ملة الإسلام

السورة 69 · 52 آية · Khan Musayev

سورة الحاقة باللغة الأذرية

السورة بالعربية مع التفسير استمع إلى سورة الحاقة (1,346 قارئاً)
مكيةسورة الحاقة٥٢ آية

بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ

ٱلۡحَآقَّةُ ١Haqq olan Qiyamət مَا ٱلۡحَآقَّةُ ٢Nədir haqq olan Qiya­mət وَمَآ أَدۡرَىٰكَ مَا ٱلۡحَآقَّةُ ٣Sən nə biləsən ki, nədir haqq olan Qiyamət كَذَّبَتۡ ثَمُودُ وَعَادُۢ بِٱلۡقَارِعَةِ ٤Səmud və Ad tayfaları qəl­bləri qor­xuya salan Qiya­məti ya­lan say­dılar فَأَمَّا ثَمُودُ فَأُهۡلِكُواْ بِٱلطَّاغِيَةِ ٥Səmud tayfası qorxunc bir səslə məhv edildi وَأَمَّا عَادٌ فَأُهۡلِكُواْ بِرِيحٍ صَرۡصَرٍ عَاتِيَةٍ ٦Ad tayfası isə hədsiz so­yuq və şid­dətli küləklə yox edildi سَخَّرَهَا عَلَيۡهِمۡ سَبۡعَ لَيَالٍ وَثَمَٰنِيَةَ أَيَّامٍ حُسُومًاۖ فَتَرَى ٱلۡقَوۡمَ فِيهَا صَرۡعَىٰ كَأَنَّهُمۡ أَعۡجَازُ نَخۡلٍ خَاوِيَةٍ ٧Allah onu yeddi gecə, sək­kiz gün fasilə vermədən onla­rın üs­tün­də əsdir­di. Sən orada olsaydın, o tayfanı xurma ağa­cının yıxılmış çü­rük gövdələri kimi yerə sərilmiş görər­din فَهَلۡ تَرَىٰ لَهُم مِّنۢ بَاقِيَةٍ ٨Sən onlardan qalan bir kim­səyə heç rast gəlmisənmi وَجَآءَ فِرۡعَوۡنُ وَمَن قَبۡلَهُۥ وَٱلۡمُؤۡتَفِكَٰتُ بِٱلۡخَاطِئَةِ ٩Firon da, ondan əvvəl­ki­lər də, alt-üst olmuş kəndlər (Lut qöv­mü) də günah işlətmişdi­lər فَعَصَوۡاْ رَسُولَ رَبِّهِمۡ فَأَخَذَهُمۡ أَخۡذَةً رَّابِيَةً ١٠Onlar öz Rəbbinin elçi­si­nə asi ol­dular, O da onları şid­dəti ar­tan bir əzab­la yaxa­ladı إِنَّا لَمَّا طَغَا ٱلۡمَآءُ حَمَلۡنَٰكُمۡ فِي ٱلۡجَارِيَةِ ١١Su aşıb-daşdıqda Biz si­zi üzən gə­midə daşıdıq لِنَجۡعَلَهَا لَكُمۡ تَذۡكِرَةً وَتَعِيَهَآ أُذُنٌ وَٰعِيَةٌ ١٢Sizə bir xatırlatma olsun və yad­da saxlayan qulaqlar onu yad­da saxlasın deyə belə etdik فَإِذَا نُفِخَ فِي ٱلصُّورِ نَفۡخَةٌ وَٰحِدَةٌ ١٣Sur bircə dəfə üfürülə­cə­yi وَحُمِلَتِ ٱلۡأَرۡضُ وَٱلۡجِبَالُ فَدُكَّتَا دَكَّةً وَٰحِدَةً ١٤yer və dağlar qaldırılıb bircə dəfə bir-birinə çırpılacağı za­man – فَيَوۡمَئِذٍ وَقَعَتِ ٱلۡوَاقِعَةُ ١٥həmin gün Vaqiə qopa­caq وَٱنشَقَّتِ ٱلسَّمَآءُ فَهِيَ يَوۡمَئِذٍ وَاهِيَةٌ ١٦Göy yarılacaq və həmin gün o, süst olacaqdır وَٱلۡمَلَكُ عَلَىٰٓ أَرۡجَآئِهَاۚ وَيَحۡمِلُ عَرۡشَ رَبِّكَ فَوۡقَهُمۡ يَوۡمَئِذٍ ثَمَٰنِيَةٌ ١٧Mələklər isə onun ətra­fında ola­caqlar. O gün sənin Rəb­bi­nin Ərşini sək­kiz mələk daşıyacaq يَوۡمَئِذٍ تُعۡرَضُونَ لَا تَخۡفَىٰ مِنكُمۡ خَافِيَةٌ ١٨O gün siz məhşərə gə­ti­ri­ləcəksiniz və heç bir sirriniz giz­lə­dil­mə­yəcək فَأَمَّا مَنۡ أُوتِيَ كِتَٰبَهُۥ بِيَمِينِهِۦ فَيَقُولُ هَآؤُمُ ٱقۡرَءُواْ كِتَٰبِيَهۡ ١٩Kitabı sağ əlinə verilən deyəcək­: “Budur, oxuyun ki­ta­bı­mı إِنِّي ظَنَنتُ أَنِّي مُلَٰقٍ حِسَابِيَهۡ ٢٠Mən bilirdim ki, etdik­lə­rimin he­sabına qovuşaca­ğam” فَهُوَ فِي عِيشَةٍ رَّاضِيَةٍ ٢١O, xoşbəxt həyat sürə­cək­ – فِي جَنَّةٍ عَالِيَةٍ ٢٢uca bir Cənnətdə – قُطُوفُهَا دَانِيَةٌ ٢٣elə bir Cənnətdə ki, onun meyvə­ləri lap yaxınlıqda ola­caq كُلُواْ وَٱشۡرَبُواْ هَنِيٓـَٔۢا بِمَآ أَسۡلَفۡتُمۡ فِي ٱلۡأَيَّامِ ٱلۡخَالِيَةِ ٢٤Onlara: “Keçmiş gün­lər­də etdiyi­niz əməllərə görə nuş­can­lıq­la yeyin-için!”