبَقٍ ١٩Siz mütləq haldan-hala keçib də­yişəcəksiniz فَمَا لَهُمۡ لَا يُؤۡمِنُونَ ٢٠Onlara nə olub ki, iman gətir­mirlər وَإِذَا قُرِئَ عَلَيۡهِمُ ٱلۡقُرۡءَانُ لَا يَسۡجُدُونَۤ ۩ ٢١və onlara Quran oxun­duqda səcdə etmirlər بَلِ ٱلَّذِينَ كَفَرُواْ يُكَذِّبُونَ ٢٢Əksinə, küfr edənlər haq­qı yalan sayırlar وَٱللَّهُ أَعۡلَمُ بِمَا يُوعُونَ ٢٣Allah onların nəyi giz­lət­diklərini çox yaxşı bilir فَبَشِّرۡهُم بِعَذَابٍ أَلِيمٍ ٢٤Elə isə onları ağrılı-acılı bir əzab­la müjdələ إِلَّا ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ لَهُمۡ أَجۡرٌ غَيۡرُ مَمۡنُونِۭ ٢٥iman gətirib yaxşı işlər görənlər istisna olmaqla! On­lar üçün tü­kənməz mükafatlar ha­zırlanmışdır

Translation: Khan Musayev.