بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ
وَٱلسَّمَآءِ وَٱلطَّارِقِ ١And olsun göyə və gecə gələnə! (Gecə peyda olub gündüz qeyb olana) وَمَآ أَدۡرَىٰكَ مَا ٱلطَّارِقُ ٢(Ya Peyğəmbər!) Sən nə bilirsən (haradan bilirsən) ki, gecə gələn nədir ٱلنَّجۡمُ ٱلثَّاقِبُ ٣(O, zülməti yaran) parlaq ulduzdur إِن كُلُّ نَفۡسٍ لَّمَّا عَلَيۡهَا حَافِظٌ ٤Elə bir kimsə yoxdur ki, onun üstündə bir gözətçi (mələk) olmasın فَلۡيَنظُرِ ٱلۡإِنسَٰنُ مِمَّ خُلِقَ ٥Elə isə insan nədən yaradıldığına (bəsirət gözü ilə) bir baxsın خُلِقَ مِن مَّآءٍ دَافِقٍ ٦O, axıb tökülən bir sudan (nütfədən) yaradılmışdır يَخۡرُجُ مِنۢ بَيۡنِ ٱلصُّلۡبِ وَٱلتَّرَآئِبِ ٧(O su kişilərin) bel sümüyündən, (qadınların isə) köks sümüyündən çıxar إِنَّهُۥ عَلَىٰ رَجۡعِهِۦ لَقَادِرٌ ٨Həqiqətən, (Allah) insanı (öləndən sonra) yenidən diriltməyə qadirdir يَوۡمَ تُبۡلَى ٱلسَّرَآئِرُ ٩Bütün sirlərin aşkar olacağı o qiyamət günü فَمَا لَهُۥ مِن قُوَّةٍ وَلَا نَاصِرٍ ١٠(O gün) insanın nə (əzabı dəf edəcək) bir qüvəsi, nə də bir köməkçisi olar وَٱلسَّمَآءِ ذَاتِ ٱلرَّجۡعِ ١١And olsun yağış sahibi olan göyə وَٱلۡأَرۡضِ ذَاتِ ٱلصَّدۡعِ ١٢And olsun (növbənöv bitkilər yetirmək üçün) yarılan yerə ki إِنَّهُۥ لَقَوۡلٌ فَصۡلٌ ١٣Bu (Qur’an haqla nahaqqı) ayırd edən kəlamdır وَمَا هُوَ بِٱلۡهَزۡلِ ١٤O, oyun-oyuncaq (əyləncə) deyildir إِنَّهُمۡ يَكِيدُونَ كَيۡدًا ١٥Həqiqətən, (Məkkə müşrikləri Qur’anın nurunu söndürmək üçün) hiylə qurdular وَأَكِيدُ كَيۡدًا ١٦Mən də (hiylələrinə qarşı) onlara cəza verirəm فَمَهِّلِ ٱلۡكَٰفِرِينَ أَمۡهِلۡهُمۡ رُوَيۡدَۢا ١٧Elə isə (ya Peyğəmbər!) kafirlərə möhlət ver! Onlara azacıq möhlət ver