Millat al-Islam

Chapter 84 · 25 verses · Vasim Mammadaliyev And Ziya Bunyadov

Surah Al-Inshiqaq in Azerbaijani

Arabic with tafsir Listen to Surah Al-Inshiqaq (1262 reciters)

بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ

إِذَا ٱلسَّمَآءُ ٱنشَقَّتۡ ١Göy yarılacağı وَأَذِنَتۡ لِرَبِّهَا وَحُقَّتۡ ٢Və Rəbbinin buyuruğunu haqq olaraq eşidib (Ona) itaət edəcəyi zaman وَإِذَا ٱلۡأَرۡضُ مُدَّتۡ ٣Yer uzanıb dümdüz olacağı وَأَلۡقَتۡ مَا فِيهَا وَتَخَلَّتۡ ٤Qoynunda olanları bayıra atıb boşaldacağı وَأَذِنَتۡ لِرَبِّهَا وَحُقَّتۡ ٥Və Rəbbinin buyurduğunu haqq olaraq eşidib (Ona) itaət edəcəyi zaman (insan dünyada yaxşı və pis əməllərinin cəzasını layiqincə alacaqdır) يَٰٓأَيُّهَا ٱلۡإِنسَٰنُ إِنَّكَ كَادِحٌ إِلَىٰ رَبِّكَ كَدۡحًا فَمُلَٰقِيهِ ٦Ey insan! Sən (ölənə qədər) Rəbbinə doğru çalışıb çabalayırsan. Sən Ona qovuşacaqsan! (Sənin qısa ömrün gündən-günə səni Allaha yaxınlaşdırır. Ölümün gəlib çatması Allah dərgahına qovuşmaq deməkdir. Öləndən sonra Allahın hüzuruna gedib dünyada etdiyin yaxşı, pis əməllərin əvəzini tamamilə alacaqsan. Yaxşı əməllər etmisənsə, xoş halına. Pis əməllər etmisənsə, vay halına) فَأَمَّا مَنۡ أُوتِيَ كِتَٰبَهُۥ بِيَمِينِهِۦ ٧Kimin əməl dəftəri sağ əlinə verilmişsə فَسَوۡفَ يُحَاسَبُ حِسَابًا يَسِيرًا ٨Onun yüngül haqq-hesab çəkiləcək وَيَنقَلِبُ إِلَىٰٓ أَهۡلِهِۦ مَسۡرُورًا ٩Və o, (Cənnətdəki) ailəsinin (yaxınlarının) yanına sevinclə qayıdacaqdır وَأَمَّا مَنۡ أُوتِيَ كِتَٰبَهُۥ وَرَآءَ ظَهۡرِهِۦ ١٠Kimin əməl dəftəri arxa tərəfdən (sol əlinə) verilmişsə فَسَوۡفَ يَدۡعُواْ ثُبُورًا ١١O: “Ay öldüm!” – deyə şivən qopardacaq وَيَصۡلَىٰ سَعِيرًا ١٢Və Cəhənnəmə vasil olacaqdır إِنَّهُۥ كَانَ فِيٓ أَهۡلِهِۦ مَسۡرُورًا ١٣O, (dünyada) öz ailəsi (yaxınları) arasında sevinc içində idi إِنَّهُۥ ظَنَّ أَن لَّن يَحُورَ ١٤Və elə zənn edirdi ki, (öləndən sonra dirilib haqq-hesab üçün Rəbbinin hüzuruna) qayıtmayacaqdır بَلَىٰٓۚ إِنَّ رَبَّهُۥ كَانَ بِهِۦ بَصِيرًا ١٥Xeyr! (Onun düşündüyü kimi deyildir. O, qiyamət günü dirilib Allahın hüzuruna qayıdacaqdır). Həqiqətən, Rəbbi onu görürdü فَلَآ أُقۡسِمُ بِٱلشَّفَقِ ١٦And içirəm şəfəqə وَٱلَّيۡلِ وَمَا وَسَقَ ١٧Gecəyə və (gecənin) qoynuna aldıqlarına وَٱلۡقَمَرِ إِذَا ٱتَّسَقَ ١٨Bədirlənməkdə olan aya ki لَتَرۡكَبُنَّ طَبَقًا عَن طَبَقٍ ١٩Siz (ey kafirlər, qiyamət günü) haldan-hala düşəcəksiniz فَمَا لَهُمۡ لَا يُؤۡمِنُونَ ٢٠Onlara nə olub ki, iman gətirmirlər وَإِذَا قُرِئَ عَلَيۡهِمُ ٱلۡقُرۡءَانُ لَا يَسۡجُدُونَۤ ۩ ٢١Özlərinə Qur’an oxunduqda səcdə etmirlər بَلِ ٱلَّذِينَ كَفَرُواْ يُكَذِّبُونَ ٢٢Əksinə, kafir olanlar (Allahın vəhdaniyyətini və ayələrini) təkzib edirlər وَٱللَّهُ أَعۡلَمُ بِمَا يُوعُونَ ٢٣Halbuki Allah onların (ürəklərində) gizlətdiklərini ən gözəl biləndir فَبَشِّرۡهُم بِعَذَابٍ أَلِيمٍ ٢٤(Ya Peyğəmbər!) Onlara (qiyamət günü düçar olacaqları) şiddətli bir əzabla müjdə ver إِلَّا ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ لَهُمۡ أَجۡرٌ غَيۡرُ مَمۡنُونِۭ ٢٥İman gətirib yaxşı əməllər edənlər istisna olmaqla! Onları (Cənnətdə) minnətsiz (tükənmək bilməyən) mükafat gözləyir

Translation: Vasim Mammadaliyev And Ziya Bunyadov.