– deyi­ləcək­ وَأَمَّا مَنۡ أُوتِيَ كِتَٰبَهُۥ بِشِمَالِهِۦ فَيَقُولُ يَٰلَيۡتَنِي لَمۡ أُوتَ كِتَٰبِيَهۡ ٢٥Kitabı sol əlinə verilən kimsə isə deyəcək: “Kaş ki­tabım mə­nə veril­mə­yəydi وَلَمۡ أَدۡرِ مَا حِسَابِيَهۡ ٢٦Hesabımdan da xəbərim olma­yaydı يَٰلَيۡتَهَا كَانَتِ ٱلۡقَاضِيَةَ ٢٧Kaş ilk ölümüm həmi­şəlik olaydı مَآ أَغۡنَىٰ عَنِّي مَالِيَهۡۜ ٢٨Var-dövlətim məni əzab­dan qur­tarmadı هَلَكَ عَنِّي سُلۡطَٰنِيَهۡ ٢٩Hökmranlığım da məhv olub getdi” خُذُوهُ فَغُلُّوهُ ٣٠Mələklərə deyiləcək: “Onu yaxa­la­yıb zəncirləyin ثُمَّ ٱلۡجَحِيمَ صَلُّوهُ ٣١Sonra da Cəhənnəmə atın ثُمَّ فِي سِلۡسِلَةٍ ذَرۡعُهَا سَبۡعُونَ ذِرَاعًا فَٱسۡلُكُوهُ ٣٢Onu uzunluğu yetmiş dirsək olan zəncirə vurun إِنَّهُۥ كَانَ لَا يُؤۡمِنُ بِٱللَّهِ ٱلۡعَظِيمِ ٣٣Çünki o, Böyük Allaha iman gətirmirdi وَلَا يَحُضُّ عَلَىٰ طَعَامِ ٱلۡمِسۡكِينِ ٣٤və heç kəsi kasıbı yedirt­məyə rəğ­bətləndirmirdi فَلَيۡسَ لَهُ ٱلۡيَوۡمَ هَٰهُنَا حَمِيمٌ ٣٥Bu gün burada onun üçün bir dost tapılmaz وَلَا طَعَامٌ إِلَّا مِنۡ غِسۡلِينٍ ٣٦Qanlı irindən başqa ye­məyi də yoxdur لَّا يَأۡكُلُهُۥٓ إِلَّا ٱلۡخَٰطِـُٔونَ ٣٧Onu ancaq günahkarlar yeyər” فَلَآ أُقۡسِمُ بِمَا تُبۡصِرُونَ ٣٨And içirəm həm gör­dük­lərinizə وَمَا لَا تُبۡصِرُونَ ٣٩həm də görmədiklə­ri­ni­zə إِنَّهُۥ لَقَوۡلُ رَسُولٍ كَرِيمٍ ٤٠Bu, möhtərəm bir Elçi­nin sözü­dür وَمَا هُوَ بِقَوۡلِ شَاعِرٍۚ قَلِيلًا مَّا تُؤۡمِنُونَ ٤١O, şair sözü deyil! Ne­cə də az inanırsınız وَلَا بِقَوۡلِ كَاهِنٍۚ قَلِيلًا مَّا تَذَكَّرُونَ ٤٢O, kahin sözü də deyil­! Necə də az düşünürsü­nüz تَنزِيلٌ مِّن رَّبِّ ٱلۡعَٰلَمِينَ ٤٣O, aləmlərin Rəbbi tərə­findən vəhy edilmişdir وَلَوۡ تَقَوَّلَ عَلَيۡنَا بَعۡضَ ٱلۡأَقَاوِيلِ ٤٤Əgər Muhəmməd bəzi söz­ləri özün­dən uydurub Bizə aid et­səy­di لَأَخَذۡنَا مِنۡهُ بِٱلۡيَمِينِ ٤٥Biz onu sağ əlindən ya­xalayar ثُمَّ لَقَطَعۡنَا مِنۡهُ ٱلۡوَتِينَ ٤٦sonra da şah damarını kəsərdik فَمَا مِنكُم مِّنۡ أَحَدٍ عَنۡهُ حَٰجِزِينَ ٤٧İçərinizdən heç kəs buna mane ola bilməzdi وَإِنَّهُۥ لَتَذۡكِرَةٌ لِّلۡمُتَّقِينَ ٤٨Həqiqətən, bu Quran müt­təqilər üçün bir nəsihətdir وَإِنَّا لَنَعۡلَمُ أَنَّ مِنكُم مُّكَذِّبِينَ ٤٩Aranızdan Quranı yalan sayan­lar olduğunu da bilirik وَإِنَّهُۥ لَحَسۡرَةٌ عَلَى ٱلۡكَٰفِرِينَ ٥٠Həqiqətən, bu, kafirlər üçün bir peşmançılıqdır وَإِنَّهُۥ لَحَقُّ ٱلۡيَقِينِ ٥١Sözsüz ki, bu Quran əsl həqi­qətdir فَسَبِّحۡ بِٱسۡمِ رَبِّكَ ٱلۡعَظِيمِ ٥٢Elə isə Böyük Rəbbinin adına tə­riflər de

الترجمة: Khan Musayev.