Millat al-Islam

Chapter 70 · 44 verses · Khan Musayev

Surah Al-Maarij in Azerbaijani

Arabic with tafsir Listen to Surah Al-Maarij (1275 reciters)

بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ

سَأَلَ سَآئِلُۢ بِعَذَابٍ وَاقِعٍ ١İstəyən kimsə baş verə­cək əzabı istədi – لِّلۡكَٰفِرِينَ لَيۡسَ لَهُۥ دَافِعٌ ٢bunu kafirlər üçün dilədi. O əzabın qarşısını alan tapıl­ma­ya­caq مِّنَ ٱللَّهِ ذِي ٱلۡمَعَارِجِ ٣O, dərəcələr sahibi olan Allah­dandır تَعۡرُجُ ٱلۡمَلَٰٓئِكَةُ وَٱلرُّوحُ إِلَيۡهِ فِي يَوۡمٍ كَانَ مِقۡدَارُهُۥ خَمۡسِينَ أَلۡفَ سَنَةٍ ٤Mələklər və Ruh Cəbrail Allaha doğ­ru sayı əlli min ilə bə­rabər bir gün ər­zində qalxırlar فَٱصۡبِرۡ صَبۡرًا جَمِيلًا ٥Sən təmkinlə səbir et إِنَّهُمۡ يَرَوۡنَهُۥ بَعِيدًا ٦Doğrusu, kafirlər o əzabın uzaq ol­du­ğunu güman edirlər وَنَرَىٰهُ قَرِيبًا ٧Biz isə onun yaxın oldu­ğunu gö­rürük يَوۡمَ تَكُونُ ٱلسَّمَآءُ كَٱلۡمُهۡلِ ٨O gün göy əridilmiş me­tal kimi olacaq وَتَكُونُ ٱلۡجِبَالُ كَٱلۡعِهۡنِ ٩Dağlar da didilmiş yuna bənzəyə­cək وَلَا يَسۡـَٔلُ حَمِيمٌ حَمِيمًا ١٠Dost dostun halını xə­bər almaya­caq يُبَصَّرُونَهُمۡۚ يَوَدُّ ٱلۡمُجۡرِمُ لَوۡ يَفۡتَدِي مِنۡ عَذَابِ يَوۡمِئِذِۭ بِبَنِيهِ ١١Halbuki onlar bir-birini görəcək­lər. Günahkar o günün əza­bın­dan qur­tarmaq üçün fid­yə vermək istəyər – öz oğul­la­rını وَصَٰحِبَتِهِۦ وَأَخِيهِ ١٢həyat yoldaşını və qar­daşını وَفَصِيلَتِهِ ٱلَّتِي تُـٔۡوِيهِ ١٣ona sığınacaq vermiş nəs­lini وَمَن فِي ٱلۡأَرۡضِ جَمِيعًا ثُمَّ يُنجِيهِ ١٤və yer üzündə olanların hamısını – təki bu onu xilas et­sin كـَلَّآۖ إِنَّهَا لَظَىٰ ١٥Xeyr! Bu, alovu şölələ­nən Oddur – نَزَّاعَةً لِّلشَّوَىٰ ١٦başın dərisini sıyırıb çı­xaran bir od تَدۡعُواْ مَنۡ أَدۡبَرَ وَتَوَلَّىٰ ١٧O od çağırır haqqa arxa çevirəni, ondan üz döndərəni وَجَمَعَ فَأَوۡعَىٰٓ ١٨və mal-dövlət yığıb sax­la­yanı ۞ إِنَّ ٱلۡإِنسَٰنَ خُلِقَ هَلُوعًا ١٩Həqiqətən, insan kəm­hövsələ ya­radılmışdır إِذَا مَسَّهُ ٱلشَّرُّ جَزُوعًا ٢٠Ona bir pislik toxun­duqda özün­dən çıxır وَإِذَا مَسَّهُ ٱلۡخَيۡرُ مَنُوعًا ٢١bir xeyir nəsib olduqda isə xəsis­lik edir إِلَّا ٱلۡمُصَلِّينَ ٢٢Namaz qılanlar istis­na­dır ٱلَّذِينَ هُمۡ عَلَىٰ صَلَاتِهِمۡ دَآئِمُونَ ٢٣O kəslər ki, namazlarını həmişə qılırlar وَٱلَّذِينَ فِيٓ أَمۡوَٰلِهِمۡ حَقٌّ مَّعۡلُومٌ ٢٤O kəslər ki, onların mal­larında bəlli bir haqq var­ – لِّلسَّآئِلِ وَٱلۡمَحۡرُومِ ٢٥dilənən və həya edib istəmədiyinə görə məhrum qalan üçün وَٱلَّذِينَ يُصَدِّقُونَ بِيَوۡمِ ٱلدِّينِ ٢٦O kəslər ki, Haqq-hesab gününü təsdiq edirlər وَٱلَّذِينَ هُم مِّنۡ عَذَابِ رَبِّهِم مُّشۡفِقُونَ ٢٧O kəslər ki, Rəbbinin əza­bından qorxurlar إِنَّ عَذَابَ رَبِّهِمۡ غَيۡرُ مَأۡمُونٍ ٢٨Axı Rəbbinin əzabı on­lar üçün də təhlükəsiz deyil وَٱلَّذِينَ هُمۡ لِفُرُوجِهِمۡ حَٰفِظُونَ ٢٩O kəslər ki, tənasül üzv­lərini zi­nadan qoruyurlar – إِلَّا عَلَىٰٓ أَزۡوَٰجِهِمۡ أَوۡ مَا مَلَكَتۡ أَيۡمَٰنُهُمۡ فَإِنَّهُمۡ غَيۡرُ مَلُومِينَ ٣٠zövcələrindən və sahib olduqları cariyələrdən başqa. Buna gö­rə onlar əsla qınan­maz­lar فَمَنِ ٱبۡتَغَىٰ وَرَآءَ ذَٰلِكَ فَأُوْلَٰٓئِكَ هُمُ ٱلۡعَادُونَ ٣١Bundan artığını istəyən­lər isə həddi aşanlardır وَٱلَّذِينَ هُمۡ لِأَمَٰنَٰتِهِمۡ وَعَهۡدِهِمۡ رَٰعُونَ ٣٢O kəslər ki, əmanəti dan­mır və əhdlərini pozmurlar وَٱلَّذِينَ هُم بِشَهَٰدَٰتِهِمۡ قَآئِمُونَ ٣٣O kəslər ki, şahidliklə­rin­də mə­tindirlər وَٱلَّذِينَ هُمۡ عَلَىٰ صَلَاتِهِمۡ يُحَافِظُونَ ٣٤Bir də o kəslər ki, na­maz­larını dəqiqliklə qılırlar أُوْلَٰٓئِكَ فِي جَنَّٰتٍ مُّكۡرَمُونَ ٣٥Cən­nətlərdə hör­mət göstə­riləcək insanlar da elə onlar ola­caq فَمَالِ ٱلَّذِينَ كَفَرُواْ قِبَلَكَ مُهۡطِعِينَ ٣٦Sənə doğru tələsən ka­firlərə nə olub belə – عَنِ ٱلۡيَمِينِ وَعَنِ ٱلشِّمَالِ عِزِينَ ٣٧sağdan-soldan dəstələr­lə ətrafına yığışırlar أَيَطۡمَعُ كُلُّ ٱمۡرِيٍٕ مِّنۡهُمۡ أَن يُدۡخَلَ جَنَّةَ نَعِيمٍ ٣٨Yoxsa onların hər biri Nəim cən­nətinə girə bilə­cəyinə ümid edir كـَلَّآۖ إِنَّا خَلَقۡنَٰهُم مِّمَّا يَعۡلَمُونَ ٣٩Xeyr! Bu mümkün deyil! Biz onları bildikləri şeydən xəlq et­mi­şik فَلَآ أُقۡسِمُ بِرَبِّ ٱلۡمَشَٰرِقِ وَٱلۡمَغَٰرِبِ إِنَّا لَقَٰدِرُونَ ٤٠And içirəm məşriqlərin və məğ­riblərin Rəbbinə! Biz doğ­ru­dan da, elə bir qüdrətə malikik ki, – عَلَىٰٓ أَن نُّبَدِّلَ خَيۡرًا مِّنۡهُمۡ وَمَا نَحۡنُ بِمَسۡبُوقِينَ ٤١onları daha yaxşıları ilə əvəz edə bi­lərik. Bunda qarşı­mıza çı­xa bilən ta­pılmaz فَذَرۡهُمۡ يَخُوضُواْ وَيَلۡعَبُواْ حَتَّىٰ يُلَٰقُواْ يَوۡمَهُمُ ٱلَّذِي يُوعَدُونَ ٤٢Vədə verilmiş günə ça­tanadək on­larla daha işin ol­masın, qoy boş-boş da­nışsınlar və əylənsinlər يَوۡمَ يَخۡرُجُونَ مِنَ ٱلۡأَجۡدَاثِ سِرَاعًا كَأَنَّهُمۡ إِلَىٰ نُصُبٍ يُوفِضُونَ ٤٣O gün, məbudlarına iba­­dətə can atırmışlar kimi onlar qə­bir­lər­dən çıxa­caqlar خَٰشِعَةً أَبۡصَٰرُهُمۡ تَرۡهَقُهُمۡ ذِلَّةٌۚ ذَٰلِكَ ٱلۡيَوۡمُ ٱلَّذِي كَانُواْ يُوعَدُونَ ٤٤O gün onların baxışları yerə diki­ləcək, özlərini də zil­lət bü­rü­yəcək. Budur onla­rın xəbərdar edildikləri gün

Translation: Khan Musayev.